yatırtdıqdan, bir sıra tayfaları və xalqları İran dövlətindən ayırmaq üçün göstərilən
206
bütün cəhdlərə son qoyub hakimiyyətini möhkəmləndirdikdən sonra ümumimperiya
miqyasında təbəddülat yaratmağa başladı. Bir sıra illər ərzində o, Əhəmənilər
dövlətinin yaşaması üçün zəruri olan inzibati, vergi, maliyyə və hərbi xarakterli
islahatlar keçirdi.
Dövlətin daxili vəziyyətini möhkəmləndirmək üçün xeyli iş gördükdən sonra I
Dara xarici siyasət məsələləri ilə məşğul olmağı və öz torpaqlarını genişləndirməyi
qərara aldı. O, Hind vadisi vilayətini tutdu, Orta Asiya saklarına qarşı yürüşlər etdi,
Frakiyanı va Makedoniyanı ələ keçirdi, Qara dəniz sahillərində yaşayan skifləri itaət
altına almaq üçün uğursuz cəhdlər göstərdi, Helladaya kəşfiyyat yürüşlərinə çıxdı.
Lakin bütün səylərinə baxmayaraq, öz hökmranlığının son dövründə I Dara
xarici siyasətdə getdikcə daha tez-tez müvəffəqiyyətsizliyə uğrayırdı. E.ə. 500-cü ildə
Kiçik Asiyanın yunan şəhərlərində farsların zülmünə qarşı üsyan qalxdı. E.ə. 490-cı
ildə Attikaya soxulmuş farsların yunanlarla ilk böyük toqquşması Daranın tam
məğlubiyyəti ilə başa çatdı.
Əhəmənilər dövləti yalnız güclü hərb maşınının sayəsində yaşaya bilirdi. Məhz
hərbi qüvvənin köməyi ilə şah hakimiyyəti imperiyanın çoxlu xalqlarını itaətdə
saxlayırdı. Lakin vaxtilə zəhmli bir qüvvə olan ordu getdikcə zəifləyirdi. Əvvəllər
İran ordusunun özəyi sayılan fars azad icma üzvlərinin get-gedə var-yoxdan çıxması
Əhəməniləri zorakılıqla toplanmış asılı adamlardan ibarət olan orduya muzdlu
əsgərlər gətirməyə vadar etdi. Belə bir orduda cəngavərlik ruhunu və nizam-intizamı
qoruyub saxlamaq getdikcə çətinləşirdi.
Bu şəraitdə iri satraplıqlar farsların hökmranlığından xilas olmaq üçün yeni
bir qüvvə ilə cəhd göstərməyə başladılar. Ayrı-ayrı satraplar arasında toqquşmalar adi
şəkil aldı. Şahın ən yaxın qohumları da mərkəzi hakimiyyətə qarşı tez-tez üsyan
edirdilər. Separatizm cəhdləri, taxt-tac uğrunda mübarizə, saysız-hesabsız saray fitnə-
fəsadları I Daranın vəfatından sonra daha da şiddətləndi. Onun oğlu Kserks
(
Xsajarsan; e.ə. 486-465-ci illər) qəsdçilər tərəfindən öldürüldü. Fitnə-fəsadlar və
qətllər nəticəsində I Artaxsaça (Artakserks; e.ə. 465-424-cü illər) hakimiyyət başına
gəldi. II Darayavahuş (Dara; e.ə. 423-404-cü illər) bir sıra qətllərdən və çoxlu fitnə-
fəsadlardan sonra taxta çıxdı. Şah III Artaxsaca (Artakserks; e.ə. 358-338-ci illər)
qüdrətli saray xadimi hərəmağası (xacə) Baqoy tərəfindən öldürüldü.
Demək olar ki, II Artakserksin (e.ə. 404-358-ci illər) ölümü ərəfəsində
Əhəmənilər dövlətinin tənəzzülünün və dağılmasının bütün əlamətləri göz qabağında
idi.
III Artakserks zamanında şah nəsli demək olar tamamilə məhv edilmişdi. Şah
hətta körpələrə də aman verməmişdi.
Azərbaycan vilayətləri haqqında biliyimiz azdır. Yazılı qaynaqlarda Şimali
Azərbaycan tayfaları haqqında heç bir məlumat verilmir. E.ə. VI-V əsrlərə aid
arxeoloji materiallar də çox deyil. Arxeoloji materiallar e.ə. I minilliyin ikinci
207
yarısının Şimali Azərbaycan vilayətlərini xeyli inkişaf etmiş oturaq əkinçilik-
maldarlıq təsərrüfatına malik bir zona kimi təsvir edir. Burada yalnız təbii suvarmaya
deyil, həm də çox böyük irriqasiya qurğularına əsaslanan suvarma əkinçiliyi mövcud
idi ki, bu da əməyin məqsədyönlü təşkilindən xəbər verirdi. Həmin dövrdə Şimali
Azərbaycan vilayətlərində müxtəlif sənətlər yüksək inkişaf səviyyəsinə çatmışdı,
regionda yaşayan tayfalar digər ölkələrin xalqları ilə intensiv iqtisadi və mədəni əlaqə
saxlayırdılar. Əldə olan materiallara əsasən deyə bilərik ki, bu vilayətlərdə dərin sinfi
təbəqələşmə baş vermiş və şəhər həyatı inkişaf etməyə başlamışdı. Şimali Azərbaycan
tayfalarının bir hissəsi, o cümlədən utilər və müklər XIV satraplığa, digər hissəsi (ola
bilsin, həm də albanlar) XI satraplığa daxil idilər.
Əhəməni hökmranlığının müxtəlif dövrlərində Cənubi Azərbaycan ərazisinin
ayrı-ayrı hissələri X, XI, XIV satraplıqların tərkibinə daxil idi. Cənubi Azərbaycanın
əsas ərazisi hələ I Daranın hökmranlığının lap əvvəlində Mada satraplığının
(Herodota görə, X satraplığın) tərkibində idi.
Əvvəllər Mada satraplığına daxil olan saqartilər I Daranın hökmranlığının ilk
illərində Cənubi Azərbaycan vilayətlərində və ona qonşu olan bəzi rayonlarda mühüm
rol oynayırdılar. Saqartilər, ola bilsin, e.ə. V əsrin əvvəlinə yaxın özlərinin keçmiş
rolunu artıq itirmiş olsalar da, onların haqqında hətta sonralar yaşayıb-yaratmış
müəlliflər də söhbət açırlar. Saqartilərin izləri onların yaşayış rayonunun
toponimiyasında da qalmışdır. Saqartilərin əsas yaşayış rayonu Cənubi Azərbaycan
idi.
Kür-Araz vilayətlərində yaşayan uti və mük tayfaları ilə birlikdə saqartilər bir
satraplığın - XIV satraplığın sakinləri idilər.
I Daranın vaxtında Madanın tərkibindən Asaqarta adlanan əlahiddə bir əyalət
ayrılmışdı. Asaqarta əyalətinə Madanın bütün şimal-qərb vilayətləri - hələ Bisütun
kitabəsinin tərtib edildiyi dövrdə Mada satraplığının tərkibində olmuş vilayətlər daxil
idi. Deməli, Asaqarta əsasən Kiçik Madaya, gələcək Mada Atropatenaya uyğun
gəlirdi. Asaqarta satraplığı, ola bilsin, Şimali Azərbaycan ərazisinin bir hissəsini
(utilər və müklər yaşayan ərazini) də əhatə edirmiş.
Biz Asaqarta satraplığının nə qədər ömür sürdüyünü bilmirik. Lakin orası
məlumdur ki, nə Daranın son, nə də onun varislərinin kitabələrində Asaqartanın adı
çəkilmir. Çox güman ki, Asaqarta sonralar yenidən Mada əyalətinə qatılmışdı. e.ə. V
əsrin başlanğıcında madalılar Əhəmənilər dövlətində yenidən nəzərə çarpacaq rol
oynamağa başlayırlar. Demək lazımdır ki, artıq I Daranın zamanında Cənubi
Azərbaycan əhalisi madalılar adlanırdı.
Həm Cənubi, həm də Şimali Azərbaycan ərazisində yaşayan digər tayfalar,
xüsusən kaspilər, utilər, müklər, parikanilər, matiyenlər, marlar və başqaları kimi,
Mada kontingentləri də bir qayda olaraq Əhəmənilərin bütün yürüşlərində iştirak
edirdilər.
208
Cənubi Azərbaycanın vəziyyəti gərgin idi. Kadusilərə qarşı biri II
Artakserksin, digəri III Artakserksin dövründə edilmiş iki yürüş də buna sübutdur.
Lakin kadusiləri sakitləşdirmək mümkün olmadı. İmperiyanın digər
hissələrində də tam asayiş yox idi. Yunanlar yenə də itaətdən çıxırdılar, misirlilər
onlara kömək edirdilər - onlar eyni zamanda Əhəməni torpaqlarına da soxulurdular.
İran satrapları bir-biri ilə düşmənçilik edir və vuruşurdular, şah sarayı fitnə-fəsad
yuvasına və qanlı çəkişmələr meydanına çevrilmişdi. Mərkəzi hakimiyyət kiçik
şahlara bənzəyən və şah yerişi yeriyən öz canişinlərinin ayrılmaq cəhdlərinin kökünü
kəsməkdə aciz idi. Buna görə təbiidir ki, o zaman təbəələr ayrı-ayrı satraplara çox
vaxt "şah" deyirdilər.
Çox ehtimal ki, belə "şah"lardan biri də hələ qəddar, şöhrətpərəst, lakin ağıllı
III Artakserksin dövründə hakimiyyət başına gəlmiş Mada satrapı Atropat idi.
Anlaşıldığına görə, satrap olduqca müstəqil bir siyasət yeridirdi. Farslar tərəfindən
itaət altına alınmamış kadusilər Atropatın müttəfiqləri kimi çıxış edirdilər, sakesinlər
və albanlar İran dövlətinin təbəələri deyil, Atropatın müttəfiqləri idilər.
Dostları ilə paylaş: