Torpağın yorulması. Torpağın eko- və aqroekosistemlərdə funksional
roluna baxarkən, onun müəyyən məhdudiyyətlərini nəzərdən qaçırmaq ol-
maz. Bu funksiyalar sərhədsiz deyil və istehsal fəaliyyəti nəticəsində pozula
bilər. Belə pozuntulardan biri ―torpağın yorulmasıdır‖. Torpaq yorulmasının
xarici təzahürü kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının kəskin azal-
ması ilə izhar olunur ki, eyni cinsə məxsus olan bitkilərin növbəsiz becə-
rilməsində müşahidə olunur. Bu günəbaxan, şəkər çuğunduru, pambıq və bir
çox digər bitkilərin təkrar sdəpinlərində müşahidə olunur.
Torpağın yorulmasının əsas səbəbləri onda bitki kökləri və mikro-
orqanizmlərdən ayrılan toksiki maddələrin, xəstəlik törədicilərinin və alaq
otlarının toplanmasıdır. Müəyyən olunmuşdur ki, yulafin kök sistemləri sko-
poletin maddəsi ifraz edir (kumarinə bənzər maddə) ki, bu da ingibitor
xassəsinə malikdir. Kətanın kök sistemi məhsullarında bir sıra aromatik bir-
ləşmələ (aqlikon, ferul, n-kumarin və n-hidrobenzoy turşuları) var, hansı ki,
müəyyən zəhərliyə malikdir. Yoncanın köklərində alkaloidlər akkumulyasi-
ya olunur, hansı ki, torpağa diffuziya olunur.
Torpağın yorulmasının qarşısını almaq kifayət qədər asandır. Növbəli
əkinlərə riayət etmək, üzvi gübrələr, sideratlar, davamlı sortları becərməklə
və s. torpağı sağaltmaq lazımdır.
Xarici ölkələrdə xüsusi xidmətlər mövcuddur ki, o yalnız torpaq
qatının mümbitliyinin vəziyyətinə nəzarət edir. Onların qərarlarına əsasən
torpaqları kənd təsərrüfatı dövriyyəsindən çıxarıb, yaxşılaşdırmaq və mün-
bitliyini bərpa etmək üçün dincə qoyulur ki, bu da torpağın ekoloji funksi-
yasının qorunmasını təmin edir.
|