TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə73/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   69   70   71   72   73   74   75   76   ...   157
Mədəniyyət  və  din.  Cənubi  Azərbaycan  əhalisinin  mədəniyyəti  və  dini 

görüşləri  bir  çox  qonşu  xalqların  mədəniyyəti  ilə  qarşılıqlı  əlaqədə  inkişaf  edirdi. 

İrandilli  tayfalar  bu  zonaya  məişət,  hərbi  sənət,  təsərrüfatçılıq,  ictimai-siyasi 

institutlar,  mədəni-ideoloji  görüşlər  və  mifologiya  sahəsində  bir  çox  yeni  cəhətlər 

gətirdilər.  Onlar  aborigenlərdən  bir  çox  cəhətləri,  xüsusilə  erkən  Mada  geyimini  əxz 

etdilər.  Bizə  Aşşur  relyeflərindən  məlum  olan  həmin  geyim  lullubilərin  geyimi 

əsasında yaranmışdı. Mada papağı tiara haqqında da bunları demək lazımdır. Düzdür, 

sonralar  madalılarda  başqa  geyim  meydana  gəldi;  madalılar  sonralar  Persepol 

relyeflərində  həmin  geyimlə  əks  olunmuşlar.  Görünür,  əski  geyim  yalnız  kaspilərdə 

qalmışdı, Mada parçaları və geyimi bütün qədim dünya miqyasında məşhurlaşmışdı. 

Aristofanın "Qurbağalar" əsərində deyilir ki, Mada parçalarında at-xoruz, keçi-maral 

və  başqa  fantastik  heyvanlar  təsvir  edilirdi.  Mada  xlamidaları  (bürüncəkləri)  geniş 

yayılmışdı. 

Gəlmə  tayfalar  aborigenlərin  nəinki  maddi  mədəniyyətini,  təsərrüfat 

nailiyyətlərini mənimsəmiş, habelə müəyyən dərəcədə onların antropoloji tiplərinin də 

varisləri  olmuşlar.  Cənubi  Azərbaycan  ərazisində  təşəkkül  tapmaqda  olan  xalq  öz 

dillərini  itirmiş  gəlmələrlə  qaynayıb-qarışmış  yerli  əhalinin  nəsillərindən  ibarət  idi. 

Etnomədəni simbioz baş verirdi. 

Madalıların  işğalları  sayəsində  artıq  Əhəmənilərin  hakimiyyətinə  qədərki 

dövrdə  Cənubi  Azərbaycan  bölgəsində  tədricən  yeni  etnik  törəmə  təşəkkül  tapmağa 

başladı. Həmin törəməni şərti olaraq "Mada-Atropatena xalqı" adlandırmaq olar. 

Madalılar  Qərbi  Asiyanın  qədim  mədəniyyətinin  inkişafında  böyük  rol 

oynamışlar. Onların öz  yazısı vardı.  Lakin  həmin  yazının  nümunələrini aşkar etmək 

mümkün olmamışdır. Madanın və onunla həmhüdud olan bölgələrin ərazisində cəmisi 

bir neçə mixi yazılı fraqment (ikisi Marlikdən aşkar edilmiş möhürlərin üzərində, biri 

isə  Nuşi-Cantəpədə  tapılmış  gümüş  parçasında)  və  (yerli  hökmdarın  adından 

yazılmış)  Akkad  dilində  mixi  yazılarla  tərtib  olunmuş  kiçik  bürünc  cədvəl,  habelə 

arami  yazıları  olan  bir  neçə  vaza  tapılmışdır.  Mixi  yazı  e.ə.  XI-IX  əsrlərə,  arami 

yazıları isə e.ə. VIII-VII əsrlərə aid edilir. 

Madalıların  qeyri-adi  yüksəlişi,  qüdrəti  və  uğurları  qədim  dünyanı  onlara 

diqqət  yetirməyə  vadar  etdi.  Madalılar,  onların  əməlləri  haqqındakı  xəbərlər  Aralıq 

dənizinin,  Helladanın  və  Cənub-Şərqi  Avropanın  şərq  vilayətlərinə  çatmışdı.  Yunan 

müəllifləri  Miletli  Hekatey,  Miletli  Dionis,  Lampsaklı  Xaron  və  başqaları  madalılar 

haqqında yazmağa başladılar. 

Mada dövləti İran yaylasında və onun hüdudlarından kənarda yaşayan bir çox 

xalqlara və tayfalara təsir etmiş İran aləminin mədəni və dini mərkəzi idi. 




197 

 

Madalıların dini-fəlsəfi təsəvvürləri yəhudi dininə, ilkin xristianlığa və  yunan 



fəlsəfi fikrinə müəyyən təsir göstərmişdi. 

İran  yaylasının  ərazisində  məskunlaşmağa  başlamış  Mada  tayfalarının  maddi 

mədəniyyəti,  incəsənəti  və  ideoloji  görüşləri  Xurvin,  Marlik,  Deyləman,  VI  Sialkda 

abidələr  qoyub  getmiş  tayfaların  həyatının  həmin  tərəflərindən  az  fərqlənirdi.  Bu 

abidələrdə  aşkar  olunmuş  incəsənət  əşyalarından  bəziləri  bilavasitə  "Avesta" 

miflərindən çıxaraq "oxunur". Aşşur mətnlərindən əldə edilmiş onomastik məlumatlar 

əsasında  tam  müəyyənliklə  göstərilən  dövrdə  bəzi  ,  hallarda  (daha  sonrakı  dəlillər 

üzrə  bunu  müəyyən  etmək  olar)  "Avesta"  formalarından  fərqlənən  qədim  dinlərdən 

birinin  -mazdaizmin  səciyyəvi  cəhətlərinin  Qərbi  İran  vilayətlərində  təşəkkül 

tapdığını iqrar etmək olar. 

Ahura Mazda (Mazda, Ahura) adlanan əsas tanrıya, tanrıların kifayət dərəcədə 

çoxsaylı dəstəsinə - çox zaman bir-biri ilə düşmənçilik edən dayvalara (antropomorf 

quruluşuna  malik  olan  naturalistik  tanrılara)  və  ahuralara  (əxlaqi  səciyyəli 

hakimiyyətə malik olan, şər qüvvələrinə qarşı mübarizə aparan tanrılara) əsaslanan bir 

sıra dini sistemlər mazdaizm adlandırılır. 

Kiçik  Avestada  olduğu  kimi,  iki  əbədi  başlanğıcın  -  Xeyirlə  Şərin,  İşıqla 

Zülmətin  bir-birinə  qarşı  qoyulmasında  ifadə  olunan  dualizm  mazdaizm  üçün 

səciyyəvi idi. 

Madalıların  maddi  mədəniyyəti  haqqında  Mada  qalalarının  əks  olunduğu 

Aşşur  təsvirləri,  Mada  paytaxtı  Ekbatan  zonasında,  Baba-Cantəpədə  və  Nuşi-

Cantəpədə  arxeoloji  qazıntılar  nəticəsində  əldə  olunmuş  dəlillər  əsasında  mühakimə 

yürütmək olar. 

Mada  mədəniyyətinin  daha  erkən  abidələri  Luristanda,  məşhur  "Luristan 

tuncları" zonasında aşkara çıxarılmışdır. Mövzularının bir qismi aşkar şəkildə Avesta 

mənşəli  olan  Luristan  tuncları  əsil  Mada  incəsənətinin  meydana  gəlməsi  və 

inkişafında  müstəsna  dərəcədə  mühüm  rol  oynamışlar.  Baba-Cantəpə  adlanan  iri 

məskən  Mada  mədəniyyətinin,  xüsusilə  tikinti  sənətinin  və  memarlığının  maraqlı 

abidələrindən  biridir.  Bu  məskən  Luristanın  Piş-e-Kuh  adlı  yerində,  bir  neçə  təpədə 

yerləşmişdir.  Həmin  məskən  çoxtəbəqəlidir,  II  və  III  Dəmir  dövrlərini  (e.ə.  X-Vl 

əsrləri)  əhatə  edir.  Məskənin  erkən  təbəqələri  Madaya  qədərki  zamana  aiddir. 

Abidənin  yalnız  yuxarı  təbəqəsi  erkən  Mada  dövrü  ilə  bağlıdır.  Bu  məskən 

mədəniyyət  abidələrinə  və  memarlıq  detallarına  görə  Mada  memarlığının 

Həmədandan  təxminən  70  kilometr  cənubda,  əsrimizin  60-cı  illərinin  sonlarından 

arxeoloji cəhətdən tədqiq olunan mühüm abidələrindən biri Nuşi-Cantəpə ilə yaxındır. 

Nuşi-Cantəpə kompleksi geniş vadi üzərində yüksələn təbii təpənin zirvəsində 

yerləşmişdir,  əsasən,  iki  məbəddən,  "qalaçadan"  və  sütunlu  zaldan  ibarətdir. 

Memarlıq  baxımından  çox  mürəkkəb  olan  mərkəzi  od  məbədi  daha  maraqlıdır.  Bu, 

səcdəgaha  və  minbərə  malik  olan,  mərtəbəli  romb  şəklində  ucaldılmış  hündür 




198 

 

qüllədir. Həmin qüllədə  "müqəddəs"  od alovlanırdı və  bu odun izləri ağardılmış çiy 



kərpiclər  üzərində  qalmışdır.  Görünür,  bu  məbəd  Nuşi-Cantəpə  ərazisində  yalnız  ən 

qədim  tikili  deyil,  habelə  İranda  zərdüştiliyin  bütün  tələblərinə  cavab  verən  ilk 

mazdaistik obyekt idi. 

E.ə. VIII əsrin ortalarında, Mada tayfa ittifaqının və Mada dövlətinin başlanğıc 

dövründə  yaranmış,  onun  çiçəklənməsi  dövründə  də  mövcud  olmuş  Nuşi-Cantəpə 

kompleksi  Selevkilər  zamanınadək  yaşamışdır.  Erkən  Mada  dövrünün  bütün 

kompleksində  Urartu  və  Aşşur  mədəniyyətlərinin,  xüsusilə  memarlıq  ənənələrinin 

təsiri nəzərə çarpır. 

Mada  dövrünün  tikililərinin  qalıqları  Qodin-təpədə,    Sorx-i  Dumbda 

(Luristanda),  VI  Sialkda  və  başqa  yerlərdə  aşkara  çıxarılmışdır.  Bunlar  xeyli 

"Luristan tunc‖nun, silindrşəkilli möhürün tapıldığı Sorx-i Dumbdakı məbəd, Qodin-

təpədəki sütunlu zal və digər materiallardır. 

Bəzi  tədqiqatçılar  belə  hesab  edirlər  ki,  Mada  incəsənətinin  köklərini 

ədəbiyyatda  "Ziviyə  dəfinəsi"  və  yaxud  "Saqqız  dəfinəsi"  kimi  məlum  olan 

kompleksdə  axtarmaq  Iazımdır.  Dəfinə  (bu  əşyaların  qəbirdən  olduğu  haqqında  fikir 

mövcuddur)  1947-ci  ildə,  Urmiya  gölündən  təxminən  100  kilometr  cənub-şərqdə 

yerləşmiş  kiçik  Ziviyə  kəndinin  yaxınlığında  (Saqqız  şəhərindən  40  kilometr 

şərqdədir)  təsadüfən  aşkar  olunmuşdur.  Dəfinədə  350-dək  qızıl,  gümüş,  tunc  və 

sümükdən hazırlanmış incəsənət əşyaları vardı. Əşyaların əsas kütləsini e.ə. VIII-VII 

əsrlərə  aid  edirlər. Bir  çox  əşyalarda  Urartu,  Suriya-Finikiya  və  Aşşur  incəsənətinin 

təsiri maddiləşmişdir. Dəfinədə məlum olan Ön Asiya incəsənəti abidələrindən başqa 

qarışıq  üsluba  malik  olan  əşyalar  da  təmsil  edilmişdir.  Qarışıq  üsluba  malik  olan 

əşyalarda Ön Asiyaya xas olan cəhətlər üslubun, texnikanın, təsvir detallarının yeni, o 

zamanadək  məlum  olmayan  cəhətləri  ilə  uzlaşır.  Onlar  bəzək  əşyaları,  silahlar, 

insiqniyalar  (ali  hakimiyyət    işarələri)    və    başqalarıdır.      Bu    əşyaların    sırasında 

qızıldan  hazırlanmış  pektoralı,  qılınc  dəstəyinin  başlığını,  qılıncın  aşağı  qismini, 

diadema  qırığını,  düzbucaqlı  medalları,  gümüş  nimçəni,  at  ləvazimatının  gümüş  və 

tuncdan  hazırlanmış  detallarını  göstərmək  olar.  Həmin  əşyalar  Mannada  və  qonşu 

vilayətlərdə  Həsənli,  Marlik  metalişləmə  ustalarının  xələfləri,  yəni  mannalılar 

tərəfindən hazırlanmışdır. Həsənli-Luristan-Marlik-VI Sialk özünəməxsus dördbucaq, 

Dəmir  dövründə  mövcud  olmuş  incəsənət  əsasında  madalıların,  farsların  və  digər 

xalqların  incəsənətinin,  yaranmaqda  olan  skif  incəsənətinin  elementlərinin  təşəkkül 

tapdığı  ərazi idi.  Skif incəsənətinin təşəkkül tapmasında  e.ə. X-VIII  əsrlərə  aid olan 

Luristan tunclarının da mühüm rolu vardı. 

İlk  dövrdə  bütün  Mada  tayfaları  üçün  məcburi  olan  vahid  dini  sistem 

olmamışdır.  Madalılar  arasında  sonralar  müəyyən  dərəcədə  "Avesta"da  öz  əksini 

tapmış, habelə daha sonrakı dövrdə öz mövcudluğunu "bidətçi" təlimlər kimi davam 



199 

 

etdirmiş  müxtəlif  dini  təlimlər  yayılmışdı.  Mada  tayfalarının  dini  təbiət  qüvvələrinə 



sitayişdən törəmiş politeizm idi. 

Artıq  e.ə.  I  minilliyin  ilk  yüzilliklərində  Cənubi  Azərbaycanda  və  İran 

Kürdüstanında qərarlaşmış  madalıların dini görüşləri haqqındakı müəyyən təsəvvürü 

bizə  onomastik  material  verir;  bu,  ilk  növbədə,  Aşşur  mətnlərində  xatırlanmış 

hökmdarların,  tanrıların  adlarıdır.  Daha  sonra  erkən  Mada  ərazisində  aparılmış 

arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış məbədlərdir. 

Bu zonanın e.ə. IX-VIII əsrlərə aid olan onomastikasında spesifik  mazdaistik 

anlayışlar  mövcuddur.  Bu  cəhət  erkən  Mada  vilayətlərində  və  ona  Qərbdən  bitişik 

olan  vilayətlərdə  mazdaizm  və  yaxud  bir  sıra  mazdaistik  təlimlərinin  yayılması 

haqqında fikir söyləməyə imkan verir. 

Əlbəttə,  bu  erkən  mazdaizmin  "Avesta"da  öz  əksini  tapmış  zərdüşti 

mazdaizminə  (daha  doğrusu,  mazdayasnizmə)  nə  dərəcədə  uyğun  olduğunu  demək 

çətindir.  Mazdaizmdə  hər  şey  "Avesta"  ilə  uzlaşmır,  lakin  onda  Avesta  inamları  ilə 

aşkar  ziddiyyət  təşkil  edən  ünsürlər  də  yoxdur.  Beləliklə,  Cənubi  Azərbaycanda  və 

İran  Kürdüstanında  mazdaist  təlimlərin  "Avesta"  təsirləri  olmadan,  müstəqil  surətdə 

mövcudluğundan danışmaq olar. 

Şübhəsizdir  ki,  vaxtilə  İranın  (o  cümlədən  Cənubi  Azərbaycanın)  və  Orta 

Asiyanın xeyli qisminin sakinlərinin düşüncəsinə hakim kəsilmiş, zərdüştilik dininin 

müqəddəs kitablarının məcmusu olan "Avesta" müxtəlif xarakterli mənbədir, müxtəlif 

yerlərdə meydana gəlmiş çoxsaylı təbəqələrə malikdir. 

Avestanı adətən iki hissəyə  -"Qatik ("böyük, yaşlı" mənasında) Avesta"ya  və 

"Kiçik  Avesta"ya  bölürlər.  Ehtimal  edirlər  ki,  "Qata"lar  Zərdüştün  fərdi 

yaradıcılığının  məhsuludur.  Alimlər  zərdüştün  fəaliyyətini  müxtəlif  dövrlərə  -  e.ə. 

VII-VI  minilliklərdən  başlamış  e.ə.  VII-VI  əsrlərədək  olan  zamanlara  aid  edirlər. 

Onlar  adətən  "Qatik  Avesta"nın  daha  qədim  olduğunu  qeyd  edərək  belə  fikir  irəli 

sürürlər  ki,  "Kiçik  Avesta"  ənənəsi  peyğəmbər  Zərdüstün  ilkin,  təmiz  təliminin 

sonralar  təhrif  olunmuş  formasıdır.  Lakin  bu,  belə  deyildir.  Bizim  "Kiçik  Avesta" 

haqqında  bildiklərimiz  onun  ideyalarının  və  obrazlarının  xeyli  dərəcədə  qədim 

olduğunu təsdiqləyir. 

"Avesta"  təlimləri  Azərbaycanın,  İranın  və  Orta  Asiyanın  qədim  tayfaları 

arasında  yayılmışdı.  Aşşur  mənbələrindən  əldə  olunmuş  onomastik  materiallar, 

Herodotun məlumatları və başqa erkən antik mənbələr e.ə. I minilliyin başlanğıcında 

Cənubi  Azərbaycanda  "Kiçik  Avesta"  inamlarının  erkən  ocağının  mövcudluğu 

haqqında danışmağa imkan verir. 

Madalıların  dini  təsəvvürləri  Qərbi  İran  vilayətlərində  meydana  gəlmiş 

"Videvdat"da  əks  olunmuş  cəhətlərə  uyğundur.  "Videvdat‖ın  tərtibçiləri  isə  Mada 

maqları  ola  bilərdilər.  Bu  kitabın  bütün  məzmunu  maqların  böyük  rola  malik 

olduğunu təsdiq edir. 




200 

 

"Videvdat‖da pislənən devlər arasında Mada panteonunun qədim İran tanrıları 



az  deyildir.  Şübhəsizdir  ki,  Tarvi  Taruvi  ("zəfərgətirən"  mənasını  daşıyır)  adlanan 

allah  (sonralar  dev)  bunlardan  biri  idi.  Mütəxəssislər  güman  edirlər  ki,  Tarvi  adı 

Təbrizin  Aşşur  mətnlərindən  məlum  olan  qədim  adında  –  Tarmakis-də  öz  əksini 

tapmışdır. Təbrizlə Van gölü arasında yerləşmiş Kunduru (Hunduru) toponiminin, e.ə. 

820-ci  ilə  aid  olan  iki  Zarisu  adının  mövcudluğu  qeydə  alınmışdır.  Zarisu  adı 

"Videvdat‖da  xatırlanan  tanrının  (sonralar  devin)  –  Zarisa-nın  adı    ilə  bağlıdır;  

sonuncu    isə  həmin  "Avesta"dan  göründüyü  kimi,  Tarvi  adlanan  allahla  sıx  şəkildə 

əlaqədardır.  Tarvi  -  Tarmakis      toponimindən  görünür  ki,  həmin  allaha  sitayiş  artıq 

e.ə. I minilliyin lap başlanğıcında Təbriz zonasında mövcud olmalı idi. 

"Maqların  təlimi"  haqqında  məsələ  çox  mürəkkəbdir.  Maqlar  mənşə  etibarilə 

Mada  tayfalarından  biri  idilər.  Bir  çox  hallarda  etnik  mənsubiyyətindən  asılı 

olmayaraq  sadəcə  kahinlər  də  "maq"  adlandırılırdılar.  Oda  sitayişin  xidmətçiləri  və 

qədim ənənələrin mühafizəçiləri olan maqlar, daha doğrusu, maqlar tayfasından olan 

kahinlər  Mada  hökmdarlarının,  hər  halda  son  Mada  hökmdarı  Astiaqın  rəsmi  saray 

kahinləri idilər. 

Maqlar  Raqa  (orta  əsrlərdə  Rey,  Tehran  yaxınlığındadır)  zonasında  geniş  və 

məhsuldar torpaqlara malik idilər. Güman etmək olar ki, buna görə də hələ orta əsrlər 

dövründə  bu  bölgənin  hakimləri  "maqların  başçısı"  adlandırılmışdılar.  ―Onlar 

divarlarla  möhkəmləndirilməmiş kəndlərdə  yaşayırdılar;  onlara  xüsusi özəl qanunlar 

əsasında yaşamaq icazəsi verilmişdi, dinə hörmət olunduğu üçün isə onlar ali hörmətə 

malikdirlər" [A m m i a n M a r s e l l i n, XXIII, 6, 35]. 

Aristotel Ferekidin görüşləri ilə  "maqların təlimi" arasında  oxşarlıq olduğunu 

qeyd  edirdi.  Bu  qeyddən  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  artıq  e.ə.  VII  əsrdə  Qərbi 

İran  vilayətlərində  "maqların  təlimi"  fəaliyyətdə  olmuşdur.  Bəzi  alimlər  belə  hesab 

edirlər ki, "maqların təlimi" mahiyyətcə "zurvanizm" (zrvanizm, zarvanizm) təlimidir. 

Zurvana  sitayiş  İranın  qərb  vilayətlərində  artıq  e.ə.  VI  əsrin  başlanğıcından 

təsdiqlənir. Burada onu zamanın androgin (kişi-qadın təbiətli) allahı kimi tanıyırdılar. 

Zurvan  Elam  dilində  tərtib  olunmuş  Persepol  sənədlərindən  də  məlumdur.  Bu 

sənədlərdə Zurvan (Zervan, Zarvan, Zrvan) Turma adlandırılır. Lakin ehtimal etməyə 

bəzi  əsaslar  vardır  ki,  bu,  əbədi  zaman  və  tale  allahına  sitayiş  e.ə.  I  minilliyin 

başlanğıcına aid olan Luristan tunclarında da təsdiqlənmişdir. 

Zurvanizmin  ali  allahı  olan  Zurvan  əbədi  mövcud  olan  Sonsuz  Zaman  kimi 

düşünülürdü.  Mifdə  Zurvan  androgin  (kişi-qadın,  iki-cinsli)  şəkildə  təsvir  edilir.  O, 

Ahriman  və  Ormaz  adlanan  əkizləri  dünyaya  gətirmişdir.  Bundahişnə  görə,  Zurvan 

"hər  iki  yaranışdan  -  Xeyir  və  Şərdən  qüdrətlidir".  Zurvanizmin  bəzi  təsəvvürləri 

"Avesta"ya daxil olmuşdur. Ola bilər ki, hələ Sasanilər dövründə zərdüştiliyin bidətçi 

təriqətlərindən  biri  olan  zurvanizmdə  ən  qədim,  Avestayaqədərki  dövrlərin  ünsürləri 



201 

 

mühafizə  edilirdi.  Hətta  ehtimal  etmək  olar  ki,  zurvanizm  monoteizmə  meyilli  və 



yaxud artıq hətta monoteist təlim idi. 

Zurvanizm, ümumiyyətlə, Avesta təlimləri kimi iudaizmin, erkən Xristianlığın 

və qnostisizmin inkişafına böyük təsir göstərmişdir. 

Diogen  Laertli [Rq., I, 7] "maqların təlimi"ndən danışarkən  məlumat  verir ki, 

maqlar  odu,  torpağı  və  suyu  allah  hesab  edirlər.  Erkon  zərdüştilik  kimi,  maqların 

təliminə də bütpərəstlik yaddır. Maqlar allahların təsvirlərini tanımırdılar. 

Qərbi  İran  vilayətlərində  hələ  e.ə.  I  minilliyin  başlanğıcında  oda  sitayiş 

edirdilər.  Bu  ərazidəki  atəşpərəstlik  məbədləri,  xüsusilə  Nuşi-Cantəpədəki  Mada 

məbədi bunu tam müəyyənliklə təsdiq edir (e.ə. VIII əsrə aiddir). 

Antik müəlliflərin məlumatlarının təsdiq etdiyi kimi, maqların təliminin əsasını 

iki  başlanğıcın  -  İşıqla  (Oromazda  Ahuramazda)  Zülmətin  (Ariman,  Anhra-Manyu) 

mübarizəsi təşkil edirdi. 

Madalıların mənəvi mədəniyyətində dini görüşlərdən və  mifologiyadan başqa 

habelə  epik  yaradıcılıq  da  mühüm  yer  tuturdu.  Məlumdur  ki,  hələ  çox  qədim 

zamanlarda  Qərbi  İran  vilayətlərində  müxtəlif  epik  əsərlər  mövcud  idi.  Həmin 

əsərlərin süjetləri çox zaman miflərlə bağlı olurdu. 

Mada  mədəniyyəti  və  dini  atropatenalıların  mənəvi  mədəniyyət  xəzinəsinə 

daxil  oldu,  madalıların  özləri isə  Atropatena  sakinlərinin  etnik  tarixində  çox  mühüm 

rol oynamışlar. 

 

 




202 

 

XI  F Ə S İ L 



 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin