371
MĠSGƏRLĠK
Azərbaycanın faydalı filiz yataqları qədim zamanlardan baĢlayaraq burada
bəsit metallurgiyanın meydana gəlməsində və bu zəmin əsasında metaliĢləmə
sənətinin inkiĢaf etməsində mühüm rol oynamıĢdır.
Eneolit abidələrindən aĢkar edilən metal məmulatı qalıqları göstərir ki,
Azərbaycanın qədim əhalisinin mənimsədiyi ilk metallardan biri mis olmuĢdur
[28]. Kiçik Qafqaz ərazisində Gədəbəy, Balakən, Zəylik, Çovdar və DaĢkəsən
ətrafındakı mis filizi yataqlarında qədim mədən izləri, Yuxarı DaĢkəsən, QuĢçu,
Bayan, Dəstəfur, AlabaĢlı kəndləri yaxınlığında isə metaləritmə kürələrinin
qalıqları aĢkar olunmuĢdur [29].
Mis yataqlarında süxurların dayazda olması, mədənlərin su hövzələrinə
yaxın yerləĢməsi, odun yanacağı bolluğu kimi mühüm amillər Azərbaycanda dağ-
mədən istehsalının çox erkən yaranmasına və onun intensiv inkiĢafına səbəb
olmuĢdur [30].
MetaliĢləmə sənəti mənĢə etibarilə daĢ məmulatı istehsalı ilə üzvi surətdə
bağlı olmuĢdur. Qədim insanlar daha təkmil alət və silahlar hazırlamaq məqsədilə
münasib daĢ növlərini (dəvəgözü, çaxmaqdaĢı və s.) qəlpələmək üçün onu odda
qızdırıb dərhal soyuq suya salırdılar [31]. Bu axtarıĢlar ilk vaxtlar qəlpələmə
məqsədilə oda atılmıĢ metal xassəli filiz və süxurların tədricən biĢməsi, beləliklə də
ilk ala-çiy ərintilər əldə olunması ilə nəticələnmiĢdir. Bütün bu kortəbii səylərin
nəticəsində metal külçəsinin daĢdan fərqli qeyri-adi xassələri aĢkar edildikdən
sonra tədricən ondan daha mükəmməl əmək aləti və silahlar düzəldilməyə
baĢlanmıĢdır. Əsrlər keçdikcə tədricən açıq ocağı hərarəti tənzim olunan filiz
əritmə kürəsi, çaydaĢından ibarət bəsit zərbə alətini isə metal çəkiclər əvəz
etmiĢdir.
Ġbtidai metallurgiyanın ilk mərhələsindən baĢlayaraq, uzun müddət külçə
hasilatı və filizəritmə iĢi birgə, bilavasitə filiz mədənlərinin özündə, yaxud onun
yaxınlığındakı meĢələrin ətrafında aparılmıĢdrr. Qədim metal emalı ustaları bəsit
filizəritmə texnologiyasını təkmilləĢdirmək yolu ilə tədricən qatışıq ərintilər əldə
etməyin üsullarını da mənimsəmiĢlər. Bu yolla müxtəlif mineralların müəyyən
nisbətdə qatıĢığından yeni metal hasil edilirdi. Qədim metal ustaları hələ tuncun
ixtirasından xeyli əvvəl qatıĢıq ərinti əldə etmək təcrübəsinə yiyələnmiĢdilər [32}.
QatıĢıq ərinti texnologiyasının təkmilləĢməsi misin daha səmərəli
ərintilərinin əldə olunması ilə nəticələnmiĢdir. Ərinti zamanı mis külçəsinə aĢqar
almaq məqsədilə.qalay və ya sürmə qatılması sayəsində o zamana qədər mövcud
olan metallardan xassə etibarilə əsaslı surətdə fərqlənən yeni bir metal-tunc əldə
olunmuĢdur. Tökmə üsulu ilə daĢ və ya gil qəliblərdə hazırlanan tunc məmulatı
tezliklə o zamankı cəmiyyətin bütün həyat sahələrinə (döyüş silahları, təsərrüfat
alətləri, məişət əşyaları, bəzək şeyləri və s.) sirayət etmiĢdir. Arxeoloqlar Xocalı,
Gədəbəy, DaĢkəsən, Gəncə, Mingəçevir, ġəmkir, Naxçıvan, Ərdəbil, Urmiya və
372
Qarabağ ərazisindən külli miqdarda tunc məmulatı əldə etmiĢlər. Gədəbəy və
DaĢkəsəndə filizəritmə kürələri, ġəmkir və Mingəçevirdə tunc balta və nizə
ucluqlan hazırlamaq üçün daĢ qəliblər aĢkar edilmiĢdir [33]. Lakin tökmə texnikası
meydana çıxandan sonra ənənəvi döymə üsulu özünün əməli əhəmiyyətini tamam
itirməmiĢ, istehsal prosesinin tələbindən asılı olaraq, əlaqəli Ģəkildə tətbiq
olunmuĢdur. Xüsusilə tunc məmulatının tamamlama və bəzək iĢlərində döymə
texnikasından geniĢ istifadə edilirdi. Bunun üçün qəlibdən çıxmıĢ məmulat yenidən
qızdırılıb onun üzərində döymə üsulu ilə əlavə əməliyyat aparılırdı.
Azərbaycan sənətkarları, həmçinin qiymətli metallara da yaxından bələd
olmuĢlar [34]. Urmiya gölü ətrafında, qədim Manna dövləti ərazisində aparılan
arxeoloji qazıntılardan əldə edilmiĢ qızıl kasa (Həsənli təpəsi), qızıl döĢlük (Ziviyə
mahalı, Mərlik), baĢ piləkləri və s. bədii metal ustalarının kamil sənətindən soraq
verir.
Dəmirin meydana gəlməsi metal məmulatı istehsalının kütləvi Ģəkil
almasına imkan yaratmaqla, sosial-iqtisadi inkiĢafın sonrakı gediĢinə ciddi təsir
göstərmiĢdir.
Metal məmulatı istehsalı sahəsində erkən baĢlanan ixtisaslaĢma ilk sinifli
cəmiyyət dövründə və ondan sonra gələn bütün orta əsrlər boyu davam etmiĢdir.
Metal məmulatlarının ayrı-ayrı növləri üzrə ixtisaslaĢmanın dərinləĢməsi
Dostları ilə paylaş: