TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə80/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   76   77   78   79   80   81   82   83   ...   157
utilər  idi.  Hər  iki  halda  onlar  Herodot  tərəfindən  müklərlə  birgə  xatırlanır.  Bununla 

əlaqədar olaraq qeyd etməmək  olmaz ki,  Pliniyə  görə, utilərin  yaşadığı vilayət  Araz 

çayı üzrə Atropatena ilə və məhz onun Mukana bitişik olan hissəsində həmsərhəd idi. 

Herodotun "utilər" adı altında antik zamanlarda və erkən orta əsrlərdə Qafqaz 

Albaniyasının  Otenada  (erməni  müəllifləri  "Utik"  adlandırırlar)  yaşamış  məşhur 

otenlər-utilər-udi tayfasını görmək lazımdır. Hazırda yığcam halda Qəbələ və qismən 

Oğuz zonasında yaşayan udilər həmin tayfanın qalıqlarıdırlar. 

Utilər  də  müklər  kimi,  e.ə.  V  əsrin  son  rübündə  Kserksin  Yunanıstana 

yürüşündə iştirak etməklə tarix səhnəsinə çıxmışlar. 

Kaspilər  haqqında  erkən  məlumatlar  e.ə.  V  əsrə  aiddir.  Həm  qədim  Şərq 

mənbələrində,  həm  də  antik  mənbələrdə  onlar  haqqında  məlumatlar  mövcuddur. 

Kaspilər  çox  qədim  və  geniş  yayılmış  etnik  törəmələrdən  biri  idilər.  Şübhəsizdir  ki, 

Kaspi  dənizinin  adı  onların  adından  yaranmışdır.  Güman  olunur  ki,  Qafqaz 

ərazisindəki,  ona  yaxın  olan  torpaqlardakı  bir  neçə  keçidin,  Orta  Asiyada  mövcud 

olan bir neçə şəhərin adı da kaspilərin etnonimindən törəmişdir. 

Kaspilər  XI  satraplığa  daxil  olmuş  pavsiklərlə,  pantimatlarla  və  dareytlərlə 

birlikdə  müəyyən  müddətdən  sonra  da  əvvəllər  Kaspilər  ölkəsi,  antik  mənbələrdə 

Kaspiana,  erməni  mənbələrində  Kaspk'  kimi  tanınmış  Paytakaranda,  utilərlə 

qonşuluqda yaşayırdılar. 

Lakin  mənbələrdə  bu  "Qərb"  kaspilərindən  başqa  saklarla    birlikdə  XV 

satraplıqda  yaşamış  "Şərq"  kaspiləri  haqqında  da  məlumatlar  vardır.  Antik 

müəlliflərin xatırladıqları "Qərb" kaspilərindən danışarkən unutmaq lazım deyildir ki, 

istər kaspilərin özləri, istərsə də bəzi alimlərin güman etdikləri kimi Kaspi bölgəsinin 

bu və ya digər tayfalarını da özündə ehtiva etmiş, erkən zamanların özəl adları ilə bizə 

məlum  olmayan  "kaspilər"  (xüsusilə  Qafqa  Albaniyasının  əsas  əhalisi  olan  albanlar) 




222 

 

əsasən  Azərbaycanın,  qismən  şimal,  qismən  isə  cənub  vilayətlərinin  sakinləri 



olmuşlar. 

Mövcud mənbələrə görə, kaspilər bizim təsəvvürümüzdə əkinçiliyi, maldarlığı, 

sənətləri, ticarəti, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq kimi canlanır. 

Arami  sənədlərindən  bizə  məlumdur  ki,  Misirdə  kaspilərin  kifayət  dərəcədə 

böyük məskənləri var idi. 

Kaspilərdə "ən zəngin və nəcabətli şəxslər (hakimiyyətə malik olanlar - məsul 



red.)", kahinlər vardı. Bizə kaspilərin adət və mərasimləri, silahları və geyimi barədə 

bəzi faktlar məlumdur. Döyüşçü kaspilər "yapıncı geyirdilər və qamışdan hazırlanmış 

yerli  ox  və  kamanlarla  silahlanırdılar".  Kaspilərin  dəfn  adətləri  Mada  tayfası  olan 

maqların  adətlərinə  yaxın  idi.  Saf  təbiətin  -  odun,  suyun  və  torpağın  meyitlərlə 

murdarlanmasına yol verilməməsi haqqında təsəvvür bu adətlərin əsasında dururdu. 

Kaspilər  siyasi  meydana  artıq  e.ə.  V  əsrdə  çıxmışdılar.  Herodot  Kserksin 

Helladaya yürüşündə onların iştirak etdiyi haqqında məlumat verir. Habelə məlumdur 

ki, onlar Makedoniyalı Aleksandrın qoşunlarına qarşı döyüşmüşlər. 

Atropatena  çarlığının  qüdrətli  dövründə  Kaspiana  Atropatenanın  hakimiyyəti 

altında və yaxud hər halda ondan müəyyən asılılıqda olmuşdur. E.ə. II əsrdə kaspilər 

erməni  çarlarının  ekspansiyası  ilə  üzləşdilər.  Kaspiana  bir  müddət  Atropatenadan 

qoparıldı. Strabonun məlumatına görə, sonralar "Alban torpağının tərkibinə Kaspiana 

da daxil idi". 

Etnik və siyasi dəyişiklərə baxmayaraq, Urmiyaətrafı bölgədə yerli elementlər 

hələ  antik  dövrdə  qalmaqda  idilər.  Uzun  zaman  ərzində  antik  müəlliflər  tərəfindən 

xatırlanan  ma(n)tianalılar  adı  da  bunu  təsdiq  edir.  Onların  Urmiya  gölü  zonasında 

yerləşmiş  ölkəsi  Ma(n)tiana  adlanırdı.  Unniya  gölünün  özü  qədim  zamanlarda 

Matiana    və  yaxud  Mantiana  gölü  adlanırdı  [Bax:  S  t  r  a  b  o  n,  XI,  XIV,  8].  Gölün 

digər adı Kapavta idi və bu da Strabon tərəfindən təsdiqlənir [XI, XIII, 2]. 

Ma(n)tianalılar  Araz  və  Halis  çaylarının  yuxarı  axarlarından  başlanmış 

Dəclənin  və  Diyalanın  yuxarı  axarlarınadək  olan  çox  geniş  ərazidə  yaşayırdılar. 

Məlumdur ki,  ma(n)tianalılar  kolxların qonşuları olmuş, ermənilər,  madalılar, habelə 

kadusilərlə yanaşı yaşamışlar. 

Görünür,  Ma(n)tiana  adı  hurri,  Mitannisi  (Maitenisi)  ilə  bağlıdır  və  iddia 

etmək  olar  ki,  matianalılar  mənşəcə  hurri  idilər.  Onlar  gerçək  etnik  qrup  kimi  artıq 

e.ə. V əsrin əvvəlində çıxış etmişlər. Herodotun sələfi Miletli Hekatey onlar haqqında 

danışır. Herodot Kserksin Helladaya yürüşü ilə bağlı olaraq onları xatırlatmışdır. Hələ 

e.ə. I əsr müəllifləri də matianalıları tanıyırdılar. 

Beləliklə,  matianalılara  mənbələrdə  təxminən  5-6  əsr  ərzində  təsadüf  olunur. 

Bu isə, şübhəsiz, adı çəkilmiş bölgədə ayrı-ayrı yerli etnik qrupların və etnik ənənənin 

yaşarı və kifayət dərəcədə möhkəm olduğunu təsdiqləyən faktdır. 



223 

 

Antik dövrdə Cənubi Azərbaycanda yerli etnik elementlərlə yanaşı, irandillilər 



də  yaşayırdılar.  Onların  arasında  saqartalılar  (əvvəlki  zikertulular),  Atropatın 

dövründə sakesinlər adı altında məlum olmuş ortokoribantlar daha mühümləri idilər. 

(A)mardların və b. da adlarını çəkmək lazımdır. 

Atropatenanın,  Atropatın  və  Atropatilərin  xeyli  dərəcədə  qüdrət  mənbəyi 

olmuş çox böyük və güclü tayfa qruplarından biri kadusilər idi. Onlar haqqında daha 

erkən məlumatlar Ktesidə və Ksenofontda vardır. 

Kadusilər  Kaspi  dənizinin  cənub-qərb  qismindən  başlanmış  Matiana 

torpaqlarınadək  olan  kifayət  dərəcədə  geniş  ərazidə  yaşayırdılar.  Antik  müəlliflər 

kadusilərin qonşularl kimi  madalıları,  matianalıları, albanları, karduxları, anariakları, 

kaspiləri,  (a)mardları,  sakları,  tapürləri,  hirkanları  və  b.  xatırladırlar.  Görünür, 

kadusplər XI satraplığın xalqları sırasına daxil idilər. 

Cəngavər  dağ  tayfası  olan  kadusilər  öz  müstəqilliklərini  yalnız  Mada 

monarxiyası  dövründə  deyil,  Əhəmənilər  hakimiyyəti  zamanında  da  mühafizə  edə 

bilmişdilər.  Düzdür,  Ktesi  iddia  edir  ki,  onlar  Kirə  tabe  olmuşdular.  Lakin  sonralar, 

hətta  III  Daranın  zamanında  kadusilərin  fars  hökmdarının  təbəələri  deyil,  Mada 

satrapı  Atropatın  müttəfiqləri  hesab  olunduqları  üçün  Ktesinin  dediyinə  inanmaq 

çətindir. 

Mada  tayfalarından  biri,  "Midiya  xalqının  dini  fikrinin  daşıyıcıları" 

(V.V.Struvenin  ifadəsidir)  olan  maqlar  Atropatenanın  etnik  tərkibində  mühüm  yer 

tuturdular. Maq kahinlər - Od ayininin xidmətçiləri, zərdüştilik təliminin təbliğatçıları 

və  qədim  ənənələrin,  Avesta  kitablarının  mühafizəçiləri  idilər.  Maqlar  Madanın 

sonralar isə Atropatenanın mənəvi, mədəni, habelə siyasi və iqtisadi həyatında böyük 

rol oynamışlar. 

Yuxarıda deyildiyi kimi, yerli tayfalarda müstəqil dövlətin mövcudluğuna son 

qoymuş  madalılar  tərəfindən  Mannanın  işğalı  diyarın  etnik  taleyində  həlledici  rol 

oynamışdır. 

Mada  işğalı  zamanından  etibarən  diyarın  etnik-dil  mənzərəsi  kəskin  surətdə 

dəyişməyə başladı. Araz çayından cənubda yerləşmiş torpaqların əhalisinin ictimai və 

mədəni  səviyyəsinin  ümumi  yüksəlişi  Cənubi  Azərbaycanın  bütün  əhalisi  üçün 

anlaşıqlı olan dilin zəruriliyini tələb edirdi. Lakin həmin dövrdə bu ərazidə bu cür dil 

yox  idi,  müxtəlif  dillər  mövcud  idi  və  həmin  dillərin  daşıyıcıları  bir-birini 

anlamırdılar. Yalnız  Manna  ərazisinin bir qismi istisnalıq  təşkil edirdi.  Burada  etnik 

konsolidasiyasının  əlamətləri  nəzərə  çarpır  və  güman  ki,  hamı  üçün  müəyyən  qədər 

anlaşılan ümumi dil yaranırdı. Lakin Manna dövlətinin süqutu bu prosesi dayandırdı.  

Qeyd  etmək  lazımdır  ki,  intensiv  surətdə  baş  vermiş  assimilyasiya    prosesləri  

nəticəsində    artıq    Əhəmənilər    hakimiyyətinə  qədərki  zamanda  Manna  tayfaları 

tədricən  madalılarla  qaynayıb  qarışmağa  başlamışdılar.  "Manna"  xoroniminin  və 

"mannalılar‖  etnoniminin  itməsi  Manna  əhalisinin  etnik  simasını  itirməsindən  xəbər 




224 

 

verir. Manna sonuncu dəfə e.ə. VI əsrin əvvəlində yad edilmişdir. Artıq antik dövrdə 



"mannalıların",  belə  demək  mümkünsə,  izi  də  qalmamışdı.  Buna  görə,  də  heç  də 

təəccüblü  deyildir  ki,  nə  I  Dara,  nə  də  Herodot  nə  Mannanı,  nə  də  mannalıları 

tanımırdılar. Mannalıları artıq "madalılar" adlandırırdılar. 

Madalıların  işğalı,  Cənubi  Azərbaycan  torpaqlarının  uzun  müddət  ərzində 

Mada  dövlətinin,  sonra  isə  Mada  satraplığının  tərkibində  olması,  hələ  Əhəməni 

hakimiyyətinə  qədərki  dövrdə  burada  Mada  etnik  elementlərinin  geniş  surətdə 

məskunlaşması  sayəsində  bu  ərazidə  tədricən  yeni  etnik  birliyin  əsasları  təşəkkül 

tapmağa  başladı.  Bu  etnik  birliyi  Mada-Atropatena  xalqı  adlandırmaq  olar. 

Mənbələrdə onlar madalı, atropatenalı adlanırdılar. 

Gəlmə  tayfalar  aborigenlərin  nəinki    maddi    mədəniyyətini,  təsərrüfat 

nailiyyətlərini,  habelə  müəyyən  dərəcədə  onların  antropoloji  tiplərini  də  əxz  etdilər. 

Cənubi  Azərbaycan  ərazisində  təşəkkül  tapmaqda  olan  xalq  mahiyyətcə  öz  dillərini 

itirmiş,  gəlmələrlə  qaynayıb-qarışmış  avtoxton  əhali  qruplarının  nəsillərindən  ibarət 

idi. Etno-mədəni simbioz baş verirdi. 

Mada  işğalından  sonra  Manna  xarici  aləm  tərəfindən  Madanın  tərkib  hissəsi, 

"Kiçik Mada" kimi qəbul edilirdi. Mada-Atropatena (At

a

/



rpatakan, Atropat Madası, 

Kiçik  Mada,  Atropatiya,  Atropatena)  onu  əhatə  edən  xalqların  təsəvvüründə  Böyük 

Madanın  bir  qismi,  ölkənin  əhalisi  isə  madalılar  kimi  qavranılırdı.  Mənbələrin 

əksəriyyətində  Atropatena  Madanın  bir  qismi  hesab  olunur.  Məsələn,  Strabon  kimi 

məlumatlı bir müəllif Atropatenanı sadəcə olaraq "Midiya" adlandırır. Tatsit də ölkəni 

bu cür adlandırırdı. Görünür, "Mada" ölkənin rəsmi adı idi. Xeyli sonralar da həmin 

diyarı bu cür adlandırırdılar. I Daranın yazısında, antik müəlliflərdə (Strabon, Plini və 

bir  çox  başqaları)  və  digər  mənbələrdə  Cənubi  Azərbaycanın  əhalisi  "madalılar" 

adlandırılırdılar. 

Madalılar aborigenlərlə qaynayıb-qarışarkən diyarın etnik görkəmini dəyişərək 

onların ictimai və mədəni həyatına özlərinin bir çox cəhətlərini bəxş edirdilər. Onlar 

işğal  etdikləri  ölkədə  bir  növ  kök  salırdılar.  Bu  ərazi  tədricən  onların  yeni  vətəninə 

çevrilirdi. 

"Mada"  və  "Atropatena",  habelə  "madalı"  və  "atropatenalı"  istilahları  əsrlər 

boyu çox zaman bir-birini əvəz edən istilahlar kimi işlənmişdir. Bu, erkən orta əsrlər 

dövründə  bir  sıra  mənbələrdə  daha  əyani  surətdə  izlənilir.  Bu  baxımdan  məşhur 

Rüstəmin  nümunəsi  xüsusilə  maraqlıdır.  VII  əsrin  erməni  müəllifi  Sebeos  Rüstəmi 

gah  Asxarh  maraö-ın  (madalılar  ölkəsinin)  sərkərdəsi,  gah  da  Atrpatkanın 

(Atropatenanın) knyazı adlandırır. Əl-Məsudidə ərəblərlə döyüşdə həlak olmuş həmin 

Rüstəm  "əl-azəri",  yəni  ―azəri"  adlandırılır,  bu  isə  son  nəticədə  elə  "azərbaycanlı" 

deməkdir.  Antik  dövrün  Mada-Atropatena  dilinin  yazılı  abidələri  indiyədək  aşkar 

olunmasa  da,  biz  tam  əsasla  iddia  edə  bilərik  ki,  Atropotenanın  orta  Mada  dili, 

şübhəsiz, geniş yayılmış, zəngin yazı ənənəsinə malik olmuş İran dillərindən biri idi. 



225 

 

Nəinki Azərbaycanın retrospektiv surətdə əsrlərin dərinliyinə yönəldilə biləcək 



erkən orta əsrlər dövrünün nisbətən yaxşı məlum olan etnik-dil mənzərəsi, habelə bir 

çox digər məlumatlar da bunu tam müəyyənliklə təsdiq edir. 

Erkən  orta  əsrlər  dövründə  Cənubi  Azərbaycanda  etnodil  situasiyasından 

danışarkən  qeyd  etmək  lazımdır  ki,  ərəb  müəlliflərinin  məlumatlarına  görə,  burada 

yayılmış  dillər  İran  dilləri  olmuşdur.  Ərəb  müəllifləri  bu  dövrdə  Cənubi 

Azərbaycanda yayılmış dillərin və ləhcələrin sırasında azəri (



aбari) pəhləvi (fahlavi < 

pahlavi) və fars (luyat-i furs) dillərini xatırladırlar. 

Azəri dilinin Cənubi Azərbaycan əhalisinin xeyli qisminin dili olduğundan əl-

Məsudi danışır. İbn Hövqəl, Yaqut Həməvi, Bəlazuri və başqa ərəb müəllifləri bu dil 

haqqında  məlumat  verirlər.  Müqəddəsi  azəri  dilini  çətin  anlaşılan,  ayrı-ayrı  sözləri 

Xorasan dilinə bənzəyən xüsusi "fars dili" kimi səciyyələndirir. IX-X əsrlərin bir sıra 

digər  müəllifləri  kimi,  Müqəddəsi  üçün  (luyat-i  furs)  (yəni  "fars  dili‖)  məfhumu 

sadəcə  olaraq  İran  dilləri  qrupuna  mənsubluq  demək  idi.  Azəri  dilinin  fars  dili 

olmadığı qənaəti həmin dilin "yaxşı olmadığını", onun çətin anlaşıldığını (fars dilini 

bilən  şəxsin  baxımından)  iddia  edən  ərəb  müəllifinin  öz  sözlərindən  bəlli  olur. 

Müqəddəsidə  azəri  dili  üçün  "fars  dili"  məfhumunun  istifadə  olunması  başqa  ərəb 

müəllifləri  tərəfindən,  məsələn,  İbn  əi-Mükəfa  tərəfindən  İsfahanın,  Reyin, 

Həmədanın,  Nəhavəndin  və  Azərbaycanın  dilini  nəzərə  çatdırmaq  məqsədilə  fahlavi 

("pəhləvi dili") istilahının işlədilməsinə bənzəyir. 

Beləliklə,  hələ  ərəb  müəlliflərinin  yaşayıb  fəaliyyət  göstərdikləri  dövrdə 

Azərbaycanda  fars  dilindən  güclü  surətdə  fərqlənən  və  talış  dilinə  yaxın  olduğu 

aşkarlanan azəri dilində də danışırdılar. Azəri dilinə və müasir talış dilinə yaxın olan 

dialektlər hələ erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində geniş yayılmışdı. 

Orta  əsrlərdə  Cənubi  Azərbaycanda  yayılmış  bu  dillər  öz  sələfinin  -  Mada 

dilinin  və  yaxud  daha  yaxşı  -  Mada  ləhcələrinin  bəzi  xüsusiyyətlərini  saxlamışlar. 

Əlbəttə, bu ləhcələr qədim zamanlarda da Azərbaycan ərazisində mövcud olmuşlar. 

Bizim  azəri  dili  (həmin  dili  "Azərbaycan  dili"  də  adlandırmaq  olar; 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin