AZƏRBAYCAN TORPAQLARI FARS
ƏHƏMƏNĠLƏR (HAXAMANĠġĠLƏR)
DÖVLƏTĠNĠN TƏRKĠBĠNDƏ
Mada çarlığının və Azərbaycan torpaqlarının Əhəməni II KuruĢ (Kir)
tərəfindən iĢğal edilməsi. Astiaqın hökmranlığı dövründə (e.ə. 585-550-ci illərdə)
Mada çarlığının vəziyyəti çox mürəkkəb idi. Mada cəmiyyətinin daxili ziddiyyətləri
kəskinləşmişdi. Qəbilə əyanlarının dövlətdə mərkəzləşməni ləğv etməyə can atan
böyük bir qismi ilə mərkəzi hakimiyyəti var qüvvə ilə möhkəmlətməyə çalışan Astiaq
arasında ziddiyyətlər güclənmişdi. Kahinlər-maqlar da çardan narazı idilər. Xarici
siyasi vəziyyət qorxulu idi.
Çarın başı Babil işlərinə qarışmışdı. Şimali Mesopotamiyada müharibə
aparılırdı. Mada ordusu yorulmuşdu, ölkənin maddi ehtiyatları tükənməkdəydi. Məhz
bu vaxt Kuruşun (Kirin) başçılığı ilə farslar üsyan etdilər.
Farslarla madalılar arasında e.ə. 553-cü ildə başlanan müharibə üç il çəkdi.
E.ə. 550-ci ildə Kuruş Astiaqı məğlub edib əsir aldı. Ekbatana (Ha
n
gmatana) sarayının
sərvətlərini ələ keçirib Parsaya apardı. Mada dövləti süqut etdi, hakimiyyət Kuruşun
əlinə keçdi. O, Mada çarlarının rəsmi titullarını qəbul etdi.
Madanın farslar tərəfindən işğalı nəticəsində madalılar dövlət müstəqilliyini
itirib farsların hakimiyyəti altına düşdülər. Kuruş itaət altına alınan hər hansı başqa
ölkə ilə necə rəftar edirdisə, Mada ilə də o cür rəftar etdi. Ekbatana dağıldı,
madalıların bir hissəsi qul edildi və Madanın üzərinə bac qoyuldu. Mada, görünür, elə
Kuruşun öz dövründə satraplığa çevrilmişdi. Mada əyanları tezliklə sıxışdırılıb arxa
sıraya keçirildi, xalq kütlələrinə isə ikiqat zülm edilməyə başlandı.
Madalılara qalib gəldikdən sonra Kuruş istila müharibələrinə başladı. On ildən
bir qədər artıq dövrdə çox nəhəng bir imperiya - Əhəməni dövləti yaradıldı. Onun
sərhədləri qərbdə Aralıq və Egey dənizlərinə, şərqdə Orta Asiyaya çatırdı.
"Ölkələr çarlığı" öz etnik tərkibinə və iqtisadi quruluşuna görə əsla yekcins və
möhkəm deyildi. O, "çarlar çarı" başda olmaqla Əhəmənilər tərəfindən idarə edilən
farslar dövləti idi. Bütün farslar vergilərdən və icbari işlərdən azad edilmişdi. Ən
mühüm mülki və hərbi vəzifələr farsların, fars əyanlarının əlində idi.
Kuruş qədim dövrün ən görkəmli şəxsiyyətlərindən biri idi. Onun yaratdığı
Əhəmənilər dövlətində çox geniş bir ərazidə uzun müddət nisbi əmin-amanlıq təmin
olunmuşdu. Bu, təsərrüfat həyatının və beynəlxalq ticarətin çiçəklənməsinə, habelə
mədəniyyətin inkişafına, müxtəlif ölkələrin xalqları arasında mədəni əlaqələrin
genişlənməsinə kömək edirdi.
203
Biz ilk Əhəmənilər dövründə Azərbaycan ərazisinin hansı hissəsinin fars
dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı
Oybar "Nabonidin salnaməsi"ndə
amçt
pehat
mat
Gutium adlanır. Sonuncu ad (Cutium)
qədim Mada vilayətlərinə - Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da
işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan
və kadusilərlə eyni canişinliyə daxil idi.
Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün
ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının
Qafqaz sıra dağlarınadək yayıldığını söyləyir. Lakin bilmirik ki, onun dediklərini
Kuruşun zamanınamı aid etmək lazımdır, yoxsa sonrakı dövrə. X, XI və XIV
satraplıqların daxil olduğu vilayətlər hər halda e.ə. V əsrin birinci yarısından gec
olmayaraq əsasən artıq farslara tabe idi.
Herodota görə, X satraplıq olan Madaya köhnə Mada çarlığının ərazisindən
başqa, parikanilərin və ortokoribantilərin torpaqları da daxil idi ki, bunlar da ancaq
Cənubi Azərbaycan, qismən də Şimali Azərbaycan torpaqlarında ola bilərdi.
XI satraplığa kaspilər, pavsiklər, pantimatlar, dareytlər daxil idilər. Elə bu
satraplığa, şübhəsiz, kadusilər də daxil idilər. Doğrudur, Herodot onların adlarını
çəkmir. Lakin ola bilsin, Kaspinin cənub-qərb sahilində yaşamış tayfaların ümumi adı
kimi işlənən "kaspilər" adı altında kadusilər də nəzərdə tutulurmuş.
XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müklər, habelə Cənubi
Azərbaycan vilayətlərində və onlara bitişik torpaqlarda yaşayan saqartilər daxil idilər.
Beləliklə, Azərbaycan Əhəmənilərin fars dövləti tərkibinə daxil oldu.
Əhəmənilərin hakimiyyəti dövründə xammal ehtiyatları ilə, sənətkarlıqla və mədəni
ənənələrlə zəngin olan Cənubi Azərbaycan bu regionda aparıcı rola malik idi.
Dostları ilə paylaş: |