əldə olunmuş zəngin və rəngarəng saxsı materialı Atropatenada keramika istehsalının
geniş şəkildə inkişaf etdiyini və yerli sənətkarların-dulusçuların yüksək səviyyəli
ustalığını təsdiq edir. Keramika həm formaların müxtəlifliyi (kuzələr [çox hallarda
burunlu], güldanlar, nimçələr, bardaqlar, möhtərlər və b.), həm də məmulatın yüksək
keyfiyyəti ilə seçilir. Qabların əksəriyyəti yaxşı çökdürülmüş gildən hazırlanmış, bərabər
yandırılmışdır. Qablar qırmızı, sarıya çalan açıq-qəhvəyi və yaxud boz-qara rənglidir.
Anqob və cilalama geniş surətdə tətbiq edilirdi. Qırmızı boya ilə zəncir, həndəsi fiqur,
çiçək motivləri və s. şəklində naxışlanmış qabların (əsasən kuzələrin) çoxsaylı qrupu
mövcuddur. Boyalı keramika ilə yanaşı, ştampla naxışlanmış keramik formalara da
Keramika materialının artımı ilə əlaqədar olaraq keramikanın bu və ya digər
qrupunun mövcudluğunda müəyyən dövrlərin, mərhələlərin ayrılması imkanı yarandı ki, bu
da, şübhəsiz, sonralar Atropatenanın keramika məktəbinin yaranmasına gətirib çıxarmalı
264
Hazırda Atropatena keramikasının təkamülündə iki mərhələni ayırmaq olar: erkən
(e.ə. III - II əsrlər) və son (e.ə. I əsr - eramızın II əsri) inkişaf mərhələləri.
Erkən mərhələ Madada olduğu kimi, boyalı keramikanın olması ilə səciyyəvidir.
Lakin Atropatena keramikası yerli xüsusiyyətlərə malikdir. Fərqlər həm qabların
naxışlanmasında, həm də onların profillərində müşahidə olunur.
Madanın və Mada-Atropatenanın keramika sənətləri arasındakı fərqləri qeyd
edərkən Atropatenanın özündə də boyalı qabların dekorunda ciddi yeknəsəqliyin olmasını
da göstərmək lazımdır.
Tiplərin və formaların daha əhəmiyyətli dərəcədə müxtəlifliyi sonrakı mərhələdə
müşahidə edilir.
Təxminən e.ə. II əsrin ikinci yarısından etibarən hazırda Parfiya dövrünün
arxeoloji obyektlərinin tarixinin müəyyən edilməsində əsas olan keramika tipi yarandı. Bu,
qırmızımtıl-qəhvəyi rəngli (variantları: oxra rəngli, qonur) keramikadır və ədəbiyyatda
"clinkyware" adı almışdır. Keramikanın bu növü Parfiya dövrünün əvvəlində meydana
gələrək təqribən həmin dövrün sonunadək mövcudluğunu davam etdirmiş, eramızın II
əsrinin sonlarından tez olmayaraq aradan çıxmışdır. Bu tipli keramikanın xüsusilə çoxlu
qalıqları Qaleye-Zöhhakda və Ərdəbil yaxınlığındakı "Qala" adlanan möhkəmləndirilmiş
təpədə qeydə alınmışdır.
Təxminən e.ə. II əsrin I yarısında İranın qərbində meydana gəlmiş minalanmış
keramika əvvəlcə yaşılımtıl və yaxud ağımtıl rənglərə malik idi və formalarının
rəngarəngliyi ilə seçilmirdi. Lakin artıq e.ə. I əsrin sonuna doğru minalanmış qabların
formalarının artımı, habelə minanın rənginin dəyişməsi müşahidə olunurdu. Artıq
minalar əsasən mavi (firuzəyi) və yaşıl çalarlara malik idi. Qaleye-Zöhhak şəhər yerində
tapılmış açıq firuzəyi mina ilə örtülmüş "zəvvar" möhtərəsi abidənin eramızın I əsrinə aid
olduğuna dəlalət edir.
Güman etmək olar ki, son mərhələdə məişət keramikası ən çoxsaylı kateqoriya idi
və həm dulus çarxında hazırlanmış qablarla, həm də əllə yapılmış formalarla təmsil
olunmuşdur.
E.ə. I əsr - eramızın I əsri üçün zoomorf keramikanın mövcudluğu səciyyəvidir.
Üç-dörd kiçik ayaqcıqları olan, burun hissəsi realist və yaxud stilistik surətdə tərtib
olunmuş heyvan başı şəklində hazırlanmış qablar zoomorf keramikanı təmsil edir.
Qerminin ətraflarında xeyli bu cür qab aşkara çıxarılmışdır.
Dostları ilə paylaş: