Ġnsan cəmiyyətinin ən qədim inkiĢaf mərhələləri. Alt paleolit - Quruçay
mədəniyyəti (olduvay) və aĢel. İbtidai icma cəmiyyətinin, qədim insanların, onların
inkişaf xüsusiyyətlərinin meydana çıxması, formalaşması və ayrı-ayrı inkişaf
mərhələləri paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış
maddi
mədəniyyət qalıqları vasitəsi ilə tədqiq olunur.
Alt paleolit. Çoxtəbəqəli Azıx mağara düĢərgəsi. Azərbaycan ərazisində
aparılan arxeoloji tədqiqatlar nəticəsində 30-dan artıq paleolit abidəsi müəyyən
olunmuşdur. Azərbaycanın ən ibtidai sakinləri haqqında biliklər mağara
düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir.
Alt paleolit abidələrində aparılan tədqiqatlar zamanı 4 arxeoloji mədəniyyət -
olduvay (ən qədim), qədim aşel, aşel və Mustye mədəniyyətləri müəyyən olunmuşdur.
Azərbaycanın qədim daş dövrü tarixi üçün ən mühüm arxeoloji tapıntılar Azıx,
Tağlar, Daşsalahlı, Qazma və Buzeyir mağara düşərgələrində aparılan arxeoloji
qazıntılar zamanı əldə olunmuşdur. Bu abidələrin çöküntülərində çaydaşı, aşel və
Mustye dövrlərinin mədəni təbəqələri qeydə alınmışdır. Bu mağaralarda aparılan elmi
tədqiqatlar nəticəsində, keçmiş SSRİ ərazisində ilk dəfə olaraq, çaydaşı alətləri
mədəniyyəti müəyyən olunmuşdur. Bu baxımdan çoxtəbəqəli Azıx mağara
düşərgəsində aparılan tədqiqatların xüsusi elmi əhəmiyyəti vardır.
Azıx mağara düşərgəsi Azərbaycan Respublikasının Qarabağ bölgəsinin
cənub-şərq yamaclarının ucqar nöqtəsində yerləşir. Abidə Quruçayın sol sahilində
olub, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Öz böyüklüyünə görə Azıx
mağarası Zaqafqaziya karst boşluqları arasında ən möhtəşəmidir. Əlavə mikroyollarla
birlikdə mağaranın ümumi uzunluğu 200 metrdən artıq olub, ümumi sahəsi isə 1250
kv.m-dən bir qədər çoxdur. Azıx mağarası karst mənşəli olub, əsasən, son ağcagil -
Abşeron dövrləri ərzində əmələ gəlmişdir. Quruçayın yatağı mağaranın giriş yolunu
48
kəsib aşağı enmiş, burada terras əmələ gəlmiş, mağara subasma təhlükəsindən xilas
olmuş və ibtidai insanın mağarada yaşamasına şərait yaranmışdır.
Quruçay dərəsi, Azıx mağarası yerləşdiyi ərazi ilə birlikdə, istehsal alətləri
hazırlamaq üçün zəngin xammal mənbəyi olmuşdur. Burada kvars, kvarsit, bazalt,
felzit, çaxmaqdaşı, yaşma və s. mineral daşlar vardır.
Azıx mağarası dünya arxeologiyasında xüsusi yer tutaraq, özünün maddi
mədəniyyət qalıqlarına görə keçmiş SSRİ ərazisində yeganə abidədir. Burada
kompleks şəkildə arxeoloji tədqiqatlar aparılmışdır. Abidənin tədqiq olunmasında
arxeoloqlarla
yanaşı,
paleozooloqlar,
paleogeoloqlar,
paleogeomorfoloqlar,
paleontoloqlar və başqa elmi sahələrin mütəxəssisləri yaxından iştirak etmişlər.
Çoxtəbəqəli Azıx mağara düşərgəsinin cənub giriş yolunda arxeoloji qazıntılar
zamanı 10 arxeoloji təbəqə qeydə alınmışdır. Çöküntünün ümumi qalınlığı 13,5 metrə
bərabərdir. Düşərgənin çöküntülərində qədim paleolitin bütün dövrlərini ardıcıl əks
etdirən bütün təbəqələr qeydə alınmışdır. Mağara düşərgələri arasında stratiqrafik
cəhətdən belə ardıcıllıq hələlik dünyanın heç bir guşəsində qeydə alınmamışdır.
Dostları ilə paylaş: |