Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə91/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   87   88   89   90   91   92   93   94   ...   147
* * *

 

 

Yazılmamış şerlərdən: 

 

 xatirələr 



 bu yağışlı günlərdə 

 güzgü kimi 

 sınır bir bir 

  

 yerə tökülmüş  



 güzgü qırıqlarında 

 gün işığı  

 ocaq şöləsi  

 qulaq parası  




 

343


 gözün yarısı  

 gecənin qaranlığı  

 döşün giləsi  

 yarımçıq göbək 

 

 güzgü qırığına  



 düşmüş göz yaşı  

 güzgü qırığında  

 gülən dodaqların  

 bir kənarı  

 güzgü qırığında öpüş izi  

 yalan  


 sədaqət  

 xəyanət  

 qara gözlərin işıltısı  

 sonuncu nəfəs  

 çağa qışqırtısı  

 yenicə tərləyən bığ yeri  

 dən düşmüş saçlar 

 

 yağış kəsmir  



 sınır güzgülər  

 qırıq qırıq  

 yerə dağılır  

 xatirələr 

 

 kəsəcək yağış  



 dan yeri söküləcək  

 görünəcək günəş  

 süpürgəçi qarı  

 həmişə axan burnunu çəkə çəkə  

 güzgü qırıqlarını süpürəcək  

 və aparıb  

 zibil qabına tökəcək 

 

* * *



 

 

O mikrobların hamısı, o milyard-milyard, trilyard-trilyard və bunlardan da çox-



çox mikrobların, azı, lap cüzisi mehriban, çoxu, həddən artıq çoxu isə  zəhərli 

mikrobların hamısı, elə bil, bu dəm  şairin beyninə dolmuşdu, biri o birini itələyə-

itələyə, bir-birini sıxışdıra-sıxışdıra hər mikrob onun beynində öz yerini bərkitməyə 

çalışırdı  və  şairin beynindəki bu mikrob təlatümü, bu mikrob çaxnaşması çox 

bədheybət, çox əzablı-əziyyətli bir ağrının içində idi. 

Əminə xanım onda nazik, kəpənək kimi yüngül bir qız idi, elə bil, indi yaşadığı 

(indi yaşadığımız) bu dünyanın adamı deyildi, başqa bir planetdən gəlmişdi və 

evləndikləri gecənin səhəri günü – həmişəlik bir keçmişdə qalmış o günün sübh 

çağı,  əynində  ağappaq ipək penuar (və bu penuarın altından onun o zaman balıq 

kimi hamar lüt bədəni görünürdü), pəncərənin qabağında dayanıb hələ oyanmamış 

şəhərə – Bakıya – baxırdı  və o sübh çağının ala-qaranlığında dəniz kənarına tərəf 

uçan bir cüt quş – görən, nə quşlar idi onlar? kim bilir?.. o quşların sümükləri də 

çürüyüb indi...– gördü, ona görə, ya da nəydisə, birdən soruşdu: 

– Görəsən, quşların da ruhu var? 

Sən arxası üstə çarpayıda uzanıb qollarını başının altında çarpazlamışdın və: 

– Yəqin...– dedin. 




 

344


O ağappaq ipək penuarlı nazik (bədəni balıq kimi hamar!) qız: 

– Dünyada nə qədər canlı var, onların hamısının ruhu var?– soruşdu. 

Sən gülümsəyib: 

– Yəqin var də...– dedin. 

– Mikroblar da canlıdı də... Onların da ruhu var də... Hə? 

Sən çiyinlərini çəkib (onda heç haran ağrımırdı): 

– Yəqin də...– dedin. 

– Milyon illər mikroblardan tutmuş dinozavrlaracan, bu qədər canlı ölüb 

dünyada, bundan sonra da hələ, e-e-ey!.. nə  qədər öləcək... Bəs, bu qədər ruh o 

dünyaya necə sığışır? 

Sən ağappaq penuarlı və bir az da, elə bil, özü öz fikirlərindən ürkmüş o nazik 

qıza baxa-baxa, bu dəfə güldün və: 

– Nə bilim?..– dedin. 

nə bilim... 

Sən onda: 

– Nə bilim...– dedin. 

Amma niyə sığmır? 

O gün ki, Allah insanı yaradıb, bax, o gündən bu tərəfə nə qədər insanlar Allaha 

yalvarıb, dua edib, imdad istəyib və o qədər yalvarışlar, dualar, imdadlar görünən bu 

dünyaya necə sığıbsa, o ruhlar da görünməyən o dünyaya eləcə sığa bilməz bəyəm? 

Bu qədər fikir, bu qədər dərd-sər, qəm-qüssə, bu qədər sevinc, bu qədər 

hissiyyat balaca bir beyinə necə sığışır? Hə? 

Amma onda sən: 

– Nə bilim...– dedin. 

nə bilim... 

heç kim bilmir... 

bu düynyada heç kim heç nə bilmir... 

və belə bir savadsızlıq müqabilində bu dünyanın – görünən dünyanın hiss-

həyəcanları, dərdi-səri, ağrısı-acısı, qorxusu, əslində, çox əbləh bir şeydi... 

Indi, bax, bu dəm  şairin beynini doldurmuş o mikroblar da, şairlə birlikdə, o 

ruhlar dünyasına gedəcək... 

Bəs o ruhlar dünyası yoxdusa, onda necə? 

Amma o araba ki, o palçıq yolda cırıldaya-cırıldaya gedirdi, o yol ruhlar 

dünyasına aparan yolun başlanğıcı deyildi, o yol başqa bir dünyanın – heç kimin 

eşitmədiyi, bilmədiyi üçüncü dünyanın yolu idi, amma bu dünya – bu görünən 

dünya o uşağı o araba yükünün üstündən çəkib aşağı saldı, özündə saxladı, onu o 

arabanın getdiyi üçüncü dünyaya buraxmadı. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin