Èëéàñ Òàïäûã
20
Dahi
Belinski deyirdi ki, “Uşaq şairi olmaq yox, doğulmaq
lazımdır”. Son 50 ilin uşaq poeziyasını İlyas Tapdığın yaradıcılığı
olmadan təsəvvür etmək mümkün deyil.
Azərbaycan uşaq ədəbiyyatının, xüsusən şeirinin istedadlı
nümunələrində məhz
bu cəhət, yəni sözün ən sadə,
lakin emosio-
nal təsir baxımından tez sirayət edən, rahat qavranılan, yaddaqa-
lan, təmtəraq, elitarlıq və quramaçılıqdan uzaq xəlqi çalarından
istifadə etmək bacarığı özünü göstərir. M.Ə.Sabirin, A.Səhhətin,
A.Şaiqin uşaq şeirlərində formalaşan
və Azərbaycan uşaq poe-
ziyasının M.Seyidzadə, M.Rzaquluzadə, T.Elçin, X.Əlibəyli kimi
görkəmli nümayəndələri tərəfindən cilalanıb inkişaf etdirilən
həmin poetik xətt bu gün M.Əliyev, T.Mahmud, İ.Tapdıq, Z.Xəlil
kimi uşaq şairlərinin əsərlərində estetik
bir leytmotiv rolunu
oynayır və uşaq poeziyasının effektli mütaliə və idrak materialına
çevrilməsinə münbit zəmin yaradır.
Dostları ilə paylaş: