364
AĞACĠġLƏMƏ
Azərbaycanda ağaciĢləmə sənəti də qədim tarixə malikdir. Arxeoloji
qazıntılar zamanı Xanlardan tapılıb, Tunc dövrünə aid edilən ağac vəl, e.ə. II
minilliyin sonuna aid olub, Mingəçevirdə küp qəbirdən tapılmıĢ ağac qənddan,
habelə yenə oradan tapılıb ilk orta əsrlərə aid olan çömçə, təknə və üzərində zərif
naxıĢlar olan ağac vəl Azərbaycanda ağaciĢləmə sənətinin qədim dövrlərdən
inkiĢaf etdiyini sübut edən maddi mədəniyyət nümunələridir.
Orta əsr müəlliflərinin əsərlərindən və Azərbaycanda olmuĢ səyyahların
yol qeydlərindən vaxtilə burada ağaciĢləmə sənətinin yüksək inkiĢaf səviyyəsinə
çatdığı aydın olur. XIV əsrdə yaĢamıĢ Həmdullah Qəzvini Ərdəbildə əhalinin
ağaciĢləmə sənəti ilə məĢğul olması və müxtəlif təsərrüfat alətləri ilə yanaĢı, təknə-
tabaq düzəltməsi haqqında məlumat verir [24].
XVII əsrdə Azərbaycanda olmuĢ fransız səyyahı J.ġarden burada yerli
ustaların əla naxıĢlı qapı, pəncərə və tavan düzəltdiklərini yazır.
Həmin əsrdə Azərbaycanda Ģəbəkə ustalarının əl iĢlərinə heyran qalan
Fafael dyu Man qeyd edir ki, dülgərlər çoxlu çərçivəcikləri olan böyük pəncərələr
hazırlayırdılar. Onların ən çox istifadə etdiyi ağac çinar və qozdan ibarətdir [25].
Azərbaycanda ağaciĢləmə sənətinin inkiĢafını təsdiq edən dəlillərdən biri
də dilimizdə bu peĢə ilə bağlı olan dülgər, Ģəbəkəçi, naccar, xarrat, çanaxçı,
qudaqsaz, sandıqsaz, sazbənd və baĢqa istilahlardır. Həmin istilahlar sənətin bu
sahəsində ixtisaslaĢma getdiyini xəbər verir.
Orta əsrlərdə Azərbaycanın ağaciĢləmə ustaları müxtəlif ölçülü burğu,
iskənə, balta, rəndə və b. alətlərdən geniĢ istifadə edirdilər.
Azərbaycanda bu sənətin geniĢ yayılması hər Ģeydən əvvəl, onun zəngin
və bol ağac materialına malik meĢə sərvəti, yerli əhalinin ağacdan hazırlanan
məiĢət avadanlığı və istehsalat alətlərinə olan tələbatı ilə əlaqədardır. BaĢqa sənət
növlərindən fərqli olaraq, ağaciĢləmə kənd yerləri üçün daha səciyyəvi olmuĢdur.
Azərbaycanda ağaciĢləmə sənətinin baĢlıca mərkəzləri Quba, Lənkəran,
ġamaxı, ġəki və Naxçıvan qəzaları, habelə Kiçik Qafqaz ərazisi olmuĢdur. Buranın
zəngin ağac növlərinə malik olan meĢələri ağaciĢləmə sənətinin inkiĢafına Ģərait
yaratmıĢdır. Azərbaycanın meĢələrində bitən qarağac, palıd, göyrüĢ, vələs,
qaraçöhrə, cökə, nil, dəmirağacı, zoğal, alça, yemiĢan, əzgil, qoz, fındıq və s. ağac
növlərindən ev əĢyaları, məiĢət qabları, təsərrüfat alətləri və nəqliyyat vasitələrinin
hazırlanmasında və inĢaat iĢində geniĢ istifadə olunurdu. KeçmiĢdə hər bir
azərbaycanlı ailəsinin ev məiĢətində istifadə edilən mətbəx ləvazimatı - çömçə,
qaĢıq, təknə, tabaq, hövsər, yaymaxın (dördayaq), çanaq, oxlov, həvəngdəstə;
toxuculuq alətləri - cəhrə, daraq, xanaağacı, Ģərbaf dəzgahları; təsərrüfat alətləri -
xıĢ, kotan, mala, tapan, vəl, bel, kürək, yaba, Ģana, dırmıq, yığan; nəqliyyat vasitələri -
araba, kirĢə, xizək; musiqi alətləri - saz, ud, tar, kaman, qaval, nağara və s. yerli ustalar
tərəfindən hazırlanırdı.
365
Ənənəvi ağaciĢləmə sənətinin Azərbaycanda ən geniĢ yayılmıĢ sahəsi ev
avadanlığının, təsərrüfat alətlərinin və nəqliyyat vasitələrinin hazırlanması hesab
edilirdi. AğaciĢləmə ustaları tərəfindən düzəldilən məmulatın bir qismi yerli əhalinin
tələbatını ödəməkdən əlavə, satıĢ məqsədilə xaricə də göndərilirdi. XVII əsrin
əvvəllərində ġamaxı tacirləri HəĢtərxana baĢqa satıĢ malları ilə yanaĢı, yerli ustalar
tərəfindən hazırlanan 1000 ədəd ağac Ģana da aparmıĢdılar [26].
Əhalinin keçmiĢ məiĢətində beĢik, miz, taxt, ağac çarpayı kimi ev əĢyaları da az
yer tutmurdu. Bu əĢyalar Ģəhər əhalisi arasında daha geniĢ yayılmıĢdı.
AğaciĢləmə sənətinin səciyyəsinə görə Azərbaycanın ayrı-ayrı etnoqrafik böl-
gələri bir-birindən fərqlənirdi. Bu fərq hətta eyni bir bölgənin özündə belə aydın
təzahür edirdi. Belə ki, Quba qəzasının Çiçi, Nügədi, Amsar, Rustov kəndləri araba,
Xaltan, QuĢçu, Kömür, Zıxır kəndləri isə vəl, kürək, Ģana, təknə-tabaq istehsalı üzrə
ixtisaslaĢmıĢdı. ġəki bölgəsinin Tüntül, Xaçmaz, Xalxal, Vardanlı, TərkəĢ, Sincan,
Filfili, BaĢ Zəyzid kəndləri təkər istehsalı ilə məĢğul olurdu. ġamaxı qəzasının Cülyan,
Ximran kəndləri təknə-tabaq hazırlayırdı. XIX əsrin ikinci yarısında Azərbaycanda neft
sənayesinin və Ģərab istehsalının inkiĢafı Bakı və Gəncə Ģəhərlərində çəlləkdüzəltmə
sənətinin daha da inkiĢafına səbəb olmuĢdu. Salyanda arabaçılıq, Lənkəran, Göyçay və
Naxçıvanda təknə-tabaqçılıq Azərbaycanın baĢqa yerlərinə nisbətən daha geniĢ inkiĢaf
etmiĢdi. Ağac məmulatı istehsalının qeyri bərabər inkiĢafı bir tərəfdən bölgələrin
təbii-coğrafi Ģəraiti ilə əlaqədar idisə, digər tərəfdən ictimai-iqtisadi amillər ilə bağlı
olmuĢdur. Belə ki, XIX əsrin axırlarında Bakı Ģəhərində neft sənayesinin, Gəncədə isə
Ģərab istehsalının inkiĢafı ilə əlaqədar həmin məhsulların daĢınması bu Ģəhərlərdə
ağaciĢləmənin yeni sahəsinin-çəlləkçiliyin inkiĢaf etməsinə səbəb olmuĢdur. Bununla
əlaqədar olaraq Bakı və baĢqa Ģəhərlərdə araba istehsalına da ehtiyac artmağa
baĢlamıĢdı. Belə ki, 1879-cu ildə Bakıda çəllək düzəldilməsi ilə 5 nəfər məĢğul
olurdusa, 1896-cı ildə onların sayı artaraq 30 nəfərə çatmıĢdı [27]. Bakı neft sənayesinin
nəqliyyata olan tələbatını ödəmək üçün Quba və Salyanda araba istehsalı da xeyli
artmıĢdı.
SifariĢlə iĢ görən dülgərlərdən fərqli olaraq, xarratların istehsal etdikləri
ağac məmulatı əksər hallarda satıĢ bazarlarına çıxarılırdı. Məsələn, Quba qəzasının Xal-
tan, Zıxır, Kömür, QuĢçu kəndlərində hazırlanan vəl, kürək, Ģana, belqalağı və s.
qəzanın düzənlik zonasına gətirilərək satılır və ya taxılla dəyiĢdirilirdi, bəzi kəndlərdə
araba istehsalı da satıĢ məqsədi daĢıyırdı. Qəzanın Çiçi və Nügədi kəndlərində
hazırlanan arabalar Bakı bazarlarında satılırdı. Bu hal Lənkəran və ġəki bölgələrinin
kəndlərində də müĢahidə olunurdu. Dağətəyi kəndlərdə yerli ustalar müxtəlif ağac
qablar və alətlər düzəldərək həftə bazarlarında satırdılar.
Etnoqrafik materiallar göstərir ki, ustalar hər bir alət üçün müvafiq ağac növü
seçirdilər. Məsələn, Ģana, kürək, belsapı əsasən fıstıq və nil ağaclarından, təknə, tabaq,
hövsər qoz və qızılağacdan, saz tut ağacından, araba təkərləri və kotanın çarxları, dəndə, vəl
palıd və qarağaedan, çömçə, qaĢıq cır armud, yemiĢan və fıstıq ağaclarından düzəldilirdi.
AğaciĢləmə ustaları bir sıra ağaclardan həm də bəzək materialı kimi istifadə
366
edirdilər. AbĢeronda badam, püstə, qara tut ağacları həm də bəzək materialı kimi iĢlə-
dilmiĢdir. Bu və ya digər məmulat üçün ağac növü seçilərkən onun harada və nə
məqsəd üçün istifadə ediləcəyi nəzərə alınırdı.
Xəmir təknəsini çox vaxt qovaq ağacından hazırlayırdılar. Əgər təknə süd sər-
mək üçün nəzərdə tutulurdusa, onda onu qovaq ağacından düzəltməzdilər. Çünki xalq
təcrübəsi əsasında müəyyən olmuĢdur ki, qovaqdan düzəldilən təknə (çanaq) südü
qıcqırdıb xarab edir. Ona görə də süd sərmək məqsədilə hazırlanan təknə əsasən qoz,
fıstıq, qızılağac və nil ağaclarından düzəldilərdi.
Təcrübədə müəyyən edilmiĢdir ki, xıĢın kötüyü üçün ən yaxĢı material cır armud,
cır tut (gər) və qaraçöhrə ağaclarıdır. Cır armud və ya cır tut ağaclarından düzəldilən xıĢ
kötüyünün səthi çox hamar olduğundan iĢ prosesində palçıq tutmurdu. Buna görə də belə
xıĢla nəm torpaqları da Ģumlamaq olurdu. Göründüyü kimi, ustalar hər bir təsərrüfat aləti
və ev əĢyası üçün daha münasib ağac növü seçərkən onların nəinki istehsal, hətta fiziki
xüsusiyyətlərini də nəzərə alırdılar.
AğaciĢləmə sənətində ən vacib məsələlərdən biri ağacın vaxtında kəsilməsi və
tədarükü idi. Ağac ustaları materiallıq ağacın kəsilmə dövrünə ciddi riayət edirdilər.
Materiallıq ağacın kəsilmə dövrü ağacdan "suyun çəkilməsi" ilə müəyyən olunurdu.
Bu müddət isə payızın soyuqları düĢəndən qıĢın sonuna, yəni kiçik çillənin axırınadək
davam edirdi. Sonra havalar isinməyə baĢladığından ağaclar "oyanır", xalq arasında
deyildiyi kimi, "ağaca su yeriyirdi". Gövdəsinə su yerimiĢ ağac isə material məqsədilə
istifadəyə yaramadığından tədarük olunmurdu.
Material tədarükündə sağlam ağacın seçilməsi də əsas Ģərtdir. Güney yerin ağacı
daha sağlam və yaxĢı inkiĢaf etmiĢ olur. Görünür, GünəĢ güneyləri çox tutduğundan
burada ağac normal inkiĢaf edir. Münasib hesab edilən düz və düyünsüz ağac kəsilib
doğranırdı.
Ağac məmulatını qurd vurmaması üçün palıd, qarağac, yemiĢan, dəmirağacı və s.
qaranlıqda, fıstıq, qovaq, söyüd, vələs, çinar kimi ağ rəngli ağaclar isə ay iĢığında
kəsilirdi.
Ağacların kəsilməsində meĢə baltası, ağac baltası və ya batman baltadan istifadə
edilirdi. Batman baltalar ağır küplü və tiyələrinin daha böyük olmasına və uzun dəstəli
olduqlarına görə ağacı daha tez kəsməyə, habelə yonmağa imkan verirdi.
Küplü baltadan fərqli olaraq nacaq gödək dəstəli, kiçik tiyəli və yüngül olur.
Ağac əvvəlcə batman balta ilə, bir az sonra isə nacaqla kəsilirdi. Çünki ağac kəsildikcə
kəsiyi daralmağa baĢladığından onu balta ilə kəsmək çətinləĢirdi. KəsilmiĢ ağacın
qol-budağı vurulurdu. Hazırlanacaq alətin və ya əĢyanın növündən asılı olaraq
material burada müəyyən ölçülərdə kəsilərək lazımi yerə daĢınırdı.
Ağac ustaları arasında dar ixtisaslaĢma getmiĢdir. Onların bəziləri
xarratlıq edərək ancaq ev əĢyalarını, bəziləri kənd təsərrüfatı alətlərini hazırlayır,
bir qrupu isə dülgərlik, Ģəbəkəçilik, sazbəndlik, təkərçilik, araba bağlamaq və s. ilə
məĢğul olurdu.
Ağac üzərində ilk əməliyyat onun yonulmasından baĢlanır. Bu məqsədlə
367
balta, nacaq və kərkidən istifadə edilirdi. Material balta ilə kobud Ģəkildə yonulub
müəyyən formaya salınır və iĢin tələbindən asılı olaraq digər əmək alətləri ilə
iĢlənirdi.
Tikinti üçün kətil və pərdini balta ilə yonmaq kifayət edirdi. Bundan fərqli
olaraq, xarratlıq sənətində ağac məmulatı üzərində müxtəlif bəzək, hamarlama,
oyma və deĢmə iĢləri aparılırdı. Bu məqsədlə xüsusi alətlər iĢlədilirdi. Ağac
materiallarının yonulmasında tətbiq olunan əmək alətlərinin ən mürəkkəbi "xarrat
dəzgahı" adlanan mexaniki yonma çarxı idi. Ən bəsit yonma vasitəsi yonqar idi.
Uzunluğu 1-2 m olan ağac üst tərəfdən kərtilərək, yonulacaq ağacın baĢı ora
qoyulur və möhkəm dayanması üçün yanlardan ağac paralar vurulurdu. Ağacın düz
yonulması üçün çox vaxt onun uzunu boyu ip tutulurdu. Taxta çəkmək üçün
"ərəxana" adlanan xüsusi dəzgah iĢlənirdi. Yerdən 1,5 m-ə qədər hündür dirəklər
üzərində quraĢdırılan bu dəzgahın üzərinə qoyulmuĢ ağac "ərə" adlanan iri əl
miĢarı ilə çəkilirdi.
AğaciĢləmə sənətində geniĢ istifadə edilən əmək alətlərindən biri də kərki
olmuĢdur. Bəzi rayonlarda kərkiyə tiĢə də deyilirdi. Ağac ustaları "əl kərkisi",
digəri isə "ayaq kərkisi" olmaqla ölçü etibarilə bir-birindən fərqlənən iki cür kərki
iĢlədirdilər.
Qısa dəstəli yüngül əl kərkisinin küpü çəkic, tiyə yarığı kəlbətin, tiyəsi isə
kəsər rolunu oynayırdı. Ayaq kərkisi ağır və uzun saplı olurdu. Buna görə də usta
onu ayaq üstə duraraq iĢlədirdi.
Bəzən əl kərkilərinin iki ağızlı növünə də təsadüf olunurdu. Onun bir
tərəfi kərki tiyəsi, digər tərəfi isə balta tiyəsi formasında düzəldilirdi. Bu
kərkilərdən qab-qaĢıq düzəltmək üçün istifadə edilirdi. Əl kərkisi təknə, hövsər,
tabaq və kənd təsərrüfatı alətlərinin, tikinti materiallarının, məiĢət əĢyalarının
düzəldilməsində geniĢ tətbiq edilmiĢdir.
Ağac materialının hamarlanmasında dartı və rəndədən, mexaniki yonma
iĢində lisə və əyridən, oyuq açmaq üçün burğu (burov) və iskənədən istifadə
edilirdi: Dartı əsasən kürək, Ģana, dırmıq, yaba və bu kimi alətlərin
hazırlanmasında iĢlədilirdi.
Oyma və deĢmə əməliyyatlarında tətbiq olunan burğu və iskənələrin də
müxtəlif növünə təsadüf olunurdu. Bunlar ölçü etibarilə bir-birindən fərqlənirdilər.
AğaciĢləmə sənətində yeganə mexaniki əmək aləti xarrat dəzgahı
olmuĢdur. Xarrat çarxının əllə və su qüvvəsi ilə hərəkətə gətirilən növü olmuĢdur
(XIV tablo).
Quba, Lənkəran, ġəki-Zaqatala bölgələrində geniĢ yayılan su dəzgahında
əsasən təknə-tabaq və araba topu hazırlanırdı. Burada su novla dəzgahın ağac
pərləri üzərinə tökülərək onun sürətli hərəkətini təmin edir və bunun nəticəsində
usta dəzgaha keçirilən ağac materialını hazırlayırdı. AğaciĢləmə ustaları
hazırladıqları alət və əĢyalara forma və bəzək vermək üçün tiĢə, xətkeĢ, lisə, əyri və
s. əmək alətindən istifadə edirdilər, Təkər topu hazırlamaq üçün əl çarxından da
370
istifadə olunmuĢdur. QuruluĢ etibarilə su çarxından o qədər də fərqlənməyən bu
mexaniki yonma alətinə el arasında "xarrat" da deyilirdi.
Ənənəvi ağaciĢləmə sənətinin çətin və mürəkkəb sahələrindən biri də
təkərçilik olmuĢdur. Bəzi kəndlərdə təkər ustası qismən xarrat və dülgər iĢlərini də
görürdü. Əksər hallarda isə o, yalnız təkər istehsalı ilə məĢğul olurdu. Digər
tərəfdən təkər ustası eyni zamanda dəmirçi iĢini də görməli olurdu. Beləliklə,
təkərçilik sənətkarlığın bir neçə sahəsini özündə birləĢdirirdi.
Təkərin əsas hissələri (top, dəndə, daban) ağacdan, yardımçı ləvazimatı
(qurĢaq, boğaz) dəmirdən düzəldilirdi. Təkərin topu üçün qoz, dəndə, daban üçün
palıd ən münasib ağac növü sayılırdı.
Təkərin top, dəndə və daban hissələrini hazırlamaq və onları quraĢdırmaq
üçün kəsmə, miĢarlama, kindinləmə, kobud yonma, üzləmə yonma, sığalvurma,
kərtmə, oyma, deĢmə, çalıb oturtma və s. kimi texniki üsullardan istifadə olunurdu.
Bədii Ģəkildə iĢlənmə texnikasına görə ağaciĢləmə sənətində oyma və
Ģəbəkə xüsusi yer tutur. Oyma əsasən iki üsulla aparılırdı. Birinci üsulda ağacın
yalnız bir üzü iĢlənir. Buna nümunə olaraq, Qusar rayonunun Həzrə kəndindəki
XVI əsrə aid türbənin içərisində yerləĢən Ģeyx Cüneydin qəbrinin üstünü misal
gətirmək olar.
Oyma sənətinin ikinci üsuluna muzeylərimizdə saxlanan Ģərbət və ovĢala
qaĢıqlarını misal göstərmək olar. Ġkiüzlü oyma üsulu ilə bəzədilmiĢ bu qaĢıqların
sapı sənətkarlıq baxımından xüsusi maraq doğurur. Bu üsuldan sandıq, mücrü,
qapı, darvaza, məhəccər və tağların düzəldilməsində istifadə edilmiĢdir. ġəkidəki
Xan sarayının və Gəncədəki Came məscidinin qapıları oyma üsulu ilə iĢlənmiĢdir.
AğaciĢləmə sənətinin bədii sahələrindən biri də Ģəbəkəçilik olmuĢdur (XV
tablo). ġəbəkəçilik xüsusi peĢə ustalığı, diqqət, səy və bacarıq tələb edən sənət
növlərindəndir. ġəbəkə ustaları yaĢayıĢ evləri və sarayların qapı-pəncərələrini
eyvan və ĢüĢəbəndlərini, məscidlərin arakəsmələrini müxtəlif səciyyəli ornament
ünsürlərinə malik Ģəbəkələrlə bənzəyirdilər. ġəkidə Xan sarayı (XVII əsr),
Ġrəvanda Azərbaycan sənətkarları tərəfindən tikilmiĢ Pənah xanın sarayı (XVII
əsr), ġuĢada Kərim Mehmandarovun yaĢayıĢ evi (XIX əsr) bu baxımdan xüsusi
əhəmiyyət kəsb edir.
Müxtəlif ev avadanlığı və əmək, habelə musiqi alətlərinin hazırlanması
sahəsində əldə olunmuĢ əməli təcrübə xalqımızın zəngin ağaciĢləmə ənənələrinə
malik olduğunu və bu sənətin əsrlər boyu xalqın məiĢətində xüsusi rol oynadığını
deməyə əsas verir.
Dostları ilə paylaş: |