Yağış qurdlarının ziyanvericiləri. Yağış qurdlarının heç bir müdafiə
orqanları yoxdur, buna görədə istənilən heyvanın hücumuna məruz qalırlar:
siçan, siçovul, ilan, qurbağa, quş. Köstəbəklər xüsusilə təhlükəlidir. Buna
görədə qurdlar çoxaldəılan zaman müxtəlif hasarlar istifadə olunur.
Məsələn, metal tor. Hansı ki, adı çəkilən düşmənlərin içəri keçməsinə mane
olur. Toru lyümbrisid çoxaldılan ləkin ətrafında qururlar. Müəyyən
təhlükəni mərəyəmqurdu, güvə, qarşıqalar yaradırlar belə ki əsasən yemin
tərkibində olan yağlar və karbohidratlarla qidalanır və qurdlara rəqib olurlar.
Yağış qurdlarının parazitləri arasında milçəklər, xüsusilə də Polenia
rudis xüsusi yer tutur. Qurdaların digər zərərvericisi nematodlardır.
Beləliklə, vermekulturanın hazırlanmasına perspektivli istiqamət kimi
baxmaq olar. Hansı ki, kənd təsərrüfatının istehsalının ekoloji əsaslarla
formalaşmasına və inkişafına şərait yaradır.
Vermikultura köməyi ilə tullantıların emal məhsulların gübrə kimi
istifadəsi kənd təsərrüfatı yönümlü torpaqların qida maddələrilə
zənginləşdirilməsinə çəkilən xərcləri azaldır. Bu zaman ekoloji təhlükəsiz
məhsulun alınması imkanı yüksəlir və ən vacib olan isə: böyük həcmdə üzvi
tullantıların (böyük fayda ilə) utilizasiyası üçün şərait yaranır.
Dostları ilə paylaş: |