ANTĠK ALBANĠYANIN MƏDƏNĠYYƏTĠ
Albaniyanın maddi mədəniyyət abidələri - F.L.Osmanov
Antik Albaniyanın incəsənəti - F.L.Osmanov
Din - K.H.Əliyev
XRONOLOGİYA GÖSTƏRİCİSİ - S.M.Qaşqay
ƏDƏBİYYAT - İqrar Əliyev, R.S.Məlikov
36
AZƏRBAYCANIN TƏBĠĠ-COĞRAFĠ ġƏRAĠTĠ
Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziya və İranın şimal-qərb hissəsində
yerləşir. Sahəsi 221,6 min km
2
, əhalisinin sayı isə 30 mln nəfərdən artıqdır.
Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının
sahəsi 86,6 min km
2
, əhalisi 8,5 mln nəfərdir (2006-cı il), Cənubi Azərbaycanın
ərazisi 135 min km
2
, əhalisi 25 mln nəfərə qədərdir.
Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi
28 m-dən (Xəzərsahili düzənlik) 4821 m-ə (Savalan dağı) qədərdir.
Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax,
Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və
Şərurdan ibarətdir.
Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan
dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-
Araz və ya Mərkəzi Aran) ovalıqdır.
Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş
Qafqaz (Bazardüzü dağı - 4466 m) və Yan silsilə (Şahdağ - 4243 m) uzanır. Dağlıq
Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir.
Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay
dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır.
Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində
şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026
metrə qədər (Kəmçi dağı) alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən
gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800
m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992
m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m),
Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır.
Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 m, Hinaldağ -
3367 m), Murovdağ (Gamışdağ - 3724 m), Qarabağ (Böyük Kirs - 2725 m) sıra dağları və
Qarabağ vulkanik yaylası (Böyük İşıqlı - 3552 m, Dəlidağ - 3616 m) relyefdə üstünlük
təşkil edir.
Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ - 3120 m) və Zəngəzur sıra dağları
(Qapıcıq dağı - 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346
m) yerləşir.
Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy - 2493 m)
sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu
isə Peştəsər (2200 m) sıra dağları uzanır.
Cənubi Azərbaycanın relyefi bir neçə dağ silsilələrindən və dağarası
çökəkliklərdən ibarətdir.
37
Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş
Qaradağ silsiləsi əyməvari şəkildə qərbdən şərqə doğru uzanır. Araz çayının sağ
sahilindən başlanan bu silsilənin mütləq yüksəkliyi 3000 metrə qədər çatır. Qaradağ
silsiləsinin şimal yamacı 50 kilometr məsafədə 3000 metrdən 200 metrə qədər, cənub
yamacı isə 25 kilometr məsafədə 3000 metrdən 1000 metrə qədər enir. Onun şimal
yamacına kəsilmiş dərələrin dərinliyi 1000 metrdən artıqdır.
Kiəmki-Qaraca silsiləsi Qaradağın cənub, cənub-qərbinə yaxın olmaqla 110
kilometr məsafədə uzanır. Onun Kiəmki zirvəsi 3358 metrə, ən uca zirvəsi isə 3975
metrə qədər ucalır. Silsilənin maksimal enliyi 30 kilometrə qədərdir. Bu silsilə cənub-
şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan silsiləsilə birləşir. Bu silsilə qərbdən
şərqə doğru 130 kilometr uzanmaqla 4821 metrə qədər (Savalan dağı) ucalır. Cavan
(pleystosen) vulkan lavalarından, vulkan küllərindən, tuflarından yaranmış Savalan
silsiləsinin yamacları Acıçay, Balıqçay, Qarasuçay çayları vasitəsilə parçalanmışdır.
Bozquş silsiləsi Acıdərə çayının yuxarı və orta axınından cənub-qərbdən şimal-şərqə
doğru 125 kilometr məsafədə uzanır. Onun mütləq yüksəkliyi 3299 metrə, maksimal
enliyi isə 20 kilometrə çatır. Bozquş silsiləsi şimaldan Acıçay, Balıqçay, cənub-
şərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanmışdır.
Acıdərə çökəkliyindən cənub-qərbə vulkan mənşəli Səhənd (Haramdağ)
dağının (3710 m) konusu ucalır. Ətrafdakı dağarası çökəklik və düzənliklərdən 2500
metrdən artıq ucalan Səhənd dağı və Savalan dağı relyefdə öz vulkan konusu ilə çox
qabarıq şəkildə görünür. Zirvədən radial şəkildə ətraf yamacların ətəklərinə doğru
istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir.
Mişudağ silsiləsi Urmiya gölünün şimal-şərq qurtaracağında yerləşməklə 60
kilometr məsafədə uzanır. Onun maksimal yüksəkliyi 3132 metr (Ələmdar dağı), eni isə 30
kilometrdir. Mişudağın yamaclarında da ariddenudasiya prosesləri gedir.
Cənubi Azərbaycanın qərb qurtaracağında İranla Türkiyə sərhədi boyu 110
kilometr məsafədə uzanan Qotur silsiləsinin şərq yamacı Sarısu, Qızılçay, Ələnd, Qotur
çayları ilə kəskin parçalanmışdır. Qotur silsiləsinin ən uca zirvələrindən Heravil (3676
m), Avrin (3623 m) və Moğancıq (3676 m) dağlarıdır. Aşırımlara Bəzərgan, Qaratəpə və
başqalarını misal çəkmək olar.
Qotur silsiləsindən cənuba, Urmiya gölündən qərbə Moğancıq-Musalan silsiləsi
ayrı-ayrı dağ tirələrindən ibarət olmaqla, onların mütləq yüksəkliyi 2000 metrlə 3000
metr arasında dəyişir. Silsilələrin ən uca zirvəsi 3601 metrdir. Mezozoyun çökmə
süxurlarından yaranan bu silsilənin şərq yamacları Urmiya gölünə doğru istiqamətlənən bir
çox çay dərələri vasitəsilə parçalanmışdır.
Dağ silsilələri arasında Ərdəbil, Acıdərə, Sərab və Mianə adlı iri dağarası
çökəkliklər uzanır. Urmiya dağarası çökəkliyi Xoy şəhəri ilə Miandabad şəhəri arasında
230 km, Təbriz-Quşçu istiqamətində isə (qərbdən şərqə) 125 km məsafədə uzanır.
Çökəklikdə pleystosenin kontinental və göl çöküntüləri yayılmışdır.
38
Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125
km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə
isə gətirmə konusları vardır.
Ərdəbil çökəkliyi Balıqlıçay, Quruçay və Qarasu çaylarının qovuşduğu yerdə
vulkanogen, allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş düzənlikdən ibarətdir.
Onun sahəsi 1000 kvadrat kilometrə qədərdir.
Mianə çökəkliyi Qızılüzən çayının orta axınında yerləşməklə, qərbdən şərqə 25-
30 kilometr məsafədə uzanır.
Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə daxil olmaqla, qərbə
doğru 200 metrə qədər yüksəlir.
Cənubi Azərbaycan relyefində təbiətin yaratdığı əvəzsiz abidələrdən biri də
vulkan mənşəli Savalan dağıdır.
Azərbaycan ərazisində dağlıq relyef şəraitində geniş yayılmış sürüşmələr,
uçqunlar, sellər və vaxtaşırı baş verən zəlzələlər yaşayış məntəqələrini dağıdır,
təsərrüfata ciddi ziyan vurur və insan tələfatına səbəb olur.
Azərbaycan ərazisi mezo-kaynozoyun çökmə, vulkanogen və intruziv
süxurlarından yaranmışdır. Azərbaycan ərazisi Alp qırışıqlıq zonasına aid olub,
tektonik cəhətdən olduqca fəaldır. Bu, özünü ilk növbədə güclü zəlzələlərdə (9 bal)
büruzə verir.
Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla zəngindir. Bu torpaq ən qədim
zamanlardan özünün faydalı qazıntıları ilə, ilk növbədə, nefti və qazı ilə şöhrət
tapmışdır. Dəmir, maqnezium, titan (maqnetitli qumdaşı), xrom, mis, polimetallar,
kobalt, mərgmüş, molibden, İslandiya şpatı, dağ bülluru, kvars, kükürd kolçedanı,
kükürd, barit, alunit, andaluzit, bitum, daş duz və s. kimi filiz və qeyri-filiz faydalı
qazıntılar bu torpağın sərvətidir. Tikinti üçün yararlı, odadavamlı, abraziv və digər
təbii sərvətlər Azərbaycan ərazisində geniş yayılıb.
Azərbaycanda olan mineral bulaqlar öz kimyəvi tərkibinə görə on bir tipə
bölünür. Buraya hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-xloridli-
sulfatlı, hidrokarbonatlı-sulfatlı, xloridli, sulfatlı-xloridli və başqa kimyəvi tərkibli
mineral bulaqlar daxildir. Azərbaycanın coğrafi yeri, onun dağlıq və düzənlik
relyefinin atmosfer proseslərilə qarşılıqlı əlaqə və təsiri nəticəsində bir neçə iqlim
tipləri yaranmışdır.
Azərbaycan Respublikasının iqlimi Kür-Araz ovalığının mərkəz və şərq
hissələrində, Qobustanda, Abşeron yarımadasında və Samur-Dəvəçi ovalığında yayı
quraq keçən mülayim-isti yarımsəhra və quruçöl (bozqır və ya step) iqliminə
malikdir. Eyni iqlim tipi Talış silsiləsinin şimal yamacı boyu da müşahidə edilir.
Qışı quraq keçən mülayim iqlim yarımsəhra və quru çöl iqlimi Kür-Araz
ovalığının Ağdaş-Qarqarçayın aşağı axını istiqamətindən qərbə uzanan Qarabağ
39
düzünün bir qismini, Gəncə-Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur
öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir.
Yuxarıda adları çəkilən hər iki iqlim daxilində qarlı günlərin sayı 20 günə
qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 10 santimetrdən artıq
olmadığından bu ərazilər yüksək məhsuldarlığa malik olan qış otlaqlarıdır.
Bu ərazidə iyulun orta aylıq temperaturu 27°C-dən yüksək olduğundan
pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq geniş yer tutur. Kiçik Qafqazın dağətəyi
və qismən orta dağlıq hissəsində, eləcə də Acınohur öndağlığında və Qanıx-Əyriçay
çökəkliyi daxilində qışı quraq keçən mülayim isti iqlim mövcuddur. Kiçik Qafqazın
və eləcə də cənub-şərqi Qafqazın şimal yamacının orta dağlıq ərazisində qışı quraq
keçən soyuq iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi üçün
yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti, orta dağlıq ərazi üçün isə
qışı rütubətli keçən soyuq iqlim mövcuddur.
Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim-isti
iqlim vardır.
Azərbaycanda rütubətli subtropik bitkilər (çay, limon, portağal, feyxoa və s.)
bu iqlim tipinin əhatə etdiyi Lənkəran ovalığı və ona qovuşan alçaq dağlıq ərazinin
şərq yamacında geniş yayılmışdır. Talış dağlarının alçaq dağlığı ilə orta dağlığın
qovuşduğu dar bir zolaqda yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti
iqlim yaranmışdır.
Naxçıvan MR-in və Cənubi Azərbaycanın dağarası çökəkliklərində yayı quraq
keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu
iqlim tipi daxilində illik mütləq minimum temperatur -32°C, illik mütləq maksimum
temperatur isə +43°C olur. Hər iki ərazinin orta və yüksək dağlıq hissəsində yayı
quraq keçən soyuq iqlim tipi mövcuddur. Bu iqlim şəraitində istər Naxçıvan MR,
istərsə də Cənubi Azərbaycan ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən
yox dərəcəsindədir. Dağ yamaclarının meşədən məhrum olması ariddenudasiya
proseslərinin güclənməsinə, eroziyanın intensiv getməsinə, sellərin tez-tez baş
verməsinə səbəb olur. Bu iqlim tipinə daxil olan ərazilərdə yay otlaqları az
məhsuldardır.
Azərbaycanın mütləq yüksəkliyi 2600-2800 metrdən artıq olan yüksək dağlıq
əraziləri üçün soyuq və tundra tipli iqlim xasdır. Belə iqlimi olan ərazilərdə qismən
daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir.
Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları
dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da
qismən quraq iqlimə malik olan dağarası çökəkliklərdə, dağ ətəklərində, düzənlik və
ovalıqlarda suvarma əkinçiliyi üçün ciddi maneə törədir. Buna görə də tarixən ən
intensiv əkinçilik və bağçılıq çay dərələri, çay yataqları boyu və çayların dağlıq
ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdı.
40
Atmosfer yağıntılarının miqdarının paylanma dərəcəsindən və səthə çıxan
yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir.
Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35
l/san/kv.km) aiddir. Cənubi Azərbaycanın eyni yüksəkliyi olan dağlarının ərazisi isə
orta axın zonasına (25-5 l/san./kv.km) daxildir. Alçaq dağlıq, düzənlik və dağlararası
çökəkliklərdə isə zəif axım (5-1 l/san./kv.km) bəzən ondan da az üstünlük təşkil edir.
Atmosfer yağıntıları ərazi üzrə bərabər paylanmamışdır. Əgər Azərbaycan
Respublikasının Astara rayonunda illik yağıntının miqdarı 1800 mm-dən artıqdırsa
1
,
Qobustanın cənub-şərq hissəsində illik yağıntıların miqdarı 150 mm-dir.
Mülayim iqlim qurşağın orta illik yağıntılarının miqdarı 200 mm-dən az olan
ərazilərində tipik səhra, 200-400 mm olan ərazilərində tipik yarımsəhra, 400-500 mm
olan ərazilərində isə rütubətli dağ çölləri və alçaq dağlıq arid meşələri inkişaf
etmişdir. İllik yağıntının 600-1400 mm-ə çatdığı ərazilərdə meşə örtüyü vardır.
Yüksək dağlıq çəmənliklərində orta illik yağıntıların miqdarı 600 mm-dən 900 mm-ə
qədərdir.
Əlverişli relyef şəraiti olan dağlıq ərazilərdə yağan şıdırğı yağış güclü sellərin
yaranmasına səbəb olur. Azərbaycan ərazisində ilin isti yarısında düşən dolu, əsən
isti-quru küləklər (qara yel ve ağ yel), quraqlıq təsərrüfata böyük ziyan vurur.
Azərbaycan Respublikasının ən iri çayları Kür, Araz, Samur, Tərtər,
Naxçıvançay və başqalarıdır. Cənubi Azərbaycanda Qarasu, Hacılar, Sərdərirud,
Qazançay (Ağçay), Zərrinərud, Zulaçay, Nazlıçay və başqa çaylar vardır.
Azərbaycanın çayları ilin soyuq aylarında əsasən yağış və qrunt suları, ilin isti
vaxtlarında isə qrunt, yağış və qar suları ilə qidalanır.
Urmiya gölünün sahəsi 5900 kvadrat kilometr, onun sutoplayıcı hövzəsinin
ümumi sahəsi isə 50 min kvadrat kilometrdir. Gölün səviyyəsi 125 m mütləq
yüksəklikdədir. Onun uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün dərinliyi
şimal hissədə 6 m-ə, cənubda isə 15 m-ə çatır. Payız və yaz fəsillərində yağışların
yağması ilə əlaqədar olaraq onun səviyyəsi qalxır, yayda isə əksinə, su səthindən
intensiv buxarlanmanın getməsi sayəsində kəskin enir.
Hövzə yüksək minerallaşmaya (220
0
/
00
) malikdir. Lakin göldə xərçəngəbənzər
canlılar vardır.
Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra
iqlimi şəraitində (5000 m-dən yüksəklikdə) dağ-çəmən torflu torpaqlar formalaşır.
Sıra dağların suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ
çəmənlikləri geniş sahəni tutur.
1
1959-cu ildə Astara rayonunun Gəgiran məntəqəsində yağıntının miqdarı 2767 mm-ə çatmışdı.
41
Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq
tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş
cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur.
Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef
şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq-sarı, əksər hallarda
skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin
allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır.
Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini örtür. Maqmatik
vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində
əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı
yüksək olur. Qarabağ vulkanik yaylasını, Savalan və Səhənd dağlarının yamaclarını
buna misal çəkmək olar.
İqlim şəraitinin kontinentalvarı və quraq keçməsilə əlaqədar Cənubi
Azərbaycandakı dağ yamaclarında seyrək kserofit kolluqları və yarımkol friqonoid
bitkiləri geniş sahə tutur. Dağarası Çökəkliklərdə və maili düzənliklərdə quru çöl və
yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan dağ silsiləsinin şərq
yamaclarında enliyarpaqlı meşələr, bozqır və friqonoid bitkilərindən ibarət kolluqlar
yayılmışdır. Xəzər dənizinin sahili boyu Üçüncü dövrün dəmirağacı, şabalıdyarpaq
palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir.
Yüksək dağlığın qayalıq hissələrində bezoar keçiləri, muflonlar məskunlaşıb.
Dağ-meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bəzən bəbir,
muflon (dağ qoyunu), cüyür, çöl donuzu (qaban), tetra quşu, göyərçin, ular və b.
vardır. Yarımsəhra şəraitində qırmızıquyruq siçan, oxlu kirpi, nutriya, gürzə, turac,
kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar yaşayır.
Azərbaycanın daimi və müvəqqəti qoruqlarında nadir heyvan növləri (ceyran,
bezoar keçisi, muflon, cüyür (əlik), xallı maral, sayqak, maral, kövkər və b.), relikt və
endemik meşə bitkiləri, eləcə də landşaft kompleksləri mühafizə olunur. Bu qoruqlara
Qızılağac, Zaqatala, Göygöl, Bəsitçay, Şirvan, Qarayazı, Pirqulu, Turyançay, Hirkan
və başqa qoruqlar aiddir.
Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb
təbii şərait, ayrı-ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və
təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır.
Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival-
buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və
meşədən sonrakı çəmən-çöl, orta dağlığın dağ kserofit (friqonoid) landşaftları
mövcuddur. Dağ ətəklərinin enliyarpaqlı meşə, alçaq dağlığın kserofit, quru çöl və
arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir.
Düzənlik ərazilərdə ovalıq və düzənliklərin meşə-çəmən, quru-çöl və
yarımsəhra landşaftları inkişaf etmişdir.
|