Bu da bir xoş məqamdır
İlyas Tapdığın “Kamrandı, Kamran”
şeirini oxuyandan sonra yazdım
Bu yerlərin havası xoş, suyu xoş.
Şair burdan qayıdarmı əli boş.
İlyas Tapdıq, bu büsatdan şeir qoş.
Gədəbəyim indi cənnət məkandır,
Sözə könül vermək üçün məqamdır.
Yol başlayıb zaman təzə əsrinə,
Yeni söz qoy şeir, sənət qəsrinə.
Sözlərimi şair, yozma tərsinə,
Söz azaddır - bu biz deyən zamandır,
Sözə könül vermək üçün məqamdır.
Mən Salehəm, hər sözünə müştağam,
Şeir-sənət yollarında uşağam...
Dost yolunda şölə saçan çırağam,
Od aldığım qəhrəmanın Kamrandır.
Təşəkkürə bu da bir xoş məqamdır.
Dostları ilə paylaş: |