Kriteriya dedikdə - insanların sağlamlığının və ətraf mühitin vəziy-
yətinin pisləşməsini xarakterizə etməyə imkan verən göstəricilərin cəminin
təsviri başa düşülür.
Göstəricilər ölçüləri, parametrlər isə ərazinin ekoloji əlverişsizlik
dərəcəsinə uyğun gələn intervalların sərhədini göstərir. Parametrlər ya elmi-
təcrübi məlumatlar, ya da mütəxəssislərin ekspert qiymətləndirilməsi əsa-
sında qəbul olunur.
Botaniki kriteriyalar - daha böyük əhəmiyyətə malikdir, belə ki, onlar
tək ətraf mühitin dəyişməsinə qarşı həssas deyil, həm də ən yaxşı formada
ekoloji vəziyyət zonalarının məkanca ölçülərinin dəyişməsini, zamanca po-
zulma mərhələlərini izləyir. Botaniki kriteriyalar tamamilə spesifikdir, belə
ki, bitkilərin müxtəlif növləri və müxtəlif bitki assosiasiyaları müxtəlif coğ-
rafi şəraitlərdə pozucu təsirlərə fərqli həssaslıq və davamlılıq göstərirlər, nə-
ticədə ekoloji vəziyyət zonalarının təsnifləşdirilməsi üçün eyni göstəricilər
müxtəlif landşaftlarda əhəmiyyətli dərəcədə variasiya edə bilirlər. Bu zaman
neqativ dəyişmələrin əlamətlərini müxtəlif səviyyələrdə nəzərə alırlar: orqa-
nızım (fitopotoloji dəyişkənliklər), populyasiya (növ tərkibinin və fitose-
nometrik əlamətlərin pisləşməsi) və ekosistem (landşaftda sahələrin nisbəti).
Ekosistemin vəziyyətinin botaniki kriteriyalara görə sıralanması aşağıdakı
cədvəl 2.50-də verilir:
Cədvəl 2.50
Dostları ilə paylaş: |