Atropatenada kifayət dərəcədə inkişaf etmiş şəhər həyatının olduğunu təsdiq edirlər.
Fraaspa (Fraata, Faraspa), Qazaka (Qanzaka), Fanaspa, Aqanzana və b. Hellinist-
Parfiya dövrünün mühüm şəhərləri sırasında xatırlanılır. Lakin tədqiqatçı üçün çətin
olan cəhət ondan ibarətdir ki, həmin şəhərlərdən heç birinin yeri indiyədək qəti
şəkildə müəyyənləşdirilməmişdir. Fraaspanı uzun müddət ərzində Urmiya gölündən
təxminən 160 kilometr cənub-şərqdə yerləşmiş müasir Təxti Süleyman şəhər yeri ilə
ekspedisiyasının qədim şəhərin yerində apardığı qazıntılar zamanı hələlik burada
Parfiya dövrünün təbəqələri aşkara çıxarılmamışdır. Bu isə bir çox tədqiqatçıları
Fraaspanın müasir Marağa şəhərinin ətraflarında yerləşdiyini bildirən əvvəlki nöqteyi-
qədim şəhər yeri ilə eyniləşdirirdilər. Lakin bu lokallaşdırma da xüsusilə son
zamanlar bir sıra tədqiqatçıların kəskin etirazına səbəb olmuşdur. Onlar digər nöqteyi-
nəzəri, yəni vaxtilə Qazakanın Miyandob şəhərindən şərqdə olan Leylan kəndi
ərazisində yerləşdiyini söyləyən baxışı müdafiə etdilər. Hazırda bu eyniləşdirilmə
müəyyənləşdirilməsi tədqiqatçılar arasında fikir ayrılıqları doğurmur. Qeyd etmək
lazımdır ki, indiki Zəncan şəhəri ilə eyniləşdirilən Aqanzana ciddi arxeoloji
araşdırmalara məruz qalmamışdır. Fanaspaya gəldikdə isə belə bir fərziyyə irəli
sürülmüşdür ki, Ptolemeydə [VI, 2] qeydə alınmış bu şəhər müasir Marağa və Miyanə
şəhərləri arasındakı ərazidə, Miyanəyə daha yaxın olan bir mövqedəki Qaleye-
Zöhhak adlı qədim şəhər yeri ilə eynidir. Qədim şəhər yerində dəfələrlə səyyahlar və
arxeoloqlar olmuşlar. Onların arasında Almaniya Arxeoloji İnstitutunun bir neçə il
258
ərzində kəşfiyyat axtarışları aparmış ekspedisiyalarını qeyd etmək lazımdır. Abidənin
ətraflı (qazıntılar aparılmasa da) tədqiqi nəticəsində mühüm arxitektura, keramika və
digər mədəniyyət qalıqları aşkara çıxarılmışdır ki, bu da həmin qədim şəhər yerinin
tədqiqatçılar tərəfindən Ptolemeyin qeyd etdiyi Fanaspa ilə eyniləşdirilməsi üçün əsas
olmuşdur.
Mil düzündə (Azərbaycan Respublikasının Beyləqan bölgəsi), iki təpə
üzərində yerləşmiş, xəndəklərlə əhatələnmiş və keramikası, sikkələri, digər tapıntıları
ilə e.ə. IV əsrə - eramızın I əsrinə aid olunan Təzəkənd şəhər yeri eramızın ilk əsrləri
mənbələrində xatırlanmış qədim Paytakaranla eyniləşdirilir.
Antik ədəbiyyatda [ S t r a b o n , XI, 13, 3] yuxarıda adları çəkilmiş şəhərlərdən
başqa Vera qalasının mövcud olduğu təsdiqlənməkdədir. Bu qalanın lokalizasiyası da
tarixçilər arasında xeyli mübahisələr doğurmuşdur. Strabonun mətnində həmin qalaya
aid olan hissənin naqisliyi bu mübahisələrin başlıca səbəbidir. Oxunuşdan asılı olaraq
Veranın lokalizasiyasının aşağıdakı variantları irəli sürülmüşdür: 1) Qazakanın
içqalası; 2) Fraaspanın içqalası; 3) Fraaspanın özü. Lakin bu yaxınlarda Veranı
Marağadan təxminən 16 kilometr yuxarıda Səhənd dağının ətəklərində lokallaşdırmaq
haqqındakı təklifə yenidən diqqət yetirildi. Daşqala Zöhhak qala tikililəri Marağadan
şimal-qərbdə, təxminən bu qədər uzaqlıqda (16 km) yerləşir və həmin abidənin islam
dövrünə aid olan möhtəşəm tikinti qalıqlarının altında islamaqədərki zamanın
tikililərinin xeyli qalığı nəzərə çarpır. Fərziyyənin tərəfdarlarının fikrincə, qalanın
alınmaz və müdafiə üçün əlverişli vəziyyətdə olması bu fikrin mənafeyinə xidmət
edən vasitəli təsdiqdir.
Almaniya Arxeoloji İnstitutunun ekspedisiyasının Astara-Ərdəbil bölgəsindəki
kəşfiyyat işləri Mada-Atropatenada Parfiya dövründə tikilmiş qalalar haqqında
təsəvvür yaradır. Bu işlərin gedişində uzun zaman ərzində, o cümlədən keramik
materialın mühakimə yürütməyə imkan verdiyi kimi, Parfiya dövründə də fəaliyyət
göstərmiş bir sıra qalalar: Qaleye-Sasan, Qaleye-Növduz, Ərdəbildən 30 kilometr
şimal-qərbdə olan "Qala" qeydə alınmışdır. Onların yerləşməsində və quruluşunda bir
sıra ümumi cəhətləri görmək olar. Bütün qalalar uca, çətinliklə fəth oluna bilən
təpələrdə yerləşir, iri, yonulmamış daşlardan tikilmiş güclü divarlarla, yarımdairəvi
qüllələrlə əhatələnmişdir, zəif daxili tikilişə malikdir, lakin bununla belə divarların
daxilində həmişə içməli su ehtiyatlarını mühafizə etmək üçün çən (və yaxud çənlər)
vardı.
Təəssüf ki, artıq deyildiyi kimi, Atropatenanın yuxarıda adları çəkilmiş yaşayış
yerlərindən heç biri qəti surətdə lokallaşdırılmış hesab oluna bilməz. Bu, həm də
identifikasiyası məsələsi tədqiqatçıların mübahisəsinə səbəb olmuş qədim şəhər
yerlərinə, həm də müasir yaşayış məntəqələri ilə eyniləşdirilən, lokalizasiyası
məsələsi mübahisə doğurmayan qədim şəhər yerlərinə eyni dərəcədə aiddir. Lakin
belə hesab etmək lazımdır ki, sonrakı arxeoloji işlər bu fərziyyələrin doğruluğunu və
259
yaxud səhv olduğunu müəyyən etməyə, habelə hazırda ümumiyyətlə antik dövrə aid
olunan digər abidələrin (Cənubi Azərbaycandakı Qalaoğlu, Qamçıçay, Qaleye-Zərrin-
Kuh, Gaur Qala və b., Azərbaycan Respublikası ərazisində Mil düzündəki Qaratəpə,
Qalatəpə və bir sıra başqa abidələr) mövcudluğu müddətini və əhəmiyyətini daha
dəqiq aydınlaşdırmağa yardım edəcəkdir.
Dostları ilə paylaş: