TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə81/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   77   78   79   80   81   82   83   84   ...   157
luyat-i 

aбarbäyjan  istilahına  əl-Birunidə  də  təsadüf  olunur)  haqqında  bildiklərimizdən 

aşağıdakı nəticələrə gəlmək lazımdır:  

1. Hələ orta əsrlərin ərəb müəllifləri dövründə Azərbaycanda Azəri dilində də 

danışırdılar; 

2. 

Azəri  dilinin  İran  dillərindən  olduğu  mübahisəsizdir,  çünki  bu  dil  ərəb 



rnüəllifləri tərəfindən "dari" və "pəhləvi" dilləri ilə bir sırada xatırlanır və yaxud fars 

dili ilə birgə Qafqaz dillərinə qarşı qoyulur; 

3. Azəri dili fars dili deyildir. 

Azəri  dili  materiallarının  nüfuzlu  alimlər  tərəfindən  aparılmış  təhlili  iddia 

etməyə  imkan  verir  ki,  bu  dil  Şimal-qərbi  İran  dilləri  qrupuna  aiddir  və  o,  şübhəsiz, 



226 

 

hələ Mada dilinə xas olmuş fonetikanın başlıca xüsusiyyətlərini özündə saxlamış talış 



dilinə yaxın idi. 

Cənubi Azərbaycanın İran dialektləri - xarzani, xalxali, karinqani və b. qədim 

zamanlarda bu bölgədə mövcud olmuş dillərin qalıqlarıdır. 

Qeyd  etmək  çox  vacibdir  ki,  həm  erkən  orta  əsrlərdə  Cənubi  Azərbaycanda 

mövcud  olduğu  təsdiqlənən,  həm  də  hazırda  bu  ərazidə  qalmış  dialektlər  (bunların 

hamısı  Şimal-Qərbi  İran  dilləri  qrupuna  aiddir)  Mada  dilini  də  səciyyələndirən 

xüsusiyyətlərlə fərqlənirlər. Buna  görə də zənn etmək olar ki, onlar Mada dilinin və 

yaxud daha doğrusu Mada dialektlərinin varisləridir. 

Son zamanlar İran alimlərinin  əsərləri sayəsində  məlum olmuşdur  ki,  Cənubi 

Azərbaycan  vilayətlərində  talış  dilindən  başqa  bu  dilə  yaxın  olan  tati,  xarzani, 

takestani,  xalxali  və  b.  dialektlər  yayılmışdır  və  həmin  dialektləri  Mada  dilinin 

varisləri  hesab  etmək  olar.  İran  tədqiqatçısı  E.  Yarşater  hətta  bu  dialektləri  sadəcə 

olaraq Mada dialektləri adlandırır. 

Maraqlıdır  ki,  Cənubi  Azərbaycanın  bəzi  kəndlərində  (Gəlinqaya,  Dizəc 

Qurban, Kuri, Pir-İshaq, Xarzənd, Uryan, Qaragöz və b.) hal-hazırda da azəri dilində 

danışırlar. 

Artıq  indi  iddia  etmək  olar  ki,  talış  dili  problemi  azəri  dili  ilə,  Cənubi 

Azərbaycan ərazisində yayılmış müasir dialektlərlə bilavasitə bağlıdır. Həmin nəticəni 

irəli  sürmək  isə  yalnız  əsrimizin  30-cu  illərindən  başlayaraq  mümkün  olmuşdur:  30-

cu  illərdə  B.V.Millerin  "Vilayətin  türkləşməsinə  qədərki  dövrdə  Azərbaycan 

əhalisinin  dili  haqqında  məsələyə  dair"  adlı  məqaləsi  çıxdı.  Bu  məqalə  azəri  dilinin 

materialları  əsasında  yazılmışdı.  Lakin  həmin  materiallar  elmi  dövriyyəyə  ilk  dəfə 

İran  alimi  Seyid  Əhməd  Kəsrəvi  Təbrizi  tərəfindən  "Azəri  və  yaxud  Azərbaycanın 

qədim dili‖ adlı əsərində verilmişdir. 

Kəsrəvi  azəri  dilinə  dair  materialları  ilk  dəfə  aşkara  çıxardı,  orta  əsrlərdə 

Azərbaycanda  yayılmış  bu  dilin  İran  səciyyəli  olduğunu  sübut  etdi.  Lakin  o,  dilçi 

olmadığına, mahiyyətcə İran dillərinin tarixi, müasir İran dialektləri haqqında heç bir 

təsəvvürə  malik  olmadığına  görə  səhv  olaraq  azəri  dilini  əski  fars  dili  kimi 

müəyyənləşdirirdi. 

B.V.Millerin  əsərlərindən  sonra  azəri  dili  ilə  ən  yaxın  əlaqələri  olan  talış 

dilinin  tarixi  haqqında  danışmaq  mümkün  oldu.  Həmin  fikri  talış  dilinə  fövqəladə 

dərəcədə  yaxın  olan  tati  dili  haqqında  da  demək  olar  (lakin  artıq  İran  tədqiqatçıları 

E.Yarşater, A.Karəng, Y.Zoka, M.Nəvvabi və b. əsərlərindən sonra). 

Talış,  tati  dilləri,  Cənubi  Azərbaycanın  bir  sıra  başqa  dilləri  və  dialektləri 

qədim  zamanlarda  burada  mövcud  olmuş  böyük  dil  massivinin  varisləridirlər.  Mada 

dili, onun dialektləri və şivələri bu dil massivində hakim mövqe tutmuşdu. 

Azərbaycan  ərazisində  yayılmış  bu  dillər  buraya  nə  yeni  dövrdə,  nə  də  orta 

əsrlərdə gələ bilməzdilər. Bu, mütəxəssislər üçün mübahisəsiz olan həqiqətdir. Özü də 




227 

 

müqayisəli  dilçiliyin  məlumatlarının  göstərdiyi  kimi,  şimal-qərb  qrupunun  dilləri  və 



dialektlərinin fars qrupu dilləri ilə ən azı antik zamanın başlanğıcınadək ayrıldığını da 

xüsusilə qeyd etmək lazımdır. 

Mada  dilinin  və  onun  dialektlərinin  bölgənin  hakim  dili  olması  şübhəsizdir. 

Bu, nəinki hələ antik dövrdə bizi maraqlandıran ərazilərdə Mada etnik elementlərinin 

geniş  surətdə  məskunlaşmasına  dair  yaxşı  məlum  olan  faktlardan,  ölkə  əhalisinin 

"madalılar"  etnonimi  ilə  ifadə  olunmasından,  ölkənin  "Mada"  adlandırılmasından, 

erkən orta əsrlərdə burada Mada qrupunun dil və dialektlərinin, yeni dövrdə isə həmin 

qrupun  dialektlərinin  yayılmasından,  habelə  başqa  mübahisəsiz  məlumatlardan  da 

irəli gəlir. 

Parfiya və orta fars dilləri ilə yanaşı, qədim erməni dilində orta Mada və yaxud 

Mada-Atropatena dilindən əxz olunmuş müəyyən miqdarda mənimsəmələr vardır. Bu, 

mənimsəmələr  yazılı  abidələri  təəssüf  ki,  bizə  gəlib  çatmamış  Mada  dili  haqqında 

müəyyən dərəcədə təsəvvür yaratmağa imkan verir: "Midizmlər" ən erkən, e.ə. II əsrə 

aid olan arami yazılarında aşkara çıxır.  

Deyilənlər  Mada-Atropatena  (orta  Mada)  dilinin  geniş  yayıldığını,  mədəni 

əhəmiyyətini  və  həmin  dilin  Atropatenanın  qonşularının  dillərinə  çoxəsrlik  təsirini 

təsdiq  edir.  Şübhəsizdir  ki,  orta  Mada  dili  zəngin  yazı  ənənəsinə  malik  idi. 

Şübhəsizdir ki, erməni hərfləri ilə, lakin fars dilində tərtib edilmiş, XV əsrə aid olan 

əlyazmada  məhz  bu  Atropatena  dili  "Mada  dili"  adlandırılmışdır.  Bu  əlyazmada 

ibadətin yeddi dildə, o cümlədən "Mada" dilində mətni vardır. Heç şübhəsizdir ki, bu 

dil Mada qrupuna mənsubdur. Mannanın madalılar tərəfindən işğalından sonra Mada 

elementlərinin  həmin  ərazidə  məskunlaşması  intensiv  etnik  proseslərlə  ınüşayiət 

olunmalı idi. Həmin proseslər bu ərazidə Mada dilinin və Mada etnosunun qələbəsi ilə 

başa çatmışdı. 

Bizə  bəlli  olan  materiallardan  belə  nəticə  çıxır  ki,  assimilyasiyaya  uğramış 

etnoslar  adətən  onların  yerini  tutmuş  etnoslara  müəyyən  dərəcədə  nəinki  tarixi-

mədəni,  habelə  bioloji  irsi  də  ötürürlər.  Bizi  maraqlandıran  halda  da  belə  olmuşdur. 

Qeyd  etməmək  olmaz  ki,  qədim  zamanlarda  yaranmış  irandilli  xalqların  əksəriyyəti 

İran  yaylasının  etnik  simasını  itirmiş  və  assimilyasiyaya  uğramış  yerli  əhalisinin 

nəsillərindən ibarət idi. Onlar aborigenlərin nəinki maddi mədəniyyətini və təsərrüfat 

nailiyyətlərini  mənimsəyir,  habelə  müəyyən  dərəcədə  yerli  əhalinin  antropoloji 

tiplərinin  də  varisləri  oldular.  Bu  mənada  etnosların  əksəriyyəti  ümumdünya-tarixi 

prosesini izsiz tərk etmir. 

Hellinizm  dövründə  Cənubi  Azərbaycanın  ərazisində  öz  dili,  adı-etnonimi, 

etnik  özünüdərki  və  etnosun  başqa  ayrılmaz  tərkib  komponentləri  olan  yeni  etnik 

birlik meydana gəlmişdi. 




228 

 

Maraqlıdır  ki,  Ermənistanda  və  İberiyada  (Şərqi  Gürcüstanda)  ümumxalq 



dilləri  -  koyne  Atropatenada  ümumxalq  dilinin  meydana  gəldiyi  bir  zamanda  zühur 

etmişdir. Görünür ki, Albaniyada da ümumi danışıq dili bu zaman meydana gəlmişdi. 

Atropatena  fenomeninin  ümumi  səciyyəsini  verərkən  qeyd  etmək  fövqəladə 

dərəcədə  vacibdir  ki,  "Azərbaycan"  anlayışının  özünün,  habelə  onunla  bağlı  olan 

etnomədəni, ictimai və siyasi səciyyəli hadisələrin və halların başlanğıcı Vətənimizin 

tarixinin 

məhz 

Atropatena 



dövründə  qoyulmuşdur.  Qədim  Azərbaycan 

dövlətçiliyinin,  qədim  Azərbaycan,  daha  dəqiq  Atropatena-Mada  xalqının  mənşəyi 

məhz  buradandır.  "Azərbaycan"  xoroniminin  özü  də  əsası  etibarilə  həmin  zamana 

gedib çıxır və qədim *Ätarpätakän'-ın qanunauyğun surətdə dəyişmiş formasıdır. Bu 

xoronim  heç  də  bir  çoxlarının  düşündüyü  kimi,  "Odlar  yurdu"  deyil,    "Atropata 

məxsus olan [torpaq]" deməkdir. Müqayisə üçün "Lotaringiya" (kral  Lotarın adından 

törənmişdir),  "Özbəkistan"  (Özbək  adındandır),  "Kolumbiya"  (Kolumbun  adı  ilə 

bağlıdır) və s. xoronimləri yada salmaq olar. 

Bu  adın  ikinci  hecada  "a"  saiti  ilə  mövcud  olan,  erkən  orta  əsrlərdə  yaxşı  

təsdiqlənən    formaları    (Adarbigana,    Adarbadagani,  Ädarbaбkän,  Ädarbäygan, 

Ädärbäyjän, Äzärbadgän   və b.) müvafiq hecada "u" saiti olan orta fars formalarına - 

Aturpatkan'a gedib çıxa bilməz. 

Belə hesab edirlər ki, *Ätarpätakan(a) forması Mada dialektlərinə gedib çıxır. 

Bu ad  Ätarpät  adından və  -akän(a) şəkilçisindən  ibarətdir və  yuxarıda  qeyd edildiyi 

kimi,  "Atropata  məxsus  olan  [torpaq]"  deməkdir.  Bu  nöqteyi-nəzər  Strabonun 

müddəası ilə  yaxşı uzlaşır. Strabon yazmışdır ki,  Atropat  Madası "öz adını sərkərdə 

Atropatın adından almışdır". 

"Azərbaycan"  adının  yuxarıda  verilmiş  müxtəlif  formalarının  mövcudluğu 

Ätrpät(a)  adının  müxtəlif  formalarının  mövcudluğu  ilə  izah  olunur:  Avestada 

Ätərəpat(a), - e.ə. I minilliyin ortalarına aid olan Elam sənədlərində Ätarpäta (Ha-tar-

ba-ad-da), Ätropät (Nisadan aşkar olunmuş Parfiya sənədlərində Ätropätak variantı da 

vardır), Sasani dövründə  Äturpät, daha  sonrakı dövrdə  Ädurbäd və  s. İran aləmində 

geniş  şəkildə  təsdiqlənən  bu  ad  "Od  (tanrısı)  tərəfindən  mühafizə  olunan"  mənasını 

daşıyır.  Beləliklə,  eyni  adın  qanunauyğun  fonetik  variantları  olan  "Azərbaycan" 

xoronimi  mənbələrdə  təsdiqlənən  bir  sıra  aralıq  (keçid)  formaları  vasitəsi  ilə  məhz 

*Ätarpätakän(a) formasına gedib çıxır. 

Biz  Vətənimizin  tarixində  müəyyən  dövrdə  irandilli  tayfaların  üstün,  aparıcı 

rolu,  Cənubi  Azərbaycanın  bir  çox  yerli  tayfalarının  iranlaşması,  Atropatena  dilinin 

İran  xarakteri  haqqında  danışarkən  daha  erkən  zamanlarda  Cənubi  Azərbaycan 

ərazisində  və  onunla  qonşu  olan  ərazilərdə  yaşamış  kuti,  lullubi,  hurri,  Manna 

qruplarını, başqa tayfaları və xalqları Azərbaycan xalqının əcdadları sırasından heç də 

çıxarmırıq.  Adları  çəkilmiş  tayfa  və  xalqlar  sələflərimiz,  erkən  tariximizdir  və  biz, 

əlbəttə, onlardan imtina etmək fikrində deyilik. Məlumdur ki, ingilislər öz tarixlərini 



229 

 

Albion  sahillərinə  anqlosaksların  çıxmasından,  fransızlar  Qalliyanın  romanlaşması 



zamanından  başlamırlar;  Misir  ərəbləri  heç  də  o  fikirdə  deyildirlər  ki,  onların  tarixi 

ərəb    süvarilərinin  ölkə  sərhədlərinə  daxil  olduğu  gündən  başlanır;  nə  ispanlar,  nə 

türklər, nə farslar, nə də başqaları yaşadıqları ərazinin ən qədim sakinlərinin - onlarla 

qaynayıb-qarışmış,  onların  içərisində  "ərimiş"  aborigenlərin  tarixindən  imtina 

etmirlər. 

Vətənimizin  torpağında  yaşamış  bütün  tayfa  və  xalqlar  bizi  maraqlandıran 

ərazidə  baş  vermiş  etnik  proseslərdə  özəl,  həm  də  mühüm  rol  oynamışlar.  Onların 

hamısı  müxtəlif  dövrlərdə  burada  təşəkkül  tapmış  etnik  birliklərdə,  son  nəticədə  isə 

eramızdan  əvvəlki  son  yüzilliklərdə  meydana  gəlmiş  etnik  birlikdə  qovuşmuşdur. 

Həmin etnik birliyin təşəkkülündə həlledici rol madalılara məxsus idi. 

Böyük  dövr  ərzində  -  Cənubi  Azərbaycanın  madalılar  tərəfindən  işğalı 

zamanından  etibarən  -  diyarın  tarixi  madalıların  (artıq  diyarın  aborigenləri  ilə 

qaynayıb-qarışmış)  yeni  şəraitdəki  tarixidir,  Yeni  Mada  dövlətinin  (300  ildən  artıq) 

tarixidir və s. 

Biz  məhz  buna  görə  tam  əsasla  Azərbaycan  xalqının  əcdadları  sırasında 

diyarın yalnız ən qədim sakinlərinin deyil, habelə gəlmə irandilli madalıların adını da 

çəkirik.  Madalıların  bu  torpağa  gəlişinə  qədərki  tarix  də  müəyyən  dərəcədə  bizim 

tariximiz,  xalqımızın  tarixidir.  Hazırda  türk  dillərindən  birində  danışan 

azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə, Hind-Avropa 

aləminə  bağlanır,  iranlılarla,  hindlilərlə,  germanlarla,  slavyanlarla  və  başqa  xalqlarla 

qohumluğa yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də 

varislərinə  çevrilir,  irandilli  xalqlarla  birgə  bu  zəngin  aləmə,  eposa,  "Avesta"ya, 

zərdüştilik  təliminə  və  bir  çox  digər  tarixi-mədəni  dəyərlərə  sahiblik  hüququ 

qazanırlar. 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin