2.9. Ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsinin
kriteriyaları
2.9.1. Ümumi qaydalar
Ekoloji problemlərin kəskinləşdiyi ərazilərdə, bunun nəticəsi olaraq
əhalinin həyat fəaliyyəti və sağlamlığı pisləşir, təbii ətraf mühiti ciddi
pozulan xüsusi zonaların hüquqi status alması qanunauyğundur. Ekoloji
situasiyaların çox kəskinləşdiyi regionlarda, harda ki, təbii mühitin vəziyyəti
əhalinin həyatı üçün təhlükə yaradır, ayrı-ayrı ekoloji poblemlər və ya oların
219
cəmi isə böhran halına çatırsa, əlverişsiz şəraitin bu və ya digər ərazisi ya-
ranma mexanizmi və neqativ nəticələrin mümkün olan neytrallaşma tədbir-
ləriylə fərqlənirlər. Buna görə də fövqəladə ekoloji hadisələr və ya ekoloji
fəlakət zonasının seçilməsi ekoloji problemlərin həllinə təkan verməlidir
(məsələn, uyğun texnoloji istehsalın, suyun və havanın təmizlənməsi üçün
qurğuların tətbiqi, əlavə müalicə - istirahət obyektlərinin tikilməsi üçün
maliyə və maddi ehtiyatların prioritet ayrılması yolu ilə).
90-cı illərdə Rusiyada aparılan analizlərin nəticəsi göstərdi ki, ən çox
əlverişsiz ekoloji hadisələr (kəskin və çox kəskin) bütün ərazinin 15% - də -
2,5mln.km
2
-də qeyd olunmuşdur. Deqradasiyaya uğramış otlaq sahələri də
nəzərə alınarsa, bu ərazi 18-20%-ə çata bilər. Şəhər əhalisinin 20%-i ekoloji
əlverişsiz şəraitdə yaşayır. Federasiyanın bir çox subyektlərində xüsusi eko-
loji əlverişsiz zonalar qeydə alınır. Bu ekoloji təhlükəli vəziyyətlər əsasən
antropogen təsirlərdən sonra yaranır: dağ-mədən işlərindən sonra, qurunun,
su obyektlərinin çirkləndirilməsi, atmosferin sənaye və nəqliyyat fəaliy-
yətindən pisləşməsi, meşə massivlərinin yanma və qırılması nəticəsində
deqradasiyaya uğraması, xüsusi mühafizə olunan təbii ərazilərin rejiminin
pozulması, radioaktiv çirklənmə və s.
1992-ci ildən ətraf təbii mühitin və insanların sağlamlığının qiymət-
ləndirilməsi üçün ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsinin krite-
riyaları müəyyən olundu.
Ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsində və ekosistemin,
onun biotik və abiotik komponentlərinin vəziyyətinin qiymətləndirilməsinin
ən geniş və informativ kriteriyalarının seçilməsində kompleks yanaşma
məqsədəuyğundur. Belə yanaşmanın ilkin konseptual qaydası ayrı-ayrı mü-
hitlərin ballarla ifadə olunan vəziyyətlərinin mexaniki cəmləşdirilməsindən
və bütövlükdə ekosistemin vəziyyətinin qiymətləndirilməsindən imtina et-
məkdir. Bu halda təbii komponentlərin funksional vəhdəti nəzərə alınır, baş-
qa sözlə ümumi qiymət biotik və abiotik faktorların vəziyyətinin qiymətlə-
rindən formalaşır. Ekosistemin vəziyyətini kifayət qədər etibarlı informasiya
almağa imkan verən məhdud sayda kriteriyalarla qiymətləndirirlər. Belə
yanaşmada həm subyektivizmdən qaçılır, həm də ekosistemin vəziyyətini
müəyyənləşdirən səbəbin açılmasına imkan yaranır ki, bu da dəqiq təbiəti
sabitləşdirən tövsiyyələrin hazırlanması üçün əsasdır.
Baxılan konseptual qaydalar ilkin informasiyanın kifayət qədər
qənaətlə alınmasını təmin edir (müxtəlif statistik məlumatlar, aerofotoçəkiliş
materialları, laboratoriya analizlərinin məhdud həcmi). İlkin nəticələrin bu
cür qiymətləndirilməsi ən geniş həcmli və xərcli tədqiqatların planlaşdırıl-
masına imkan verir.
220
Praktiki olaraq konsepsiyanı həyata keçirmək olar bir şərtlə ki, həm
həm ekosistemin, həm də onu yaradan komponentlərin qiymətləndirilməsinə
vəhdət halında yanaşılsın.
Ərazinin ekoloji vəziyyətinin təsnifatı təbii - antropogen pozulmalar
nəticəsində ekoloji əlverişsizliyin dərəcəsinin artmasına görə müəyyən
olunur: nisbətən əlverişli – N (norma); gərgin və ya şərti- əlverişli R (risk);
böhranlı və ya qeyri-qənaətbəxş – B (böhran) fövqəladə ekoloji hadisələr
zonasına oxşar olan; qəza vəziyyəti (fəlakət) –F ekoloji fəlakət zonalarına
uyğun gəlir.
Bu səviyyələrə ayrılmanın əsasında ekosistemlərin pozulmasının də-
rinliyinə və geri döməyən olmasına görə sıralanması, başqa sözlə, morfoloji
faktorların real fiziki ifadələri durur. Aşağıdakı pozulma zonalarını və
vəziyyətlərin siniflərini fərqləndirmək qəbul olunur:
Ekoloji norma, (N) və ya ƏTM vəziyyətinin qənaətbəxş sinfi, ekosis-
temin məhsuldarlığı və davamlığının hiss olunacaq dərəcədə pozulmayan
ərazilərini, onun nisbi sabitliyini əhatə edir; əhalinin sağlamlığı kafidir. Qiy-
mətləndirmənin birbaşa kriteriyalarının qiyməti YVQ-dan və ya fon qiy-
mətindən aşağıdır (deqradasiya torpaqları sahənin 5%-dən çox deyil).
Ekoloji risk, (R) və ya ƏTM-in şərti-qənaətbəxş sinfi, ekosisteminin
məhsuldarlığı və davamlığı hiss olunacaq qədər pozulan ərazilər mövcud-
dur, onun vəziyyəti qeyri-sabitdir, ekosistemi spontan deqradasiyaya uğrada
bilər, lakin hələlik geri dönən pozuntularla. Ərazi ağılla təsərrüfat istifa-
dəsini və onun yaxşılaşdırılması üçün tədbirlərin planlaşdırılmasını tələb
edir; əhalinin sağlamlığı bir qədər pisləşib. Qiymətləndirmənin birbaşa kri-
teriyalarının qiyməti YVQ- dan bir qədər yüksəkdir, (deqradasiya torpaqları
sahənin 5- 20% -i qədərdir).
Ekoloji krizis, (Böhran B) və ya ƏTM qeyri-qənaətbəxş sinfi (föv-
qaladə ekoloji situasiyalar). Bu zonaya çətin dönən pozuntularla ekosistemin
məhsuldarlığı kəskin aşağı düşür və davamlığı itir; əhalinin sağlamlığı ciddi
təhlükə altında qalır. Təbii ekosistemlərin vəziyyətində davamlı mənfi
dəyişikliklər baş verir (növ müxtəlifliklərinin azalması, ayrı-ayrı bitki və
heyvan növlərinin yoxa çıxması, genofondun pozulması). Ərazinin seçmə
təsərrüfat istifadəsi və onun dərindən yaxşılaşdırılmasının planlaşdırılması
lazımdır. Qiymətləndirmənin birbaşa göstəricilərin qiyməti YVQ-dan xeyli
yüksəkdir (deqradasiya torpaqları sahənin 20-50%-ni əhatə edir).
Ekoloji fəlakət (qəza F) və ya mühitin vəziyyətinin fəlakət sinfi: o
ekosistemin praktiki olaraq geri dönməyən proseslərlə (ölü zona) məhsul-
darlığını tamamilə itirmiş ərazilərini əhatə edir; əhalinin sağlamlığı əhəmiy-
yətli dərəcədə pisləşib. Təbii ekosistemlrin dağılması baş verir (təbii tarazlıq
pozulur, flora və fauna deqradasiyaya uğrayır, genefond məhv olur).
221
Qiymətləndirmənin birbaşa kriteriyalarının qiyməti YVQ-dan çox dəfə artıq
olur (deqradasiya torpaqları sahənin 50 %-dən çoxdur).
Qeyd olunduğu kimi, daha reprezentativ göstəricilərə görə zonaların
xarakteristikası və ərazinin ekoloji vəziyyətlərinin sinifləri verilir, ancaq
mütləq qiymətləndirmənin tematik, məkan və dinamik kriteriyalarının isti-
fadəsi və qarşılıqlı hesabatı ilə birgə. Qeyd etmək vacibdir ki, ekosisteminin
vəziyyətinin vahid inteqral göstəriciləri mövcud deyil, lakin daha repre-
zentativ göstəricilərin sayı optimal minimuma çatdırıla bilər. Buna görə də,
ərazinin vəziyyətinin ekoloji qiymətləndirilməsi, geosferin (yaşayış yerinin)
vəziyyətini açmaqla, ekosistemin vəziyyətinin inteqral morfoloji qiymətlən-
dirilməsindən ibarət ola bilər. Yalnız bu cür qiymətləndirmək olar ekosis-
teminin müsair vəziyyətini, eləcə də texnogenezin təsirini nəzərə almaqla,
həm də bu vəziyyətin səbəblərini. Ayrı-ayrı ərazilərin ekoloji vəziyyətini
qiymətləndirən kriteriyaların seçilməsinə və əsaslandırılmasına xüsusi
diqqət ayırmaq lazımdır.
Ekosisteminin və geosfer qabığının vəziyyətini qiymətləndirən göstəri-
cilərin təsnifatına və ierarxiyasına bir necə yanaşma mövcuddur.
Dostları ilə paylaş: |