A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə50/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   46   47   48   49   50   51   52   53   ...   102
hamarlayıcı alətlərdən istifadə olunurdu. 

Misin əridilməsi ilə bilavasitə dükan sahibi, usta özü  (misgər), 1-2 nəfər 




 

 

374 



kargər və şagirdin köməyi ilə məĢğul olurdu. 

Kargərlərdən  biri  körük  basır,  digəri  isə  hilizləyici  vəzifəsini  daĢımaqla, 

gil qəlibləri Ģirləyir və hazır ərintini qəliblərə tökürdü. ġagird isə kürənin odluğuna 

müntəzəm surətdə kömür atır və körük basırdı. 

Misəritmə  prosesində  qoşa  körüklü  xüsusi  kürə,  müxtəlif  ölçülü  gil 

qəliblər, ərintini qəliblərə tökmək üçün böyük və kiçik ölçülü çömçə, ərintini kənar 

qatıĢıqdan təmizləmək üçün uzun dəstəkli ödrəngdən istifadə olunurdu [45]. 

Mis  qızdırmaq  üçün  iĢlənən  tov  kürəsindən  fərqli  olaraq,  misəritmə 

kürəsinin  odluğu  uzunsov  çala  formasında  (dərinliyi  30  sm,  diametri  20-25  sm) 

düzəldilirdi.  Kömür  xəkəsi  (külü)  və  sarı  gildən  tutulmuĢ  palçıqdan  düzəldilən 

odluğun içərisi gil məhlulu ilə suvanıb Ģirlənirdi. QoĢa körüyün saxsı borusu maili 

vəziyyətdə kürənin arxa divarından keçməklə odluğun dibinə qovuĢurdu. Borunun 

odluğa keçən hissəsi qızmasın deyə, bir qayda olaraq saxsı tünglə tamamlanırdı. 

Misin əridilməsi prosesi yüksək hərarət tələb etdiyindən kürənin odluğunu 

fasiləsiz  hava  axını  ilə  təmin  etmək  və  beləliklə  də  közərmiĢ  kömürün  hərarətini 

mütəmadi  surətdə  artırmaq  üçün  bir  nəfər  bilavasitə  korük  basmaqla  məĢğul 

olurdu. 


Misgərxanalarda,  adətən,  xam  və  köhnə  mis  olmaqla,  iki  cür  xammal 

iĢlənirdi.  Köhnə  mis  parçaları  kürənin  odluğuna  müəyyən  qayda  ilə,  lay-lay 

yığılırdı.  Odluğun  dibinə  bir  lay  kömür  tökülüb  üstündən  bir  lay  köhnə  mis 

qırıqları  düzülürdü.  Sonra  bunun  üstünə  kömür  əlavə  edilməklə  ikinci  lay  mis 

qırıqları  düzülür  və  nəhayət,  onun  üstünə  yenidən  üçüncü  dəfə  kömür  layı 

tökülürdü.  Bu  qayda  ilə  2  lay  mis  qırıntısı  və  3  lay  kömür  təbəqəsi  üst-üstə 

yığılırdı. 

Körük vasitəsilə kömür laylarının hərarəti artırıldıqca mis qırıqları qızarıb 

əriyirdi.  Kömür  yanıb  tükəndikcə  odluğa  yenidən  kömür  əlavə  olunurdu.  Bu 

sayaqla hər dəfə kürənin odluğunda təxminən 30-40 girvənkə mis əridilirdi [46]. 

Ərintinin  keyfiyyətini  yoxlamaq  üçün  ondan  kiçik  çömçə  ilə  nümunə 

götürüb  xırda  ölçülü  çeşni  qəlibinə  tökürdülər.  Qəlibdə  bərkiyib  özünü  tutmuĢ 

ərinti nümunəsi zindan üzərində döyülüb yastılanırdı. Əgər mis yayması cod hala 

düĢüb  kənarları  çatlayırdısa,  onda  ərintinin  alaçiyliyi  bəlli  olur  və  kürənin 

odluğuna əlavə kömür atmaqla əritmə prosesi davam etdirilirdi. Misin ərimə həddi 

ötdükdə növbəti çeĢni nümunəsi döyülən zaman mum kimi yaymalanırdı [47]. 

Mis  ərintisi  tələb  olunan  keyfiyyətə  çatdırıldıqdan  sonra  yumĢaq  olsun 

deyə,  ona  azca  qurğuĢun  (hər  kürəyə  12  misqaldan  24  misqaladək)  qatılırdı. 

Bundan  sonra  mis  ərintisi  böyük  çömçə  ilə  götürülüb  əvvəlcədən  ĢirlənmiĢ  gil 

qəliblərə tökülürdü [48]. 

Xam  misdən  fərqli  olaraq,  köhnə  misi  zərərli  qatıĢıqlardan  təmizləmək 

lazım  gəlirdi.  Bunun  üçün  onu  ikinci  dəfə  əridirdilər.  Mis  məmulatının  yüksək 

keyfiyyətdə hazırlanması ərintinin saf olmasından xeyli dərəcədə asılı idi. 

Çubuq formasına salınmıĢ xam misi əritmək üçün çubuğun qabaq ucunu 




 

 

375 



kürənin  közərmiĢ  odluğuna  qoyur  və  əridikcə  əl  kəlbətini  vasitəsilə  onu  irəli 

itələyirdilər.  Odluğun  həcminə  müvafiq  miqdarda  xam  mis  kütləsini  əritdikdən 

sonra yenə də çeĢni qəlibi vasitəsi ilə ərintidən nümunə götürüb yoxlayır və xalis 

ərinti əldə olunduğu müəyyən ediləndən sonra onu çömçə ilə qəliblərə tökürdülər. 

Gil  qəliblər  ölçü  etibarilə  bir-birindən  fərqlənirdi.  Mis  məmulatının 

növünə  və  calaqların  ölçüsünə  müvafiq  olaraq  ərinti  qəlibləri  müxtəlif  tutumda 

hazırlanırdı. Ġri qəliblər 35-40 girvənkəyədək, ən xırda qəlib isə 1 girvənkə, hətta 

ondan da bir qədər az mis ərintisi tuturdu [49]. 

Mis ərintisi tədricən bərkiyib özünü  tutmaqla  qəlibin  formasına  müvafiq 

dairəvi  təbəqə  Ģəklinə  düĢürdü.  "Qırs"  adlanan  həmin  ərintilər  ölçülərinə  görə 

çeĢidlənib  qruplara  bölünürdü.  Bu  qayda  ilə  misgərin  1  ay  və  ya  ay  yarımlıq 

iĢləməsinə kifayət edəcək miqdarda qırs tədarük edilirdi [50]. 

Mis  məmulatı  istehsalında  ən  çətin  və  ağır  iĢ  prosesi  qırsların 

tapdanmasından  ibarət  idi.  12-13  nəfərin  müĢtərək  əməyi  ilə  baĢa  gələn  bu 

əməliyyat  nəticəsində  məmulatın  "calğa"  adlanan  ayrı-ayrı  hissələri  zindan 

üzərində döyülüb nazildilərək müvafiq formaya salınırdı. 

ĠĢin xüsusiyyətindən asılı olaraq, qırslar mərhələ-mərhələ döyülürdü. Qırs 

ilk növbədə tapdanıb "girdəbur" adlanan qalın yayma halına salınırdı. Bu prosesdə 

"misgər",  yaxud  "qırsgir"  adlanan  usta,  9  nəfər  çəkicvuran  (tapunçu),  bir  nəfər 

köməkçi, bir nəfər mis isidən, bir nəfər körükbasan iĢtirak edirdi [51]. 

Bir  qayda  olaraq,  qırs  tək-tək  deyil,  qoĢa  halda  qızdırılıb  döyülürdü. 

Bunun  üçün  eyni  ölçülü  qırslardan  bir  cütü  tov  kürəsində  qızdırılıb  qiblə  zindan 

üzərində  müĢtərək  surətdə  döyülürdü.  Qırstutan  (qırsgir)  vəzifəsini  ifa  edən  usta 

zindan  üzərinə  ağız-ağıza  qoyulmuĢ qızmar qırsları bir cüt uzun dəstəkli kəlbətin 

vasitəsilə  tutaraq,  döyulmək  üçün  aram-aram  fırladırdı.  Böyük  qırslar  ağır 

olduğundan  onları  döyərkən  ustanın  yanında  əlavə  köməkçi  olurdu.  Qırsgirin  sol 

tərəfində çöməltmə əyləĢmiĢ köməkçi qırsların fırladılmasına kömək edirdi [52]. 

Qırsgir  təkcə  qırsları  fırlatmaqla  kifayətlənməyib  eyni  zamanda  döymə 

əməliyyatına  ümumi  rəhbərlik  edirdi.  Zindan  ətrafına  dövrələmə  düzülmüĢ  10-11 

nəfərin  müĢtərək  iĢini  əlaqələndirmək  və  döymə  prosesində  qayda  yaratmaq 

məqsədilə  o,  çekicvuranlara  lazımi  göstəriĢlər  verirdi.  Qırs  üzərində 

çəkicvuranların  hərəsinin  özünəməxsus  yeri  əvvəlcədən  bəlli  olduğundan  onlar 

ustanın  göstəriĢi  ilə  biri  digərinə  mane  olmadan  həmin  sahəyə  zərbə  endirirdilər. 

Usta  çəkicvuranlar  arasında  növbə  yaratmaq  və  iĢin  gediĢatını  tənzimləmək 

məqsədilə onları müvafiq adlar ilə səsləyirdi. Həmin anda adı çəkilən tapunçu ona 

məxsus sahəyə zərbə endirirdi [53]. 

Döymə  əməliyyatının  tələblərinə  düzgün  əməl  etmək  üçün  qırsın  səthi 

xəyalən 4 konsentrik dairəyə bölünürdü. Ən böyük kənar dairəyə 3 nəfər, 2-ci, 3-cü 

və 4-cü (mərkəz) dairələrin hər birinə isə 2 nəfər tapunçu zərbə vururdu [54]. 

Döymə prosesi zamanı mis layı tədricən soyuyub bərkidiyi üçün onu bir 

neçə dəfə  yenidən kürədə qızdırıb yumĢaltmaq və təkrarən döymək lazım gəlirdi. 



 

 

376 



Qırsın qızdırılıb bir əl döyülməsi sənət dililə "to", yaxud "tov" adlanırdı. Ġlk tovdan 

çıxmıĢ  və  kənarları  qayçı  (gaz)  ilə  kəsilib  girdə  hala  salınmıĢ  qalın  mis  təbəqəsi 

"girdəbur" adlanırdı. Birinci tovdan çıxmıĢ qırs təbəqəsinin qalınlığı istehsal üçün 

tələb  olunan  həddən  artıq  olduğundan  onlar  yenidən  istidöymə  yolu  ilə  bir  neçə 

dəfə  döyülməklə  nazik  təbəqə  ("lavaĢa")  halına  salınırdı.  Adətən,  xırda  qabların 

girdəburu  ikinci  tovdan,  orta  ölçülü  qablarınkı  üçüncü  tovdan,  iri  qabların 

girdəburu isə dördüncü tovdan sonra nazilib lavaĢa həddinə çatırdı. 

Girdəburdan  fərqli  olaraq  lavaĢa  3  cərgə  konsentrik  dairə  üzrə  döyülüb 

hazırlanırdı. Bu halda hər dairə boyunca 3 nəfər çəkic vururdu [55]. 

KeçmiĢdə  misgərlik  mərkəzlərində  muzdla  iĢləyən  tapunçu  dəstələri 

olurdu  [56].  Müvəqqəti  səciyyə  daĢıyan  tapunçu  dəstələri  sifariĢ  əsasında 

iĢləməklə, növbə ilə digər misgərxanalara da xidmət edirdilər. 

Bu qayda ilə misgər dükanında iki nəfər köməkçi ilə daimi çalıĢan, hər bir 

misgərin 1-1,5 aylıq iĢinə kifayət edəcək miqdarda (təxminən 8-10 puda qədər) mis 

lavaĢası  tədarük  olunurdu  [57].  QoĢa  döyülən  qırsdan  fərqli  olaraq,  lavaĢa  üçün 

girdəburlar hər dəfə dörd-dörd qızdırılıb döyülürdü. 

Dayaz  qablar  (məcməyi,  sini,  teşt,  döyrə,  ləyən,  nimçə  və  s.)  bilavasitə 

lavaĢadan  düzəldilməklə  "xara"  adlanırdı.  Bundan  fərqli  olaraq,  dərin  qabları 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin