TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Atropatena  Hellinizm  dövlətləri  sistemində



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə83/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   79   80   81   82   83   84   85   86   ...   157
Atropatena  Hellinizm  dövlətləri  sistemində.  Çox  geniş  Şərq  vilayətlərinin 

yunan-makedoniyalılar  tərəfindən  istila  edilməsi  nəticəsində  yeni  dövr  -  Hellinizm 

dövrü,  yunan  və  Şərq  ünsürlərinin  qarşılıqlı  surətdə  nüfuz  etməsi  dövrü  başlandı. 

Lakin  Aleksandrın  vəfatından  az  sonra  məlum  oldu  ki,  dünya  dövləti  zamanın 

sınaqlarından  çıxa  bilməyəcəkdir.  Böyük  fatehin  ölümü  onun  imperiyasının  süqutu 

prosesini  sürətləndirdi.  İmperiya  daha  kiçik,  lakin  yaşamağa  qabil  olan  çarlıqlara 

parçalanmağa başladı. Çarlıqların bəzisi yalnız sözdə mərkəzi hakimiyyətdən asılı idi. 

O biriləri, məsələn, Kiçik Mada isə əslində tam müstəqil idilər. 

E.ə. IV əsrin sonunda əlinin altında qoşunu və hakimiyyəti altında ərazisi olan 

satraplardan  hər  biri  öz  torpaqlarını  nəinki  müdafiə  etməyə,  həm  də  mümkün  qədər 

genişləndirməyə çalışırdı. Güclü satraplardan biri olan, "Yuxarı satraplıqlar" üzərində 

hakimiyyəti ələ keçirmək iddiasına düşən və bütün İranı özünə tabe etməyə can atan 

Mada  satrapı  Pifon  ilə  öz  istiqlaliyyətini  qoruyan  digər  Şərqi  İran  satraplıqlarının 

koalisiyası arasında 318-ci ildə qızğın mübarizə başlandı. Pifonun niyyəti baş tutmadı. 

O, sıxışdırılıb Madaya qayıtmağa məcbur oldu. 

E.ə.  IV  əsrin  sonunda  Selevkilər  dövlətinin  yaradılmasının  təməli  qoyuldu. 

312-ci il oktyabrın ilk günlərində Selevkin Babilə gəlməsi ilə bütün Ön Asiyada yeni 

tarix hesabı - Selevkilər erası başlandı. İran satraplıqlarında real hakimiyyət tədricən 

Selevkin əlinə keçir. 

Kiçik  Madanın  demək  olar  ki,  bütün  300  illik  tarixi  -  e.ə.  IV  əsrin  20-ci 

illərindən  e.ə.  I  əsrin  birinci  rübünədək  [bu  zaman  ölkə  öz  köhnə,  rəsmi  adını 

saxlamaqla bərabər, getdikcə daha tez-tez Mada dilində  *Mäd-i Ätarpätkän  (Atropat 

Madası),    yunanca  Mбnia  Arpoлarvn,  digər  hallarda  Ätrpatkän,  Arpoлarnvn  və  s. 

adlanmağa başlamışdı] - əslində bizdən gizli qalmışdır. Qaynaqlarda bu ölkənin adı o 

dövrün  hadisələri  ilə  bağlı  vur-tut  bir  neçə  dəfə  çəkilir.  Qonşu  ölkələrin  tarixinə  və 

ümumi  vəziyyətə,  habelə  qaynaqlarda  adının  iki  üç  dəfə  çəkilməsinə  əsaslanaraq 

yeganə  onu  qəti  demək  olar  ki,  bütün  bu  müddət  ərzində  Atropatilər  çarlığı  mövcud 

olmuşdur.  Burası  da  şəksizdir  ki,  Makedoniya  istilası  zamanından  etibarən  Kiçik 

Mada  əsas  Madadan  -  Böyük  və  ya  Aşağı  Madadan  qəti  ayrılmışdır.  Böyük  və  ya 

Aşağı Madaya, xüsusilə onun mərkəz rayonlarına  yunan-makedoniyalılar çox böyük 

əhəmiyyət  verirdilər,  çünki  Şərq  vilayətləri  ilə  əlaqə  məhz  Mada  vasitəsilə 



233 

 

saxlanılırdı.  Həmin  Mada  torpaqları  yunan-makedoniyalıların  bilavasitə  hakimiyyəti 



altına  düşür  və  burada  onlar  hərbçilər  yaşayan  çoxlu  qəsəbə  salırlar.  Antik 

müəlliflərin  əsərlərində  bu  barədə  məlumat  qalmışdır. Polibi bildirir ki,  Aleksandrın 

təşəbbüsü  ilə  "Midiya  qonşu  barbar  xalqlardan  qorunmaq  üçün  hər  tərəfdən  Hellin 

şəhərləri  ilə  əhatə  edilmişdir".  Sonralar  Ammian  Merselin  yazırdı:  "Midiyada  varlı 

şəhərlər də, qala tipində tikilmiş məskənlər də, əhali də eyni dərəcədə çoxdur". 

Hellinizm  Aşağı Madanın  məişətinə,  mədəniyyətinə, siyasi həyatına  dərindən 

nüfuz  etmiş, ölkə  ayrı-ayrı  hissələrə  parçalanaraq  əvvəlki siyasi birliyindən  məhrum 

olmuş, onun əhalisi olan madalılar isə etnik simalarını itirib digər tayfalara və xalqlara 

qarışmışdılar. 

Kiçik Madaya gəlincə, o, getdikcə daha artıq dərəcədə əsil Madaya, əhalisi isə 

madalılara çevrilirdi. 

Görünür,  Atropatın  varisləri  də  çarlığın  banisinin  ənənəsini  davam  etdirərək, 

yunan-makedoniyalıların  ölkəyə  soxulmasına  "yol  vermirdilər",  hər  halda  mane 

olurdular. Yeri gəlmişkən, deyək ki, bu, Atropatenanın tarixinə dair yazılı qaynaqların 

yox dərəcəsində olmasının əsas səbəblərindəndir. 

Lakin  heç bir şeyə  baxmayaraq, Hellinizm  hər halda  Kiçik Madaya  da  nüfuz 

edirdi.  Burada  Hellinizm  ayinləri  aşılanır,  sinkretik  allahların  (yunan-İran   

allahlarının),      xüsusən      Herakl-Veretraqnanın  (?)  ibadətgahları  tikilirdi.  Kerefto 

dağlarından  bir  yunan  kitabəsi  tapılmışdır  ki,  o  kitabə  hardasa  Beotiyada  da, 

Arkadiyada  da,  yaxud  hər  hansı  başqa  bir  yunan  vilayətində  də  ola  bilərdi.  Aşkara 

çıxarılmış  məşhur  avroman  perqamentləri  yunan  dilinin,  yazısının  və  hüquq 

normalarının  Mada-Atropatenaya,  hətta  onun  kənd  rayonlarına  da  çox  dərin  nüfuz 

etdiyini  göstərir.  Bu  dövr  Yeni  Mada  çarlığının  möhkəmlənməsi  və  onun 

sərhədlərinin 

genişlənməsi  ilə  səciyyələnir.  Qonşu  vilayətlərdəki  yunan-

makedoniyalılar  kimi,  Atropatilər  də  geniş  şəhərsalma  işlərinə  başlamışdılar. 

Atropatenanın  antik  ənənə  ilə  salınan  bir  neçə  şəhəri  haqqında  məlumatımız  vardır. 

Bunlar  Qazaka,  Fanaspa,  Fraaspa,  Aqanzana  şəhərləri  və  Atropatena  ərazisində 

tapılmış  bir  neçə  qədim  yaşayış  yeri,  o  cümlədən  Mil  düzündəki  Təzəkənd  yaşayış 

yeridir.  Qədim  adlarını  bilmədiyimiz,  lakin  ümumən  antik  dövrə  aid  olan  bir  neçə 

başqa abidə də məlumdur. 

Atropatena  çarları  özlərinin  siyasi  və  iqtisadi  mövqelərini  möhkəmləndirərək 

Suriya,  erməni  və  Parfiya  padşahları  ilə  qohum  olurdular.  Onların  müttəfiqlik  və 

dostluq  əlaqələri,  çox  güman  ki,  uzaq  şimala  -  albanlara,  sakesinlərə  və  müasir 

Azərbaycan Respublikası ərazisində yaşamış digər tayfalara qədər gedib çatırdı. 

Yeni  Mada  çarlığının  hökmdarları,  çox  güman  ki,  o  cümlədən  Atropat  özü 

artıq  IV  əsrin  lap  sonunda  İran  satraplıqlarına  yiyələnmiş  Selevkin  (302-281) 

qəsdlərindən ölkəni nə yolla olursa-olsun qorumaq məcburiyyətində qalmışdılar. 




234 

 

Lakin  Selevkin  və  hakimiyyətə  onunla  şərik  olan  Antioxun  bütün  ciddi-



cəhdlərinə  baxmayaraq,  e.ə.  III  əsrin  ortalarına  yaxın  Selevkilər  dövləti  fəlakət 

həddinə  çatdı.  Baktriya,  Soqdiana  və  Parfiya  əldən  çıxdı.  Tezliklə  müstəqil  Parfiya 

dövləti meydana gəldi və ona Asiya tarixində mühüm rol oynamaq nəsib oldu. 

Kaspi dənizini öyrənmək məqsədilə Heraklid (hələ Aleksandrın sağlığında) və 

Patrokl  (e.ə.  təqribən  285-280-ci  illərdə)  tərəfindən  təşkil  edilmiş  ekspedisiyaların 

Mada-Atropatenaya  necə təsir göstərdiyi barədə heç nə bilmirik. Demək lazımdır  ki, 

bu  iki  ekspedisiyadan  heç  birinin  əməli  əhəmiyyəti  olmamışdı  və  Selevkilərin  başı 

digər  işlərə  elə  qarışmışdı  ki,  Kaspiyə  ekspedisiyalar  göndərmək  onların  gözünə 

görünmürdü. 

Aleksandrın parçalanmış monarxiyasını yenidən bölmək uğrunda mübarizə e.ə. 

bütün  III  əsr  ərzində  ara  vermədi.  Diadoxları  (hərfən:  varislər)  epiqonlar  (hərfən: 

sonra  doğulmuşlar,  törəmələr)  əvəz  etdi.  Aleksandrın  sərkərdələrinin  -  Ptolemeyin, 

Selevkin  və  b.  varisləri  Kiçik  Asiyada,  Suriyada,  Finikiyada,  Yunanıstanda, 

Makedoniyada rəqabəti davam etdirirdilər. 

Atropatdan  və  onun  zamanındakı  hadisələrdən  sonra  yazılı  qaynaqda 

Atropatenanın  adı  ilk  dəfə  e.ə.  III  əsrin  iyirminci  illərində  çəkilir.  Söhbət  Polibinin 

əsərinin bir parçasından gedir. 

E.ə.  III  əsrin  20-ci  illərində  Atropatena  taxt-tacında  biz  Arazın  yalnız 

cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan "ən qüdrətli və ən müdrik 

hökmdarı",  "atropatilər  və  onlarla  həmsərhəd  xalqlar  üzərində"  [Polibi]  hökmranlıq 

edən  Artabazanı  görürük.  Polibinin  dediyinə  görə,  Artabazanın  dövləti  Kaspi 

dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı; beləliklə, Ermənistanı və İberiyanı 

da, hər halda onların müəyyən bir hissəsini əhatə edirdi. Bu vilayət, yunan müəllifinin 

(Polibinin)  təsdiq  etdiyinə  görə,  "...Midiya  ilə  yanaşı  olub  ondan  dar  silsiləsi  ilə 

ayrılır,  onun  bəzi  hissələri  Fasisdən  (Rionidən  -  məsul  red.)  yuxarıdakı  yerlərdə 

Pontun (Qara dənizin - məsul red.) üzərində yüksəlir; digər tərəfdən o, Hirkan (Kaspi 

-  məsul  red.)  dənizinə  qədər  çatır.  Vilayətdə  əsasən  at  belində  vuruşan  və  müharibə 

üçün  daha  nə  lazımdırsa  hamısına  kifayət  qədər  malik  olan  güclü  bir  xalq  yaşayır". 

Gürcü mənbələrinə görə, e.ə. III əsr Kartli (İber) çarlığı tarixində "fars" elementlərinin 

(bu  adın  altında  Atropatena  midiyalılarını  düşünmək  lazımdır)  üstünlüyü  dövrü 

olmuşdur. Məhz bu zaman Atropatena ilə Ermənistan arasında sıx siyasi,  mədəni və 

digər  əlaqələr  yaranır.  Bu  dövrün  erməni  əyanları  arasında  anadangəlmə 

atropatenalılar az deyildi. Atropatena və erməni kübarları arasında nikah əlaqələri isə 

adi hal idi. Ermənistanla münasibətlər heç də həmişə rəvan  olmurdu.  Dostluq,  nikah  

əlaqələrini,    ənənəvi  mədəni-iqtisadi  təmasları  bir  çox  hallarda  açıq  düşmənçilik, 

bəzən hərbi toqquşmalar dərəcəsinə çatan düşmənçilik əvəz edirdi. E.ə. III əsrin sonu 

II  əsrin  əvvəlində  məhz  belə  olmuşdu.  O  zaman  şiddətli    çarpışmalar  nəticəsində 

Ermənistan  taxt-tacına  nəinki  Atropatena  dairələri  ilə  sıx  əlaqə  saxlayan,  hətta  bəlkə 




235 

 

də özü madalı  olan Artaşes yiyələnmişdi.  Moisey Xorenli  hər halda Artaşesi açıq-



aşkar "madalı" adlandırır. 

223-cü ildə Selevki dövlətində çarlığa III Antiox (223-187) keçdi. Selevkilərin 

bəzi  ötəri  müvəffəqiyyətləri  və  e.ə.  III  əsrlə  II  əsrin  ayrıcında  Aralıq  dənizinin 

şərqində meydana gəlmiş Roma kimi yeni bir siyasi qüvvə ilə Selevkilərin ilk faciəli 

toqquşması III Antioxun adı ilə bağlıdır. 

Antiox öz  hakimiyyətinin ilk  illərindəcə  çox böyük bir təhlükə  ilə  qarşılaşdı: 

Mada  satrapı  Molon  öz  qardaşı  Parsa  satrapı  Aleksandrla  birlikdə  Selevkilərin 

hakimiyyətinə  qarşı  üsyan  qaldırdı  və  dövlətin  şərq  vilayətlərinin  demək  olar 

hamısını,  o  cümlədən  Mesopotamiyanı  tutdu.  Yalnız  çox  böyük  səylər  bahasına 

Antiox öz düşmənlərinin öhdəsindən gələ bildi. İntihar etmiş Molonun cəsədi çarmıxa 

çəkildi və həqarətə məruz qoyulmaq üçün açıq nümayiş etdirildi. III Antioxun bundan 

sonra  sürətlə  Atropatenaya  soxulması  Molonun  tədbirində  atropatenalıların  fəal 

iştirakına  dəlalət  edir.  Antioxun  Artabazanla  müharibəsi  sülhlə  qurtardı.  Atropatena 

müəyyən müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur oldu. 

III  Antiox  212-205-ci  illərdə  Selevkilərin  əldən  çıxmış  vilayətlər  üzərində 

hakimiyyətini  bərpa  etmək  məqsədilə  Şərqə  möhtəşəm  yürüşünə  başladı.  Bu 

məqsədlə Ekbatanada Anahita məbədi qarət edildi və oradan böyük bir məbləğ - 4000 

talant ələ keçirildi. Parfiyalılar darmadağın edildilər və Selevkilərin ali hakimiyyətini 

tanıdılar.  Yunan-Baktriya  çarlığının  hökmdarı  da  Selevkilərin  hakimiyyətini  formal 

da olsa tanıdı. Sonra Hindistana və İran körfəzinin Ərəbistan sahillərinə yürüş edildi. 

III  Antiox  zəngin  hədiyyələr  və  bac  topladıqdan  sonra  Dəclə  sahilindəki 

Selevkiyaya  qayıtdı.  Şərqə  yürüş  Selevkilər  dövlətinin  parçalanmasını,  şübhəsiz, 

yavaşıtdı, lakin parçalanmanın səbəblərini aradan qaldırmadı. 

E.ə.  III  əsrin  sonu  Selevkilər  dövlətinin  qüdrətli  dövrü  idi.  "Böyük"  titulu 

qəbul  edən  III  Antiox  Asiyanın  çox  geniş  ərazilərində  hökmdar  kimi  tanındı.  Lakin 

bu, çox çəkmədi. 

190-cı  ilə  yaxın,  Maqnessiya  ətrafında  romalılarla  döyüşdə  Antiox  məğlub 

olduqdan sonra, Selevkilər dövlətinin parçalanması prosesi yenidən başlandı. 

II  əsrin  60-cı  illərində,  bəlkə  də  ondan  əvvəl  Atropatena  yenidən  tamamilə 

müstəqil bir dövlətə çevrilir. 

Maqnessiya ətrafındakı məğlubiyyətdən sonra Asiyada Selevkilər hakimiyyəti 

xeyli zəiflədi, hərçənd o zaman Selevki çarları bəzən qələbələr qazanır, hətta şəhərlər 

də salırdılar. 

Bu  ərəfədə  Qərbi  İranın  və  Ermənistan  yaylasının  vilayətlərində  bir  neçə 

müstəqil  dövlət  -  Elimaida,  Xarakena,  Persida,  I  Artaşesin  (yunanca  Artaksi) 

Ermənistan  çarlığı,  Sofenada  Zariadrinin  (Zariatr,  Zareh,  Zarehr)  Ermənistan  çarlığı 

meydana gəlir. Ozünü padşah elan edən Mada satrapı Timarx Selevkilərdən ayrıldı və 

hətta  öz  sikkəsini  buraxmağa  başladı.  Parfiya  da  asılılığın  daşını  atdı.  Beləliklə,  e.ə. 




236 

 

160-cı  ilə  yaxın  Selevkilər  şərq  satraplıqlarının  demək  olar  ki,  hamısını  itirmiş 



oldular. 

Meydana  gələn  erməni  çarlıqları,  xüsusilə  Artaşesin  çarlığı  lap  əvvəldən 

özlərini çox təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər. 

Strabon yazır: "...Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə olmuş 

Ermənistanı  böyütdü...  Onlar  birlikdə  qonşu  xalqların  torpaqlarının  bir  hissəsini 

qoparıb  mənimsədilər.  Onlar  midiyalılardan  (atropatenalılardan  -  məsul  red.) 

Kaspiananı,  Favnitidanı  və  Basoropedanı,  iberlərden  Pariadr  dağlarının  ətəklərini, 

Xorzenanı  və  Qoqarenanı...  xaliblərdən  və  mossiniklərdən  Karenitidanı  və 

Kseroksenanı...,  kataonlardan  Akilisenanı  və  Antitavrboyu  vilayəti,  suriyalılardan 

Taronitidanı... tutub aldılar". 

Selevkilərlə  çoxdan  mübarizə  aparan  parfiyalılar  e.ə.  II  əsrin  50-ci  illərinin 

ortalarına yaxın geniş istila yoluna çıxıb, sanballı siyasi qüvvəyə çevrilirlər. Tezliklə 

(ehtimal  ki,  148-147-ci  illərdə)  Parfiya  çarı  I  Mitridat  Selevkilərin  basqınlarından 

müsibətlər çəkmiş Madanı işğal edir. Madanın işğalı o dərəcədə mühüm bir hadisə idi 

ki, bundan sonra I Mitridat "Böyük çar" titulunu qəbul etdi. 

Madanın işğalı parfiyalıların üzünə Mesopotamiyanın yolunu açdı və e.ə. 141-

ci ildə Mesopotamiya fəth edildi. Sonra varlı Elimaida da işğal olundu. 

Bəzi  tədqiqatçılar  belə  güman  edirlər  ki,  parfiyalılar  Aşağı  Madadan  sonra 

Mada-Atropatenanı  da  işğal  etmişdilər,  lakin  mənbələrdə  buna  sübut-dəlil  yoxdur. 

Selevkilərə  düşmən  olan,  Hellinizm  naminə  nə  varsa  hamısına  qarşı,  Şərq  xalqlarını 

Selevkilərin,  yunan-makedoniyalıların  hədsiz  zülmündən  xilas  etmək  uğrunda 

mübarizə aparan "vətənpərvər" qüvvə  kimi parfiyalıların Atropatenada  mövqeyi, ola 

bilsin,  artıq  möhkəmlənmişdi.  Bir  mühüm  cəhət  də  ondan  ibarətdir  ki,  parfiyalılar 

etnodil (görünür, həm də mədəni) cəhətdən madalılara çox yaxın idilər. Buna görə də 

Atropatenada parfiyalılara "özgələrdən", yəni yunan-makedoniyalılardan fərqli olaraq 

"öz adamları" kimi baxırdılar və o zaman yunan-makedoniyalılara qarşı vahid cəbhə 

yaranırdı. 

Lakin bütün bunlara baxmayaraq, atropatenalılar öz dövlətlərinin suverenliyini 

saxlaya  bilmişdilər.  Atropatilər  çarlığının  parfiyalılar  tərəfindən  zəbt  olunduğunu 

güman  etməyə  əlimizdə  əsas  yoxdur,  çünki  hələ  öz  "Coğrafiya"  əsərini  e.ə.  lap  son 

illərdə  başa  çatdırmış  Strabon  yazırdı:  "onun  (yəni  Atropatın  -  məsul  red.)  ailəsində 

varislik hələ indi də davam edir" (seyrəltmə bizimdir - məsul red.). 

E.ə.  II  əsrin  40-cı  illərinə  yaxın  Parfiya  dövləti  demək  olar  bütün  İranı  və 

bütün Mesopotamiyanı əhatə edirdi. Tezliklə Parfiya dünya dövlətinə, parfiyalılar isə 

uzun  illər  boyu  başlıca  qüvvəyə  çevrilirlər,  özü  də  təkcə  regionda  yox.  Bu  ərəfədə 

İran  ərazisində  yunan-makedoniyalıların    siyasi    hökmranlığına  həmişəlik    son 

qoyulmuşdu. Doğrudur,  130-cü ilə yaxın Selevkilər İranda öz hökmranlıqlarını bərpa 

etmək üçün son dəfə daha bir cəhd göstərirlər. Lakin cana doydurulmuş, Makedoniya 




237 

 

əsgərlərinin  yerləşdikləri  məskənlərin  hamısında  eyni    vaxtda  üsyan    qaldırmış 



madalıların  mütəşəkkil  çıxışı  (məhz  bu  çıxış  Selevki  ordusunun  məhv  olmasında 

həlledici  rol  oynadı)  və  Parfiya  padşahı  II  Fraatın  qoşunlarının  uğurlu  hücumu 

sayəsində  bu  cəhd  Selevki  ordusunun  tamamilə  darmadağın  edilməsi  ilə  nəticələndi, 

VII Antiox da öldürüldü. 

E.ə. II əsrin sonuna - I əsrin əvvəlinə yaxın Parfiya dövlətinin qüdrəti əvvəllər 

misli görünməmiş olan bir səviyyəyə çatdı. 

Beləliklə, Selevkilər dövləti bir dünya dövləti kimi aradan qaldırıldı. İmtiyazlı 

vəziyyətlərindən  məhrum  olan  yunanlar  artıq  yerli  əhalidən  sosial  fərqlər  səddi  ilə 

təcrid  edilməmişdilər.  Bunun  sayəsində  Parfiya  dövrü  adlanan  dövrdə  mahiyyətcə 

Hellinizmin inkişafının növbəti mərhələsi başlanır. 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin