TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə88/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   84   85   86   87   88   89   90   91   ...   157
Tiara və kitara-padşah baş örtükləridir. 

 


253 

 

Görünür,  Aleksandr  Helios  ilə  İotapanın  rəsmi  nişanlanması  da  elə  bu  vaxt 



olmuşdu. 

Bu  zaman  Atropatenalı  Artabazdın  vəziyyəti  xeyli  mürəkkəbləşdi.  Bununla 

əlaqədar  e.ə.  33-cü  ilin  yazında  Antoni  Ermənistana  hərəkət  etməyə  məcbur  oldu. 

Burada yenidən çoxlu qoşun  toplayıb parfiyalılara qarşı  yürüşə çıxmağa  hazırlaşırdı, 

lakin Oktavianla münaqişənin kəskinləşməsi Antonini parfiyalılarla müharibədən vaz 

keçməyə məcbur etdi. Qərbə qayıtmağa tələsən Roma sərkərdəsi Atropatena padşahı 

ilə rastlaşdı, kömək üçün ona qoşun dəstəsi verdi, Oktaviana qarşı mübarizədə yardım 

göstərməsini  xahiş etdi  və  özü Ermənistandan  uzaqlaşdı.  Bu zaman  Artabazd  qonşu 

Ermənistanın hesabına öz torpaqlarını bir qədər genişləndirdi. 

Romanın  köməyi  sayəsində  Artabazd  ilk  vaxtlar  parfiya-erməni  basqınlarını 

dəf  edə  bilirdi,  lakin  bir  azdan  Antoni  Roma  qoşunlarını  Ermənistandan  geri 

çağırdıqda  Artabazd  darmadağın  edildi  və  əsir  tutuldu,  Atropatenanı  isə  IV  Fraat 

Ermənistan çarı Artaksiyə verdi. Bu vəziyyət o qədər də uzun sürmədi, çünki bir neçə 

faktdan  göründüyü  kimi,  tezliklə  Atropatena  padşahı  əsirlikdən  qaçdı  (?).  Və  yalnız 

buna  görə  Aksiya  yaxınlığında  Kleopatra  ilə  Antoni  üçün  fəlakətlə  nəticələnən 

döyüşdən; (e.ə. 31-ci il) qabaq "Midiya (Atropatena - məsul red.) padşahı" - Plutarxın 

verdiyi məlumata görə - "(Antoniyə yardım üçün - məsul red.) köməkçi dəstə göndərə 

(bildi)". 

Deməli,  e.ə.  31-ci  ildə  Artabazd  artıq  azadlıqda  idi,  Aksiya  yaxınlığında  baş 

verən    faciədən,    yəni-Oktavianın  donanması  Antoni  və  Kleopatranın  donanmasını 

darmadağın  edəndən  sonra  Kleopatra  Atropatenanın  köməyinə  ümid  bəsləyərək, 

vaxtilə  Antoni  tərəfindən  əsir  tutulub  Misirə  aparılmış  Ermənistan  çarını  öldürür  və 

başını Atropatena padşahı Artabaza göndərir. 

Çox  keçmədən  biz  həmin  Atropatenalı  Artabazdı  artıq  Oktavianın  yanında 

iltimasçı rolunda görürük; bir məlumata görə, Oktavian ona Kiçik Ermənistanı, başqa 

bir  məlumata  görə  isə  ümumiyyətlə,  Ermənistanı  verir  və  Artabazd  oranı,  görünür, 

e.ə.  20-ci  ilədək  idarə  edir.  Oktavian  Atropatena  padşahına  onun  qızı,  Aleksandr 

Heliosun  nişanlısı  İotapanı  da  qaytarır.  Bütün  bunlar,  çox  ehtimal  ki,  Antoni  və 

Kleopatra  tamamilə  məğlub  olduqdan  və  Avqust  Misiri  işğal  etdikdən  sonra,  yəni 

təqribən e.ə. 30-cu ildən sonra mümkün ola bilərdi. 

Beləliklə,  son  Atropatilər  içərisində  ən  görkəmli  şəxsiyyət  olan  Artabazdın 

sayəsində  e.ə.  30-cü  illərin  ortalarında  Atropatenanın  siyasi  meyli  kəskin  şəkildə 

dəyişir.  Bəlkə  də  məcburiyyət  üzündən  atılmış  bu  addım  ölkənin  tarixində  dönüş 

nöqtəsi  oldu;  lakin  Romaya  meyil  uzun  sürmədi.  Tez  bir  zamanda  atropatenalılar 

yenidən  parfiyalıların  tərəfinə  keçdilər  və  uzun  müddət  -  tam  iki  əsr  onlarla  bir 

cəbhədə oldular. 

Atropatenanın  Roma  ilə  yaxınlaşması  Artabazda  baha  başa  gəlsə  də, 

Atropatenaya  az  fayda  vermədi,  başlıcası  isə  xüsusən  qonşu  Ermənistanı  ələ 




254 

 

keçirmək, Atropatena və Ermənistan padşahlıqlarını vahid bir tac altında birləşdirmək 



haqqında  Atropatilərin  çoxdan  qurduqları  iddialı  planlar  ilə  əlaqədar  olaraq  böyük 

ümidlər doğurdu. 

Madalılar ilə ermənilər arasında mədəni yaxınlıq, siyasi və iqtisadi əlaqələr lap 

qədimdən başlanmışdır. Strabon açıq yazırdı: "Midiyalıların əksər adətləri ermənilərin 

adətlərinin  eynidir.  Lakin,  deyildiyinə  görə,  midiyalılar  ermənilərin  adətlərinin 

baniləridir...". 

Madalılar  ermənilər  arasında  çoxdan  bəri  müəyyən  mövqe  əldə  etmişdilər. 

Onlar azı yeddi yüz il boyunca Ermənistan tarixində çox böyük rol oynamışlar. 

Ermənistanda  madalılar  yaşayan  yerlər  çox  idi.  Erməni  müəllifləri  "azad 

Masisdə  (Araratda  -  məsul  red.)  yaşayan"  madalılardan  bəhs  edirlər.  Maraqlıdır  ki, 

Araratdan  şərqdə  "mar  (yəni  Mada  -  məsul  red.)  kəndləri"nin  olması  erməni 

müəllifləri tərəfindən hələ orta əsrlər dövründə, xüsusən VIII əsrdə qeyd edilmişdir. 

Mada  mənşəli  naxarar  nəsli  olan  Murasanlar  antik  dövr  Ermənistanın  siyasi 

həyatında  çox  mühüm  rol  oynayırdı:  bu  nəslin  başçısı  Marasos-ter  Ermənistan 

çarlığının sosial-siyasi iyerarxiyasında "ikinci yer" tuturdu (yəni çardan sonra birinci 

idi).  Çox  maraqlıdır  ki,  eramızın  I  əsrində  Parfiya  dövlətinin  iyerarxiyasında 

Atropatena  hökmdarlarının  payına  "ikinci  yer"  düşmüşdü.  Erməni  əyanları  arasında 

anadangəlmə atropatenalılar az deyildi. 

Avqust  Atropatena  haqqında  liberal  siyasət  aparırdı.  O,  hər  vasitə  ilə 

atropatenalılara kömək edir, onların iddialarına yaxşı münasibət bəsləyirdi. 

E.ə.  20-ci  ilə  yaxın  Atropatenada  hakimiyyət  başına  Artabazdın  oğlu  II 

Ariobarzan  gəldi.  Bu  elə  bir  vaxt  idi  ki,  Şərqdə  vəziyyət  Romanın  xeyrinə  olaraq 

dəyişmişdi - parfiyalılar sülh siyasətinə, Avqusta güzəşt etmək siyasətinə keçmişdilər. 

Ariobarzan  Romada  on  ilə  yaxın  yaşadı.  Tasit  onu  "cismani  gözəlliyi  və 

görkəmli  mənəvi  keyfiyyətləri  ilə  fərqlənən  bir  midiyalı"  kimi  səciyyələndirirdi. 

Ariobarzan  romalılara  ən  səmimi  dostluq  duyğuları  bəsləyirdi;  əlbəttə,  bu,  onun 

Ermənistan taxt-tacında bərqərar olmasında da əsas rol oynadı. 

Ermənistanda Parfiyaya meylin güclənməsi və Roma əleyhinə çıxışlar edilməsi 

ilə  əlaqədar  olaraq  e.ə.  20-ci  ildən  az  sonra  romalılar  bu  ölkəyə  qoşun  göndərdilər. 

Onlar Artabazdı (Ariobarzanın atasını, yoxsa oğlunu - ?) Ermənistan çarı elan etdilər. 

Tasitin yazdığına görə, Artabazd bir müddətdən sonra "onlar (ermənilər - məsul red.) 

tərəfindən devrildi, bunun bizə (yəni romalılara - məsul red.) ziyanı dəydi". 

Tasit  yazırdı:  "O  zaman  Ermənistanda  qayda  yaratmaq  üçün  Qay  Sezar 

(Avqustun oğulluğu - məsul red.) oraya göndərildi. Ermənilərin razılığı və təqdiri ilə 

o,  əslən  midiyalı  olan  Ariobarzanı  onlara  çar  təyin  etdi...".  "İlahi  Avqustun 

əməlləri"ndə  də  deyilir:  "Bundan  sonra  ayrılan  və  üzə  duran,  oğlum  Qay  tərəfindən 

ram  edilən  elə  həmin  xalqı  (erməniləri  -  məsul  red.)  mən  medlərin  (bu  halda 



255 

 

atropatenalılar nəzərdə tutulur - məsul red.) padşahı Artabazın (Artabazdın  -  məsul  



red.)  oğlu  çar  Ariobarzanın  ixtiyarına verdim..." [XXVII, 2]. 

Qay  Sezar  tərəfindən  istila  edilmiş  ölkə  e.ə.  I  əsrdə  Atropatena  padşahına 

verildi.  Beləliklə,  erməni  əyanlarının  əvvəlcə  məmnuniyyətlə  qəbul  etdikləri 

Atropatena padşahı Ariobarzan Ermənistanın da çarı oldu. Atropatilərin uzun illərdən 

bəri bəslədikləri ümid və arzular, nəhayət, həqiqətə çevrildi - hər iki padşahlıq bir tac 

altında birləşdirildi. 

Lakin  Ariobarzanın  Ermənistanda  hökmranlığı  sakit  keçmədi.  Görünür, 

parfiyalılar  tərəfindən  qızışdırılan  ermənilər  yadelli  hökmdarın  zülmünə  dözmək 

istəmirdilər.  Eramızın  2-ci  ilində  ermənilər  Romaya  və  Ariobarzana  qarşı  üsyan 

qaldırdılar,  buna  görə  də  Qay  Ermənistana  ikinci  dəfə  soxuldu.  Ermənilər,  güman 

edildiyinə  görə, Araz çayının  vadisində  yerləşən  Artakir qalası  yaxınlığında  xüsusilə 

inadlı  müqavimət  göstərdilər.  Parfiya  sərkərdəsi  Ad[d]o  məhz  burada  Qayı  ölümcül 

yaraladı  və  bir  neçə  ay  sonra  Qay  aldığı  yaradan  öldü.  Bununla  belə,  ermənilər 

darmadağın  edildilər.  Görünür,  bu  müharibənin  gedişində  Atropatena  hökmdarı 

ermənilərdən  iki  ölkə  arasında  nifaq  düşməsinə  səbəb  olmuş  I  Albaka  (Strabonda 

səhvdir: Simbaka. Plinidə: 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin