Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə122/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   118   119   120   121   122   123   124   125   ...   147
NƏNƏM YAMAN HIRSLƏNDI... 

 

Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA. 



DAĞ  nə DAĞ!.. Elə xoşlayıram, elə xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar, 

yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd... 

Nə yaxşı ki, biz bütün yayı qalacayıq DAĞDA! 

Bir gün nənəm həyətdə ocaq qaladı. Yağı  əritmək üçün qazana töküb ocağa 

qoydu. 

Yağ əridi, qaynadı, DAĞ oldu. 

Mən də qaçanda, az qaldı ayağım dəyə qazana, az qaldı DAĞIDAM yağı. Yaxşı 

ki, DAĞ YAĞ DAĞILMADI, məni də yandırmadı. 

Nənəm yaman qorxdu, hirsləndi: 

– Sənin ayağına, – dedi. DAĞ basacağam! 

Amma mən bilirəm, nənəm məni çox istəyir, lap çox, çox istəyir, ayağıma DAĞ 

basmayacaq!.. 

Nənə elə deyir ki, mən eləcə qaçmayım, DAĞ yağı yerə DAĞITMAYIM! Axı, 

DAĞ yağ yandırar məni... 

 

 



 

406


DÜZDƏ 

 

Maşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ. 



Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi... 

Lalələr DÜZÜM-DÜZÜM DÜZÜLÜB DÜZDƏ. 

Ay gözəl DÜZÜM, qoy səndən lalələr üzüm, aparıb güldanlara DÜZÜM, sonra 

da güldanları şüşəbəndimizə DÜZÜM. 

– DÜZ deyirəm, nənə? 

– DÜZ dedin, Aysu! 

– Axı, nənə, sən deyirsən mən də DÜZƏM, dümDÜZƏM, DÜZDÜ, nənə, hə? 

– Hə, Aysu, DÜZÜ belə də! Sən DÜZ qızsan! Lap düm-bəDÜZ qızsan! 

– Bax, nənə, ode, uzaqda o ağac da DÜZ durub, DÜZDÜ? 

– DÜZDÜ, Aysu, bu da DÜZDÜ! 

DÜZDƏ  gəzdik, gəzdik, yorulduq. Sonra da DÜZDƏN DÜZƏLDIK yola, 

gəldik evə. 

Oy, nə  qədər lalə  yığmışam DÜZDƏN!.. Çox sağ ol, gözəl DÜZÜM! Indi 

gedim, lalələri güldanlara DÜZÜM... 

 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin