AYSU YORULUB...
Aysu birinci sinifdə oxuyur. Dünən də birinci sinifdə oxuyurdu, bu gün də
birinci sinifdə oxuyur, eh... hələ sabah da birinci sinifdə oxuyacaq...
Nə qədər birinci sinifdə oxumaq olar?..
– Aysu, Aysu, dur, səhərdi daha!..
Aysu isə hələ yuxu görür. Görür ki, Cəmiləylə, Əşrəflə, Laləylə, Nərimanla
həyətdə top-top oynayırlar, ora qaçırlar, bura qaçırlar...
– Aysu, Aysu, dur, məktəbin vaxtıdı!..
Aysu əvvəlcə gözünün birini açır, sonra o birini açır, atasına baxır:
– Mən yorulmuşam... – deyir.
– Yorulmusan?
– Hə! – deyir Aysu. – Yuxuda çox qaçmışam, yorulmuşam...
Bax, beləcə yorulandı Aysu.
Yuxuda o qədər ora-bura qaçır, o qədər top-top oynayır ki, səhər məktəbə
getmək üçün durmaq lazım olanda da beləcə yorulur...
Dostları ilə paylaş: |