TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə78/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   74   75   76   77   78   79   80   81   ...   157
DÖRDÜNCÜ BÖLMƏ

 

 

 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ DÖVLƏT 



QURUMLARI HELLĠNĠZM DÖVRÜNDƏ 

 

XII   FƏSİL 

 

MADA-ATROPATENA (*Ät

a

/

u

rpätakän) DÖVLƏTĠ 

 

Madanın  satrapı  Atropat.  Azərbaycan  ərazisində  müstəqil  Mada-



Atropatena  (*Ät

a

/

u

rpätakän  -  Kiçik  Mada)  dövlətinin  yaradılması.  E.ə.  V-IV 

əsrlərdə  imperiyanın  hər  yerində  olduğu  kimi,  Cənubi  Azərbaycanda  da  vəziyyət 

narahat idi. Satraplar bir-biri ilə düşmənçilik edir, bir çoxu özünü padşah kimi aparır, 

"şah" adlandırılırdı. Belə "şah"lardan biri də Mada satrapı Atropat (*Ät

a

/

u



rpät) idi. 

Regionun  tarixində  görkəmli  rol  oynamış  Atropatın  adı  mənbələrdə  ilk  dəfə 

e.ə. 331-ci ildə baş vermiş məşhur Qavqamela vuruşması ilə əlaqədar çəkilir. 

Cənubi  Azərbaycan  ərazisinin  ayrı-ayrı  hissələri  X,  XI  və  XIV  satraplıqların 

tərkibinə  daxil  idi.  Mada  satraplığı  (yaxud  X  satraplıq)  əvvəlki  Mada  padşahlığının, 

Cənubi  Azərbaycan  (I  Dara  zamanında  Asaqarta)  vilayətlərinin  ərazisindən  əlavə, 

parikanilərin və ortokoribantilərin (skif-sakesinlərin) torpaqlarını da əhatə edirdi. 

Mərkəzi  hakimiyyət  üçün  ağır  olan  illərdə  Mada  satrapı  olduqca  müstəqil  bir 

siyasət  yeridirdi;  XI  və  XIV  satraplıqlara  daxil  olan  torpaqları  öz  əlinə  almışdı. 

Atropat  həmin  satraplıqların  sakinləri  ilə  müəyyən  müttəfiqlik  münasibətləri 

yaratmışdı.  Məhz  buna  görə  də  kadusilər  farslara  boyun  əyməyərək  Qavqamela 

vuruşmasında  bütün  İran  dövlətinin  müttəfiqləri  kimi  yox,  ancaq  madalıların 

müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər"). 

Albanlar  və  sakesinlər  də  İran  imperiyasının  təbəələri  deyil,  Mada  satrapının 

müttəfiqləri idilər. 

Çox "ehtimal ki, kadusilər kaspilərin, pavsiklərin, pantimatların və dareytlərin 

daxil  olduqları  XI  satraplıqla  bağlı  idilər.  Herodotun  əsərində  kadusilər  haqqında 

məlumatın  olmaması,  ola  bilsin,  ondan  irəli  gəlir  ki,  Kaspi  dənizinin  cənub-qərb 

sahilində yaşamış tayfaların bəlkə də ümumi adı olan "kaspilər" adı altında kadusilər 

də  nəzərdə  tutulurdu.  Qeyd  etmək  lazımdır  ki,  "Kadusilərin  torpağı‖  və  "Kaspilərin 




214 

 

torpağı" anlayışları sonralar da eyni mənada işlədilirdi. Güman etməyə əsas var ki, XI 



satraplığa albanlar da daxil idilər və "kaspilər" adını onlara da aid etmək olar. 

Herodota görə, XI satraplığa kaspilər, pavsiklər, pantimatlar va dareytlər daxil 

idilər. 

XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müklər, habelə yaşayış 

yerləri Cənubi Azərbaycan vilayətləri və onlara bitişik torpaqlar olan saqartilər daxil 

idilər. 


Beləliklə,  Cənubi  Azərbaycanın  bütün  ərazisi  və  Şimali  Azərbaycan 

torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi. 

Belə  güman  etməyə  bəzi  əsaslar  var  ki,  hələ  Mada  dövləti  dövründə 

madalıların  hakimiyyəti  Qərbi  Zaqafqaziyanın  ayrı-ayrı  rayonlarına,  xüsusən  tarixi 

Gürcüstanın  vilayətlərinə  də  yayılırdı.  Maraqlıdır  ki,  Herodota  görə,  "Kolxidadan 

Madaya girmək çətin deyil". Yenə də  həmin  müəllif  məlumat  verir ki, skiflər "Fasis 

(görünür,  Rioni  və  ya  Çorox  çayının  -  məsul  red.)  yaxınlığında  Madaya  soxulmaq" 

niyyətində  idilər.  Güman  etmək  olar  ki,  tarixi  Gürcüstanın  torpaqları  (və  ya 

torpaqlarının bir hissəsi) Mada  satraplığının  tərkibinə  daxil idi və  ya  onun  himayəsi 

altında idi. Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir 

ki, Atropatenanın bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dənizin - 

məsul red.)  üzərində yüksəlir, digər tərəfdən o, Hirkan (Kaspi - məsul red.)  dənizinə 

qədər çatır". 

Atropatilər  və  görünür,  Atropatın  özü  də  bu  vilayətləri  ənənəyə  görə  idarə 

edirdilər, çünki onlar əslində Mada satraplığı hökmdarlarının siyasi varisləri idilər. 

Polibinin  əsərində deyilir ki, "həmin padşahlıq (yəni  Atropatena - məsul red.) 

hələ  farsların  (yəni  Əhəmənilərin  -  məsul  red.)  zamanından  mövcuddur".  Lakin  bu 

fikrin  səhihliyi  olduqca  şübhəlidir.  Görünür,  Polibinin  əsərində  belə  bir  mətləb  öz 

əksini  tapmışdır  ki,  Əhəmənilər  dövlətinin  zəiflədiyi  dövrdə  satrapların  bir  çoxu 

(yəqin  ki,  həm  də  Atropat)  özlərini  şah  kimi  aparırdılar  və  təbəələr  onları  rəsmən 

"şah" adlandırırdılar. Yalnız buna görə Polibi (və ya onun  istifadə  etdiyi   qaynaqlar)  

həmin  vilayəti  hələ  müstəqil dövlətə çevrilməmişdən əvvəl "padşahlıq" adlandırırdı. 

Qədim  İran  və  antik  qaynaqlara  görə,  əslində  satraplıq  və  satrap  haqqında  danışmaq 

olar.  Lakin  Atropatena  satraplığı  və  satrapı  yox,  Mada  satraplığı  və  Mada  satrapı 

haqqında. 

Atropatena  şahlığı  isə  bir  qədər  sonra  meydana  gəlmişdi.  İran  imperiyası 

darmadağın  edildikdən  sonra  Aleksandrla  Atropatın  qarşılıqlı  münasibətlərinin  ilk 

dövrdə  necə  olması  haqqında  biliyimiz  yox  dərəcəsindədir.  Bu  münasibətlərin  daha 

çox  düşmənçilik  münasibətləri  olduğunu  güman  etməyə  bəzi  əsaslar  vardır.  Atropat 

Aleksandrın hüzuruna gəlib boyun əyməmişdi; Aleksandr isə onu vəzifədən götürüb 

yerinə  Oksadat  adlı  bir  nəfəri  təyin  etmişdi.  Ola  bilsin,  ilk  vaxtlarda  Atropat  hətta 

Aleksandrla mübarizəyə girmək niyyətində imiş. Strabon, görünür, buna işarə edərək 



215 

 

yazırdı  ki,  Atropat  "bu  ölkənin  (gələcək  Atropatenanın  -  məsul  red.)... 



makedoniyalıların hakimiyyəti altına düşməsinə yol vermədi". 

Lakin  Atropat  tez  bir  zamanda  makedoniyalılarla  qarşılıqlı  münasibətləri 

yoluna  qoya  bildi.  Yəqin  ki,  yalnız  buna  görə  Atropat  e.ə.  328-ci  ildə  yenidən 

Madanın  satrapı  vəzifəsinə  qaytarıldı.  Lakin  Atropatın  hakimiyyəti  əslində  yalnız 

Kiçik Madaya (ondan asılı olan Zaqafqaziya vilayətləri ilə birlikdə) şamil idi, çünki o 

zaman Aşağı (Böyük) Madada yunan-makedoniyalılar ağalıq edirdilər. 

Atropat böyük dövlət xadimi idi. Çox istedadlı bir insan, arif bir siyasətçi və 

bəsirətli bir diplomat kimi Atropat Aleksandrla hərbi mübarizənin faydasızlığını gözəl 

başa  düşürdü.  Buna  görə  də  o,  müdriklik  göstərərək,  yunan-makedoniyalılarla 

danışıqlar  aparmaq,  onlara  yaxınlaşmaq,  Şərqin  yeni  hökmdarının  müxtəlif 

tədbirlərində  iştirak  etmək  yolunu  seçdi.  Lakin,  nə  olursa  olsun,  Atropat  istilaçıların 

Atropatena  ərazisinə  soxulmasına  "yol  vermədi".  Azərbaycan  və  hətta  Qafqaz 

torpaqlarının  makedoniyalılar  tərəfindən  işğal  edildiyi  haqqında  antik  dövrün 

axırlarından  irəli  sürülən  (məsələn,  bax:  Plini,  IV,  10,  39  və  başqa  müəlliflər),  hətta 

orta əsrlərdə də müdafiə edilən (o cümlədən Nizamidə) fikirlərin heç bir gerçək əsası 

yoxdur.  Aleksandr  olsa-olsa  Atropatenanın  sərhədlərinə  gəlib  çatmış,  onun  ərazisinə 

isə girməmişdi. 

Təzə-təzə  təşəkkül  tapan,  hələ  işlərini  yoluna  qoymamış  nəhəng  dövlətdə  o 

zaman  vəziyyət  mürəkkəb  və  çox  dəyişkən  idi:  özbaşınalıq  və  korrupsiya  hökm 

sürürdü,  satraplar  azğınlıq  edir,  köməksiz-arxasız  əhalini  açıq-açığına  çapıb 

talayırdılar.  Yeni  padşah  çox  keçmədən  təxirəsalınmaz  işlərlə  əlaqədar  olaraq  uzun 

müddətə  Asiyanın  dərinliklərinə  getdi  və  beş  ildən  ziyadə  imperiyanın  mərkəzi 

vilayətlərində olmadı. 

Əhəmənilərin  hökmranlığı  dövründə  və  sonrakı  qarışıqlıq  illərində  olduğu 

kimi,  indi  də  Atropat  fürsəti  əldən  vermədi.  Şərqi  İranın  və  Orta  Asiyanın  boyun 

əyməyən  tayfalarına  və  xalqlarına  qarşı  makedoniyalı  fatehin  apardığı  amansız 

müharibə  illərindən  (özünün  328-ci  ildə  yenidən  satraplığa  qoyulmasından  ta 

Aleksandrın 324-cü ilin əvvəlində Hindistan səfərindən qayıtmasınadək), şübhəsiz, öz 

xeyrinə və vətəninin rifahı naminə istifadə etdi. 

E.ə.  IV  əsrin  son  rübü  gələcəyin  Atropatenası  olan  Kiçik  Mada  üçün  daxili 

yüksəliş  və  yetişmə  dövrü  idi  -  qüvvə  toplamaq,  tədricən  Atropatenanın  qüdrət  və 

müstəqilliyinin  təməlini  qoymaq  dövrü  idi.  Atropat  makedoniyalılara  yaxınlaşmaq 

siyasətini davam etdirirdi, qızını Şərqin yeni hökmdarının ən qüdrətli əshabələrindən 

biri  olan  Perdikkaya  ərə  verdi.  Bıı,  Aleksandrın,  necə  deyərlər,  "beynəlmiləl" 

siyasətinə verilən "bac" idi. 

324-cü  ilin  yay  fəslinin  sonuna  yaxın  Böyük  Madada  vəziyyət  bir  qədər 

mürəkkəbləşdi - Bariaks adlı birisi makedoniyalı istilaçılara qarşı mübarizəyə qalxdı. 



216 

 

O, Əhəmənilər dövlətini bərpa etməyə çalışırdı. Bunu ondan görmək olar ki, Bariaks 



özünü Parsa və Madanın padşahı elan etmişdi. 

Aleksandr Madaya yollandı, lakin Atropat öz qüvvələri ilə Bariaksın üsyanını 

yatırdı,  onu  əsir  tutub  makedoniyalılara  verdi  və  onlar  Bariaksı  Pasarqadda  edam 

etdilər. 

Madada  Aleksandr  məşhur  Bağıstan  (Bisütun)  vilayətinə  baş  çəkdi.  Sonra 

padşah bir ay Niseya çöllərində qaldı. Ən qədim vaxtlardan burada məşhur cins atlar 

yetişdirilirdi, elə atlar ki, onların əvvəlcə şöhrəti, sonra da özləri Çinə gedib çatmışdı; 

Çində onlara "səma atları" adı verilmişdi. 

Vaxtilə  Niseya  çöllərində  160  min  at  otlayırmış.  Aleksandrın  vaxtında  isə 

Makedoniya hərbçilərinin çapqınçılığı nəticəsində orada ancaq 60 min at qalmışdı. 

Padşahı    öz    satraplığının    sərhədində    qarşılamaq    məqsədilə  Atropat  da 

Niseya çöllərinə gəlmişdi. O, bir müddət Aleksandrın yanında oldu. 

Bir  azdan  padşah  öz  qoşunu  ilə  Ekbatanaya  gəlib  keyfə  qurşandı.  Teatrlara 

gedir  (buraya  təkcə  Helladadan  üç  min  aktyor  gəlmişdi),  gimnastika  və  musiqi 

yarışlarına tamaşa edir, arada içki məclisləri qururdu və i.a. 

O zaman tez-tez düzəldilən şənliklərin birində Atropat Aleksandrı əyləndirmək 

üçün  özü  ilə  yüz  nəfər  atlı  qadından  ibarət  bir  dəstə  gətirmişdi;  Arrianın  verdiyi 

məlumata  görə,  "güman  edilirdi  ki,  bunlar  amazon  qadınlarıdır".  Onların  kimliyini 

dəqiq  demək  çətindir.  Strabona  görə,  amazon  qadınlarının  məskəni  "Albaniyadan 

yuxarıdakı dağlardır". 

Yalnız  bu  cür  əməllərlə,  müdrik  siyasətlə  Atropat  öz  ölkəsinin 

―makedoniyalılara tabe olmasına yol vermədi". 

Aleksandr  324-323-cü  illərin  qışında  Madada  çoxlu  kosseyləri  (kassiləri  -  ?) 

qılıncdan keçirdikdən və onların torpaqlarında şəhərlər bina etdikdən sonra bu ölkənin 

hüdudlarını tərk edib Babilə yollandı; ola bilsin ki, Babili dövlətə paytaxt seçmişdi. 

Aleksandrı  yeni  bir  allah  kimi  salamlayıb  təbrik  etmək  üçün  323-cü  ilin 

yazında  Babilə  səfirlər  gəldi;  padşah  gümrah  idi,  onun  bir  çox  yaradıcılıq  planları 

vardı. Lakin 323-cü ilin iyununda  Aleksandr naməlum bir xəstəlikdən qəflətən vəfat 

etdi. 

Aleksandrın  vaxtsız  vəfatından  sonra,  e.ə.  323-cü  ildə,  onun  satrap  və 



sərkərdələrinin Babildə keçirilən müşavirəsində Atropat iştirak etməmişdi. Bu zaman 

Atropatın  kürəkəni  Perdikka  artıq  dövlətin  naibi  idi.  Müşavirədə  Mada  satraplığı 

Pitona  verildi.  Əlbəttə,  söhbət  yalnız  Böyük  Madadan  gedə  bilərdi,  çünki  Kiçik 

Madanı felən və rəsmən Perdikkanın qayınatası idarə edirdi. Atropatı hakimiyyətdən 

düşürməyə heç bir əsas yox idi, təkcə ona  görə ki, o özünü yeni üsuli-idarəyə  sadiq 

olan  bir  satrap  kimi  aparırdı.  Sonrakı  hadisələr  də  göstərir  ki,  Atropat  satrap 

hakimiyyətindən məhrum edilməmişdi. 



217 

 

E.ə.  321-ci  ildə,  Perdikka  həlak  olduqdan  sonra,  satraplıqlar  ikinci  dəfə 



bölüşdürüldü.  Bölgü  Atropatın  satraplığına  şamil  edilmədi.  Görünür,  bu  vaxtdan 

Kiçik Madanı müstəqil dövlət saymaq olar. 

Deməli, çox ehtimal ki, keçmiş İran satrapı, əslən, çox güman ki, madalı olan 

Atropat  IV  əsrin  20-ci  illərinin  sonunda  yeni  dövlətin  müstəqil  hökmdarı  olur;  bu 

dövlət  rəsmən  Mada,  sonralar  isə  özünün  ilk  hökmdarının  adı  ilə  tez-tez  antik 

qaynaqlarda Atropatena, Şərq qaynaqlarında *Ät

a

/

u



rpätakän adlandırılırdı. 

Kiçik  Mada  makedoniyalı  istilaçılardan  siyasi  asılılığa  son  qoyan  ilk  Şərq 

dövləti oldu. 

Strabonun  "Coğrafiya"sında  deyilir:  "Midiya  iki  hissəyə  bölünür.  Bir  hissəsi 

Böyük  Midiya  adlanır...  O  biri  hissə  Atropat  Midiyasıdır.  Atropatena  Midiyası  öz 

adını sərkərdə Atropatdan götürmüşdür, o Atropatdan ki, Böyük Midiyanın bir hissəsi 

olan bu ölkənin də  makedoniyalıların hakimiyyəti altına  düşməsinə  yol verməmişdi. 

Çar  elan  edilən  Atropat  doğrudan  da  bu  ölkəni  öz  qərarı  ilə

 

müstəqil  bir  ölkəyə 



çevirmişdi  və  onun  ailəsində  varislik  hələ  də  davam  edir.  Atropatena  hərbi  qüvvə 

mənasında  çox  sanballı  ölkədir,  çünki  o...  10000  süvari  və  40000 piyada...  meydana 

çıxara bilər" [XI, XIII, I]. 

Beləliklə, Manna dövlətinin süqutundan iki əsr yarımdan çox keçdikdən sonra 

Azərbaycan  ərazisində  yenidən  müstəqil dövlət  meydana gəldi.  Diyarın  sakinlərinin 

tarixi  müqəddəratında  bu  möhtəşəm  hadisənin  həqiqətən  misilsiz  əhəmiyyəti  vardı. 

Bu  hadisə diyarın və hətta Ön  Asiya Şərqinin bir hissəsinin qədim tarixində və ilkin 

orta əsrlər tarixində, şübhəsiz, dərin iz buraxmışdı. 

Həmin dövlətin meydana gəlməsinə kömək edən əsas səbəblərdən birini bütün 

qədim  tarix  ərzində  xeyli  dərəcədə  aparıcı  region  olan  bu  bölgənin  özünün  iqtisadi, 

sosial,  mədəni  və  siyasi  inkişaf  səviyyəsinin  çox  yüksək  olmasında  axtarmaq 

lazımdır. 

Digər  mühüm  amil  həm  Aleksandrın  hökmranlığı  dövründə,  həm  də  onun 

ölümündən  sonrakı  ilk  illərdə  təşəkkül  tapmış  siyasi  vəziyyət  idi:  Aleksandrın 

vəfatından  sonra  başı  onun  mirasını  bölməyə  qarışan  Makedoniya  sərkərdələri 

Hellinizm dünyasının mərkəzindən uzaq bir yerdə, əsas hərbi əməliyyat meydanından 

kənarda 

yeni  dövlətin  yaradıldığı  məqamı,  Plibinin  ibarəsincə,  "gözdən 

qaçırmışdılar". 

Atropatın qohumluq əlaqələri də bu işdə az rol oynamamışdı. 

Atropatın şəxsi keyfiyyətlərinin də, şübhəsiz, çox böyük əhəmiyyəti vardı. Öz 

fəaliyyətində o, yadellilərin hakimiyyətinə tabe  olmaq istəməyən  yerli əhalinin geniş 

yardımına arxalanırdı. 

Atropatenanın  və  bəzi    qonşu  vilayətlərin  yerli    əhalisindən  danışarkən 

Atropatenanın  bəzi  tayfalarının,  xüsusilə  kadusilərin  və  skif  əhalisindən  olan 

müəyyən  qrupların  və  digərlərinin  xüsusi  cəngavərliyini  və  qadir  gücünü  əsla 




218 

 

nəzərdən  qaçırmaq  olmaz.  Axı  təsadüfi  deyildir  ki,  III  Dara  üç  dəfə  basıldıqdan  və 



qoşunlarının  demək  olar  hamısı  məhv  edildikdən  və  ya  onu  atıb  getdikdən  sonra 

ümidini ancaq kadusilərə və skiflərə bağlamışdı. Hərçənd kadusilər və skiflər axırıncı 

Əhəməni  -  III  Daranı  müdafiə  etmədilər,  lakin  etibarlı  və  sanballı  bir  qüvvə  kimi 

onlara ümid bəslənilməsi olduqca səciyyəvidir və çox şey deyir. Azərbaycanın məhz 

bu  tayfalarına  arxalanması  sayəsində  Atropat  öz  hakimiyyətini  qoruyub  saxlaya 

bilmiş,  ömrü  digər  satrapların  ömründən  uzun  olmuşdu.  Bu  cəngavər  tayfalar 

olmasaydı,  Atropat, çətin ki,  müstəqil dövlət  yaradıb o təlatümlü illərdə  onu qoruya 

biləydi. 

O vaxtlar  meydana  gəlmiş Vifiniyada, Pont çarlığında, Kappadokiyada  və bir 

sıra digər dövlətlərdə olduğu kimi, Atropatenada da, görünür, o zamanlar üçün kifayət 

qədər tipik olan müstəbid monarxiya siyasi quruluşu yaradılmışdı. 

Sonralar  Atropatenanın  siyasi  quruluşu,  ola  bilsin,  müəyyən  dərəcədə  dəyişir 

və Atropatena bəlkə də teokratik dövlətə - bir növ "Papa vilayətinə" çevrilir ki, bu da 

görünür, Mada maqlarının dövlətdə çox böyük rol oynaması ilə bağlı idi. 

Biz Atropatın hökmranlıq illərinin necə keçdiyini, onun daxili siyasətinin necə 

siyasət  olduğunu,  xarici  siyasi  həyatda  nə  kimi  hadisələr  baş  verdiyini  bilmirik.  Biz 

hətta  Atropatenanın  bu  ilk  tacidarının  nə  vaxt  vəfat  etdiyini,  taxt-tacı  kimə  miras 

qoyduğunu  da  bilmirik.  Lakin  sonrakı  onilliklərin  və  hətta  yüzilliklərin  hadisələri 

göstərir  ki,  Atropatena  monarxiyası  banisinin  hökmranlıq  etdiyi  illər  gənc  dövlətin 

möhkəmləndiyi və qüvvətləndiyi bir dövr idi. 

Yalnız buna görə Strabon deyə bilmişdir ki, "hələ indi də (eramızdan əvvəlki 

dövrün  sonu  -  eramızın  başlanğıcı  -  məsul  red.)  onun  (Atropatın  -  məsul  red.) 

ailəsində... varislik davam edir". 

Aleksandrın  sərkərdələrinin  hakimiyyət  uğrunda  mübarizə  apardıqları 

təlatümlü  illərdə  və  Selevkilərin  hökmranlığı  dövründə  Atropat  yeni  yaradılmış 

dövlətin  istiqlaliyyətini  qoruyub  saxlaya  bildi.  Lakin  Aleksandrın  ən  qabil 

sərkərdələrindən biri olan və  e.ə. IV  əsrin son onilliyində köhnə İran satraplıqlarının 

hamısına  yiyələnən  Selevkin  "mərkəzləşdirmə"  siyasətinə  qarşı  bəlkə  də  Atropatın 

özü, yaxud ən yaxın varisləri inadlı mübarizə aparmalı olmuşdular. 

Miandob  şəhərindən  şərqdə  Leylan  kəndi  rayonunda  yerləşən  Qazaka  

(Qanzaka,   madalıların   qanza  sözündəndir,   "sərvət, xəzinə" deməkdir), ehtimal ki, 

artıq Atropatın zamanında dövlətin paytaxtı oldu. 

Təəssüf ki, biz ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə çox az 

bələdik.  Yazılı  mənbələrin  sayı  cüzi,  arxeoloji  material  son  dərəcə  azdır.  Lakin  həm 

bilavasitə qaynaqlardan alınan sübut-dəlillər, həm də dolayı məlumatlar və fərziyyələr 

əsasında ümumən Atropatena haqqında bildiklərimiz belə hesab etməyə əsas verir ki, 

Atropatena  kənd  təsərrüfatının,  sənətkarlığın,  ticarətin,  şəhər  həyatının  çox  inkişaf 



219 

 

etdiyi, yüksək mədəniyyəti, əhalisinin Atropatena dili və yazı ənənələri olan bir ölkə 



idi. 

Cənubi    Azərbaycan  ərazisində  müstəqil  dövlət  yaradılması  qədim  ənənələrə 

malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə, 

ticarətin  və  sənətlərin  canlanmasına  çox  kömək  etdi.  Daha  sonrakı  məlumatlar 

göstərir  ki,  Atropatenada  məbəd  torpaq  sahibliyi  inkişaf  edibmiş.  Antik  müəlliflərin 

məlumatına  görə,  münbit  torpaqlar  maqlara  məxsus  imiş.  Quldarlıq  da  inkişaf 

edibmiş. 

Atropatena dövlətinin təşəkkülü və inkişafı Hellinizm dövrünə təsadüf etmişdi. 

Makedoniyalı  Aleksandrın  istilalarından,  Əhəməni  dövlətinin  süqutundan  və 

möhtəşəm  imperiya  yaradılmasından  başlanan  dövr  qədim  tarixdə  mühüm 

mərhələlərdən  birinin  başlanması  və  yeni  mərhələnin  -  Hellinizm  mərhələsinin 

başlanması  ilə  əlamətdardır.  Hellinizm  mahiyyətcə  oykumenanın  Helladadan 

Hindistanadək  uzanan  çox  geniş  bir  regionun  sivilizasiyalarının  təqribən  yüzillik 

tarixidir.  Hellinizm  Qərb  və  Şərq  quldarlıq  cəmiyyətlərinin  inkişafında  yeni 

mərhələdir,  Hellin  mədəniyyəti  ilə  bir  sıra  Şərq  mədəniyyətlərinin  bir-birinə  güclü 

nüfuzudur.  Hellinizm  yalnız  uzaq  vilayətlər  arasında  iqtisadi  əlaqələrin  canlanması 

dövrü  deyil,  həm  də  müxtəlif  yunan  institutlarının,  yunan  elminin,  təhsilinin, 

ədəbiyyat  və  incəsənətinin  Qədim  Şərq  ölkələrinə  nüfuz  etməsi,  beləliklə,  formaca 

sinkretik  mədəniyyətin  təşəkkülü  üçün  zəmin  hazırlanması  dövrü  idi.  Son  dərəcə 

böyük  əhəmiyyətə  malik  olan  bir  amil  də  Şərqin  geniş  ərazilərində,  o  cümlədən 

Atropatenada yunan dilinin yayılmasından ibarət idi. 

Cənubi Azərbaycan tayfalarının və xalqlarının - kuti, lullubi, hurri, mannalı və 

başqalarının  madalılarla  qaynayıb-qarışması  nəticəsində  yeni  bir  etnos  -  Hellinizm 

dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. 

Atropatena  fenomeninin  ümumi  xarakteristikasını  verərkən  qeyd  etmək 

lazımdır ki, bu dövlət yeni şəraitdə köhnə Madanın etno-mədəni ənənəsini mahiyyətcə 

davam  etdirsə  də  və  ətraf  aləm  tərəfindən  Mada  kimi  qavranılsa  da,  Azərbaycan 

məfhumunun özü, həmçinin onunla bağlı siyasi və etno-mədəni xarakterli hadisələr və 

vəziyyətlər məhz Atropatena dövründə təşəkkül tapmağa başlamışdı. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin