233
mə səviyyəsindən aşağı olan qiymətə uyğun gəlir, risk (R) sinfi orta səviy-
yəyə uyğun gəlir, böhran (B) sinfi orta səviyyədən yüksəkdir, fəlakət (F)
sinfi isə orta səviyyədən əhəmiyyətli dərəcədə yüksəkdir.
Amosferin çirklənməsinin kompleks indeksi atmosferin çirklənməsi-
nin dəyişməyə müvəqqəti meylliyini qiymətləndirmək üçün tətbiq olunur.
Atmosferin öz-özünü təmizləməsinin ehtiyat potensialı hər hansı əra-
zidə onun yayılma və qarışıqları uzağa daşıma qabiliyyəti ilə təyin olunur.
Bu çirklənmənin faktiki səviyyəsinin YVQ –ın qiymətinə nisbətilə ölçülür.
Yayılma (havanın ətrafa dağılması) qabiliyyətinin qiymətlən-dirilməsi at-
mosferin çirklənmə potensialı (AÇP) və havaya tələbat parametri (HT) kimi
kompleks göstəricilərə əsaslanır. Bu xarakteristikaları iqlimin və meteo-
roloji şəraitin rejiminin xüsusiyyətindən asılı olaraq, çirklənmə səviyyəsinin
formalaşmasının xüsusiyyətlərinə görə təyin edirlər.
AÇP – hava baseynində qarışıqların yayılması üçün əlverişsiz olan
meteoroloji şəraitin təkrarlanmasının kompleks xarakteristikasıdır. Ölkənin
ərazisində yerüstü inversiya və durğunluqları, zəif külək və müxtəlif müd-
dətli dumanların təkrarlanmasını nəzərə almaqla, AÇP-nın şəhər şəraiti üçün
xarakterik olan beş sinfi seçilib.
HT– çirkləndirici maddələrin tullantılarını həll edib orta qatılığa
çatdırmaq üçün lazım olan təmiz havanın həcmini xarakterizə edir.
Atmosferi və seliteb ərazini çirkləndirən mənbələrin yerləşdirilməsi-
nin optimallığını qiymətləndirmək üçün meyar kimi atmosfer havasının
dağıdıcı (yayışı) xassəsinin ehtiyatından (defisitindən) - HE istifadə olunur.
Atmosferin ehtiyat potensialı – iqlimin komfortluğunun gigiyenik
əsaslarını, ərazinin rekreasiya məqsədilə istifadəsinin mümkünlüyünü nə-
zərə almaqla qiymətləndirilir. Bu zaman vacib olan ilin soyuq və isti
dövrlərində havanın fizioloji - gigiyenik təsnifatıdır.
Bitkiliyə, torpağa, səthi və yeraltı sulara təsiri ilə xarakterizə olunan
atmosfer havasının çirklənməsinin əsas göstəriciləri şirkləndirici maddələrin
kritik yüklənməsi və onların kritik qiymətləridir, hansı ki, uzunmüddətli
planda ekosistemin struktur və funksiyalarına zərərli təsirə səbəb olmur.
Kükürd dioksidin, azot dioksidin, hidrogen floridin və ozonun yerüstü
bitkilərə təsir edən kritik qiymətləri, eləcə də kükürd birləşmələri, azot və
hidrogen ionlarının meşə və su ekosistemlərinə təsir edən kritik qiymətləri
cədvəl 2.59-də verilir.
Təcrübələrlə müəyyən olunduğu kimi ekoloji fəlakət zonasını seçmək
üçün ərazidə kritik qiyməti və ekosistemin həssaslığı nəzərə alınmaqla,
müxtəlif inqridientlər üçün yüklənmə 10-15 dəfə yüksək olmalıdır.