Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə92/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   88   89   90   91   92   93   94   95   ...   147
* * *

 

 



 

345


Şair öz şerlərini  əzbər yadında saxlaya bilmirdi, ədəbi məclislərdə, oxucularla 

görüşlərdə, televiziya çıxışlarında  şerlərini ya kağızdan, ya kitabdan oxuyurdu və 

indi də heç bir şeri  əməlli-başlı yadına gəlmirdi, bütün o saysız-hesabsız misralar 

şairin beynində bir-birinə qarışmışdı  və axır zamanlar şairin beyni çox zaman o 

adda-budda misralar xaosunun içində olurdu və  qəribədir, o misralar xaosunun 

içindən düz qırx doqquz il bundan əvvəl, on altı yaşında ikən, 1953-cü ilin o qəmli-

kədərli mart gecəsində Stalinin ölümü münasibətilə yazdığı  və elə bil ki, çoxdan 

unudulmuş şerin – bu, onun mətbuatda dərc olunmuş ilk şeri idi, rayon mərkəzinə 

gedib poçtla qəzetə göndərmişdi, «Azərbaycan gəncləri» qəzeti isə, respublika 

gənclərinin minlərlə o cür matəm məktublarının, matəm şerlərinin arasından həmin 

şeri seçib çap etmişdi və o şeri Azərbaycan radiosu da o soyuq mart günlərindəki 

matəm verilişlərində məşhur diktor Soltan Nəcəfovun ifasında efirdə səsləndirmişdi 

– bir parçası birdən-birə o misralar xaosunun içindən çıxıb səliqə ilə alt-alta 

düzüldülər: 

 

 Sən əbədiyyətə köçdün, 



 ancaq biz 

 Necə yaşayacağıq sənsiz? 

 Doğrudanmı, yenə 

güləcəyik əvvəlki tək, 

sevəcəyik əvvəlki tək, 

yeyəcəyik əvvəlki tək, 

içəcəyik əvvəlki tək? 

 Yenə əvvəlki tək, 

udacağıq havanı? 

 

Şair gülümsədi: necə yaşayacağıq sənsiz? 



Və  şair eləcə gülümsəyəndə, kiçik qızı otaqda idi, atasının gülümsəməyini 

görəndə, sevincək: 

– Oy, papa gülür!..– qışqırdı. 

Əminə xanım,  şairə içirtmək üçün, mətbəxdə alma və kök şirəsi çəkirdi və 

qızının sözlərini eşidəndə tələsik otağa keçdi, eynəyinin qalın şüşələrinin arxasından 

şairə baxdı. 

Şairin beynindəki xaosun içindən çıxmış o misralar eləcə dəqiqliklə, eləcə səliqə 

ilə alt-alta düzülmüşdü, pozulmurdu, elə bil ki, o misralar, ölümündan bu qədər illər 

keçsə də, yenə Stalinin özündən qorxurdular. 

Şair yenə gülümsədi. 

Qız sevinclə: 

– Görürsən, mama?– dedi. 

Neçə həftənin əzab-əziyyətindən sonra, birinci dəfəydi ki, şairin sifətinə beləcə 

bir yüngül gülüş  təbəssümü çökmüşdü, amma bu təbəssüm  Əminə xanımın heç 

xoşuna gəlmədi – niyə?– bunu deyə bilməzdi... amma... elə bil... o təbəssümə başqa 

bir dünyanın kölgəsi çökmüşdü... 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin