TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə87/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   83   84   85   86   87   88   89   90   ...   157
məsul  red.)  düşərgə  istehkamlarına  basqın  edərək,  ön  xətdə  dayanan  döyüşçüləri 

hürküdüb  geri  oturtdular..."  [P  l  u  t  a  r  x].  Plutarxın  və  Dion  Kassinin  dediklərinə 

əsaslanaraq,  belə  güman  etmək  olar  ki,  mühasirəyə  alınanlar  Antoni  olmayanda 

cəsarətli  bir  çıxış  etmişdilər  və  Antoni  qayıdan  kimi  öz  qoşunlarının  düşməni 

düşərgəyə  buraxmış  hissələrini  "desimasiya"  yolu  ilə  bərk  cəzalandırmışdı.  Plutarx 

yazır  ki,  Antoni  "...onları  (müəllifin  təbirincə,  "ürəksizlik"  göstərmiş  döyüşçüləri  - 



məsul  red.)  on-on  bölmüş  və  hər  on  nəfərdən  birini  -  püşk  hansının  bəxtinə  çıxsa  - 

ölümə məhkum etmiş, qalanlarına isə buğda əvəzinə arpa verilməsini əmr etmişdi". 

Qışın  yaxınlaşması  həm  romalıları,  həm  də  Atropatenanın  müdafiəçilərini  – 

parfiyalıları və madalıları eyni dərəcədə narahat edirdi. Antoni yaxşı başa düşürdü ki, 

əhalisi romalılara düşmən kəsilmiş bir ölkədə qış mənzillərinə çəkilmək əsla mümkün 

deyildir.  IV  Fraat  və  onun  müttəfiqi  Atropatenalı  Artavazd  da  başa  düşürdülər  ki, 

əsasən  süvarilərdən  ibarət  (40-50  min)  olan  nəhəng  bir  ordunu  qışda  çöl  şəraitində 

saxlamaq  qeyri-mümkündür.  Plutarx  əsla  mübaliğə  etmədən  yazır:  "...müharibə  iki 

tərəfin heç biri üçün asan deyildi, gələcək isə daha dəhşətli görünürdü". 

Dözməyib ilk addım atan Antoni oldu  - o, IV Fraatın yanına elçilər göndərib 

köhnə  və  onun  yürüşü  zamanı  ələ  keçirdiyi  bayraqların  və  əsirlərin  qaytarılmasını 

tələb  etdi.  Parfiya  çarı  romalıları  qəbul  edərkən  özünü  çox  təkəbbürlü  apardı  (bu 

səhnəni  Dion  Kassi  təsvir  etmişdir),  onların  tələbini  rədd  etdi,  lakin  bildirdi  ki, 

mühasirəni  dayandırıb  ölkəni  dərhal  tərk  etsələr,  onun  qoşunları  maneçilik 

törətməyəcək və romalıların arxayınlıqla vətənə qayıtmasına imkan verəcəklər. 

                                                           

9

 

Oppi Statianın aryerqardının tələf edilməsi nəzərdə tutulur. 



 


251 

 

Barışıq  bağlandığını  güman  edən  Antoni  bir  neçə  günlük  yır-yığışdan  sonra 



olan-qalan  mühasirə  maşınlarını  atıb  (mühasirədə  olanlar  bu  maşınları  dərhal 

yandırdılar),  döyüşçülərin  bir  hissəsinin  narazılığına  baxmayaraq,  düşərgədən 

tərpəndi  və  geri  çəkilməyə  başladı.  IV  Fraatın  vədinə  baxmayaraq  müttəfiq  qoşunu 

romalıları qarabaqara izləyirdi. 

Romalılar Atropatenaya soxulduqları yolla deyil, başqa yolla geri çəkilirdilər. 

Güman  edilir  ki,  bir  şəxs  Antonini  duyuq  salmış  və  o,  öz  döyüşçülərini  Marağadan 

şərqə,  sonra  isə  Səhəndin  şərq  yamaclarından  keçən  çətin  dağ  yolları  ilə  Təbriz 

vadisinə və Mərəndə tərəf, oradan da, ola bilsin, Əhərə və daha sonra "Midiyanı (yəni 

Atropatenanı - məsul red.) Ermənistandan ayıran" Araza tərəf apardı [ P l u t a r x ] .  

Qışın  şaxtasında  çətin  dağ  yolları  ilə  iyirmi  yeddi  günlük  yürüş,  aclıq, 

susuzluq,  düşmənin  süvari  qoşununun  daim  arxadan  təqib  etməsi,  iyirmiyə  qədər 

çarpışma - bu çarpışmaların təkcə birində romalılardan 3 min adam öldürülmüş və 5 

min  adam  yaralanmışdı  -  öz  işini  gördü.  Plutarx  romalıları  təqib  edənlər  arasında 

xüsusi olaraq "midiyalılar (atropatenalılar - məsul red.) dəstəsinin" adını çəkir. 

Atropatenada  həlak  olmuş  romalıların  ümumi  sayı  güman  ki,  35  minə  yaxın 

idi. 


Beləliklə,  öz  miqyasına  görə  əzəmətli  olan  "Parfiya"  ekspedisiyası  fəlakətlə 

qurtardı. 

Hellinist  qaydalarını  bərpa  etməyə,  artıq  etnik  cəhətdən  dirçəlmiş,  öz  dövlət 

quruluşunu, mədəniyyətini bərpa etmiş yerli əhalini zorla əsarət altına almağa çalışan 

romalılar məğlub oldular. 

Antoni  və  onun  müşavirləri  son  bir  neçə  onillik  ərzində  Şərq,  xüsusən 

"Parfiya" aləmində baş vermiş çox dərin dəyişiklikləri nəzərə almamışdılar. 

Atropatenalılar,  o  cümlədən  əhalinin  ən  geniş  təbəqələri  romalılara  yunan-

makedoniyalı  istilaçıların  varisləri  kimi  baxırdılar  və  onları  böyük  düşmənçiliklə 

qarşıladılar.  İşğalçılara  qarşı  mübarizə  elliklə  mübarizə,  ümumxalq  mübarizəsi  idi. 

Atropatenalıların  mərd-mərdanə  müqaviməti,  Fraaspanın  qəhrəmancasına  müdafiəsi, 

Roma qoşunlarına qarşı hamılıqla mübarizə aparılması Parfiyanı ələ keçirmək və yeni 

"dünya  dövləti"  yaratmaq  haqqında  Antoninin  avantürist  planının  puça  çıxmasına 

xeyli dərəcədə səbəb oldu. 

Atropatena çarı öz böyük qələbəsini bayram edirdi. Qələbə xüsusilə ona görə 

əlamətdar idi ki,  Atropatena  çarının  əlinə  çox böyük bir qənimət keçmişdi.  O, Oppi 

Statianın əlindən alınmış Roma bayraqlarının sahibi idi. Pont padşahı Polemon onun 

əsiri  idi.  Bütün  bunlar  Atropatenanın  və  onun  çarı  Artabazdın  nüfuzunun  artmasına 

səbəb olmaya bilməzdi. 

Bu  qələbədən  az  sonra  müttəfiqlərin  -  atropatenalılar  ilə  parfiyalıların  arasına 

nifaq  düşdü.  Buna  səbəb  o  idi  ki,  qənimət  bölgüsü  üstündə  iki  hökmdarın  arası 

dəymişdi  və  görünür,  "midiyalıda  (yəni  Artabazdda  -  məsul  red.)  belə  bir  şübhə  və 




252 

 

qorxu  yaranmışdı  ki,  Fraat  onun  taxt-tacına  qəsd  edir"  [ P l u t a r x ] .   Həqiqətən  də 



Parfiya  çarı  qət  etdi  ki,  Atropatenanı  ələ  keçirmək  vaxtı  çatmışdır.  Vəziyyət  elə 

təhlükəli  şəkil  almışdı  ki,  Parfiyanın  möhkəm  tərəfdarı  olan  Artabazd  riskə  gedib 

ənənəvi  Parfiyapərəst  siyasətdan  uzaqlaşır  və  e.ə.  35-ci  ildə  öz  əsiri  Polemonu 

Aleksandriyaya  (İsgəndəriyyəyə)  Antoninin  hüzuruna  göndərib  ona  sülh  və  dostluq 

təklif  edir,  "onu  öz  yanına  çağırır,  bütün  qoşunu  ilə  birlikdə  romalıların  tərəfində 

vuruşmağı  vəd  edir"  [ P l u t a r x ] .   Beləliklə,  Atropatena  tarixində  ilk  dəfə  olaraq 

Artabazd Roma silahının gücünə arxalanmağı qərara aldı. 

Artabazd  ilə  Fraat  arasındakı  çəkişmələr  "dünya  dövləti"  yaratmaq  kimi 

sərsəm  bir  ideyadan  hələ  də  əl  çəkməyən  uğursuz  triumviri  sevindirməyə  bilməzdi. 

Plutarxın  dediyinə  görə,  "[indi]  Antonidə  yeni  və  ən  xoş  ümidlər  oyanırdı".  Çox 

mühüm cəhət ondan ibarətdir (və  Plutarx da  ona  diqqəti xüsusi cəlb edir!)  ki,  "əgər 

keçən dəfə parfiyalılara üstün gəlmək üçün onun (yəni Antoninin - məsul red.) ancaq 

bir  şeyi  -  kaman  və  oxla  silahlanmış  çoxsaylı  süvari  qoşunu  çatmırdısa,  indi  onun 

sərəncamında belə bir süvari qoşun var idi... və o, Araz çayının sahilində midiyalı ilə 

birləşib  hərbi  əməliyyata  başlamaq  üçün  bir  daha  Ermənistandan  keçməyə 

hazırlaşırdı". Doğrudur, süvari qoşun hələ Antoninin sərəncamına keçməmişdi. Lakin 

məsələ  bunda  deyil.  Burada  bizim  üçün  mühüm  cəhət  Atropatena  süvarisinə  yüksək 

qiymət verilməsidir. Zəhmli parfiyalılara üstün gəlmək üçün məhz Atropatena süvari 

qoşunu  çatışmırdı.  E.ə.  34-cü  ilin  yazında  Antoni  Ermənistana  tərəf  hərəkət  etdi, 

ölkənin  çarı  Artabazdı  və  ailəsini  əsir  tutdu,  ölkənin  paytaxtı  Artaksatanı  aldı, 

xəzinəni  ələ  keçirdi  və  Ermənistanın  istila  olunduğunu  elan  etdi.  Ermənistanın  çarı 

elan  edilən  Artaksi  (Artaşes)  əvvəlcə  romalılara  müqavimət  göstərməyə  cəhd  etdi, 

lakin  bir  azdan  qaçıb  parfiyalıların  tərəfinə  keçdi.  Atropatenalı  Artabazd  elə  onda 

Oppi  Statiandan  alınmış  bayraqları  Antoniyə  qaytardı,  qızı  İotapanı  Antoni  ilə 

Kleopatranın oğluna - atası tərəfindən Şərqin gələcək hökmdarı kimi nəzərdə tutulan 

Aleksandra verəcəyini  vəd etdi. Antoni Parfiya ilə  müharibənin davam etdiriləcəyini 

bildirdi.  Lakin  bu  müharibəni  Qərbdəki  əsas  rəqibinə  -  keçmiş  müttəfiqi,  ikinci 

triumviratın üzvü Oktaviana (gələcəkdə Avqust) qələbə çalanadək təxirə salmalı oldu. 

Həmin  il,  yəni  e.ə.  34-cü  ildə  Antoni  Aleksandriyada  Ermənistan  üzərində 

qələbəni  bayram  etdi.  Elə  bu  zaman  ən  dəbdəbəli  bir  şəraitdə  Antoni  "Kleopatradan 

olan oğlunu çarlar çarı elan etdi, Ermənistanı, Midiyanı və Parfiyanı (bu ölkə nə vaxt 

ələ keçirilsə) Aleksandra vəd etdi... Antoni Aleksandrı camaatın qabağına tam Midiya 

geyimində,  tiara  və  dümdüz  kitara

10

 ilə  çıxartdı...  Bu,  Midiya  və  Ermənistan 



padşahlarının geyimi idi..." [ P l u t a r x ] .  

                                                           

10

 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin