TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə11/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   7   8   9   10   11   12   13   14   ...   157
Quruçay  mədəniyyəti. Tarixi dövrlə bağlı ən qədim arxeoloji  tapıntılar Azıx 

mağara  düşərgəsinin  VII-X  təbəqələrindən  aşkar  olunmuşdur.  Bu  təbəqələrdən  300-

dən  artıq  daş  məmulatı  əldə  edilmişdir.  Əmək  alətləri  içərisində  əsas  yeri  kobud 

çapma alətləri tutur. Daş məmulatı arasında kobud çapacaqlar, kubvari alətlər, kobud 

qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr və s. qeydə alınmışdır. Maraqlıdır ki, 

stratiqrafik  səviyyədən  asılı  olmayaraq  ən  aşağı  təbəqələrin  daş  məmulatı  arxeoloji 

cəhətdən eyni texniki üsulla hazırlanmışdır. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi 

görünüşündə,  çənglə  örtülməsindən  asılı  olaraq  saxlanılma  dərəcəsində,  texniki  və 

tipoloji əlamətlərində də özünü göstərir. 

Aşağı  təbəqələrin  daş  alətləri  əsasən  kənarlarından  mərkəzə  doğru  vurub 

qoparma  üsulu  ilə  çox  kobud  formada  hazırlanmışdır.  Belə  üsulla  hazırlanmış  daş 

alətlər  daş  məmulatı  içərisində  çoxluq  təşkil  edir.  Təsvir  olunan  əmək  alətlərini 

uzunsov  çaydaşılarının  bir  ucu  və  ya  onun  uzununa  bir  kənarını  qoparma  yolu  ilə 

hazırlamışlar. Göstərilən tip əmək alətlərinin meydana gəlməsi bir daha sübut edir ki, 

bu cür daş məmulatı iki yuxarı üzü işlənilmiş protoçoppinqlərin ilk istehsal pilləsini 

təşkil  edir.  VII-X  təbəqələrin  daş  məmulatı  arasında  qəlpələrdən  hazırlanmış  əmək 

alətləri də vardır. Belə alətlər içərisində əsas yeri qaşov tipli alətlər tutur. 

Azıx düşərgəsinin aşağı təbəqələrinin daş məmulatı arasında 4-5 kq ağırlığında 

olan  nəhəng  çoppervari  alətlər  diqqəti  daha  çox  cəlb  edir.  Hələlik  keçmiş  SSRİ-də 

olan paleolit abidələrindən belə alətlər qeydə alınmamışdır. Bu cür alətlər şərti olaraq 

giqantolit  adlandırılır.  Ancaq  təsvir  olunan  belə  alətləri  Azıx  tipli  kobud  çapma 

alətləri adlandırmaq daha münasib olar. 

VII-X  təbəqələrdən  aşkar  olunmuş  arxeoloji  materialların  olduqca  mühüm 

elmi  əhəmiyyəti  vardır.  Bu  materiallar  mağarada  qədim  insanların  ilk 




49 

 

məskunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından 



axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək alətləri hazırlamaq üçün 

daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri 

Quruçay  dərəsində  ovçuluqla  da  məşğul  olmuşlar.  Quruçay  vadisi  ibtidai  insanların 

yaşaması  üçün  zəruri  olan  bütün  nemətlərə  malik  olmuşdur.  Ona  görə  də  Azıx 

mağarasının  VII-X  təbəqələrdən  aşkar  olunmuş  yeni  arxeoloji  mədəniyyətin  maddi 

mədəniyyət  qalıqlarına  Quruçayın  adı  verilmişdir.  Aparılmış  kompleks  tədqiqatlar 

zamanı  Quruçay  mədəniyyətinin  bir  neçə  inkişaf  mərhələsi  müəyyən  olunmuşdur. 

Mədəniyyətin  ilkin  mərhələsində  əmək  alətləri  olduqca  bəsit  hazırlandığı  halda, 

sonrakı  mərhələlərdə  onların  hazırlanma  texnikası  təkmilləşmiş  və  yeni-yeni  əmək 

alətləri yaranmağa başlamışdır. 

Azıx  qədim  insan  düşərgəsinin  VII-X  təbəqələrindən  aşkar  olunmuş  əmək 

alətlərinin  əksəriyyəti  mağaradan  kənarda  hazırlanmış  və  sonradan  düşərgəyə 

gətirilmişdir.  Çünki  buradan  əsasən    hazır  əmək  alətləri  tapılmışdır.  İstehsal 

tullantıları  isə  qeydə  alınmamışdır.  Deməli,  qədim  Azıx  sakinləri  mağarada 

yaşamamışdan əvvəl, Quruçay dərəsinin kənarlarında  yaşayıb fəaliyyət göstərmişlər. 

Əmək alətlərini də məhz burada hazırlamışlar. 

Azıx qədim insan düşərgəsinin VII-X  təbəqələrindən aşkar  olunmuş Quruçay 

mədəniyyətinin  əmək  alətləri  Şərqi  Afrikanın  Olduvay  mədəniyyəti  kompleksi  ilə 

yaxınlıq  təşkil  edir.  Lakin  əməki  alətlərinin  tipologiyasında  fərqli  cəhətlər  də  vardır 

ki, bu da Azıxın aşağı təbəqə materialları əsasında yeni arxeoloji mədəniyyətin aşkar 

olunmasına səbəb olmuşdur. Aparılan kompleks elmi tədqiqatlar nəticəsində Quruçay 

mədəniyyətinin Azıxda 1,2 milyon il bundan əvvəl başlayıb və 700 min il əvvəl sona 

çatması müəyyən olunmuşdur. 

Hazırda  keçmiş  SSRİ  ərazisində  Quruçay  mədəniyyəti  ən  qədim  arxeoloji 

mədəniyyət  hesab  olunur.  Məhz  bu  mədəniyyətin  maddi  mədəniyyət  qalıqları 

əsasında ölkəmizin ərazisində ibtidai insanların 1,2 milyon il bundan əvvəl yaşamağa 

başlaması və daşdan əmək alətləri hazırlaması elmi əsaslarla sübuta yetirilmişdir. 

Aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  Quruçay  mədəniyyəti  dövründə 

qədim  insanların  əsasən  ovçuluq  və  yığıcılıqla  məşğul  olmaları  müəyyən  edilmişdir. 

Həmçinin  bəşər  tarixinin  Azərbaycan  ərazisində  Quruçay  mədəniyyəti  dövründən 

başlaması sübuta yetirilmişdir. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin