Səth sularının kimyəvi çirklənmə dərəcəsini
qiymətləndirmək üçün göstəricilər
Göstərici
Ekoloji parametrlər
Nisbi
qənaətbəxş
situasiyalar
F
B
ƏSAS GÖSTƏRİCİLƏR
Kimyəvi maddələrin YVQ təhlükəlilik sinifləri üçün:
I...II
˃ 10
5... 10
1
III..IV
˃ 100 50...100 1
KÇG -10 təhlükəlilik sinifləri üçün:
I...II
˃ 80
35... 80
1
III...IV
˃ 500
500
10
ƏLAVƏ GÖSTƏRİCİLƏR
Mühitin reaksiyası, p H
5,0...5,6
5,7....6,5
˃ 7
Oksigenə kimyəvi tələbat (OKT)
fona nəzərən antropogen tərkib, mq
O
2
/l
20...30
10...20
-
Həll olmuş oksigen, qatılaşma % -i 10...20
20...50
˃ 80
Biogen maddələr:
Nitritlər NO
2 ,
YVQ
˃ 10
˃ 5
˂ 1
Nitratlar NO
3
, YVQ
˃ 20
˃10
˂ 1
Ammonium duzları NH
4
, YVQ
˃ 10
˃ 5
˂ 1
Fosfatlar PO
4
, mq/l
˃ 0,6
0,3...0,6
˂ 0,05
Minerallaşma mq/l (regional səviy-
yəni keçmə)
3...5
2...3
regional
səviyyə
rə müşahidə olunur. Su hövzələri və içməli suyun patogen mikroorqanizm-
lər və parazit xəstəlik törədiciləri ilə, eləcə də xüsusi toksiki maddələrlə
çirklənmə halları istisna təşkil edir. Belə halda əlverişsizlik haqda nəticə bir
kriteriyaya görə çıxarıla bilər.
Su hövzələri və içməli suyun çirklənməsini, III və IV təhlükəlilik sin-
finə aid olan maddələrlə xarakterizə edən, eləcə də, suyun fiziki – kimyəvi
xassələri və orqanoleptik xarakteristikası əlavə göstəricilərdir. Onlardan
prioritet göstəricilərə görə müəyyən olunmuş, su hövzələrinin antropogen
çirklənməsinin intensivlik dərəcəsini təsdiq etmək üçün istifadə olunur.
Suyun keyfiyyətinin qiymətləndirilməsinin müxtəlif kriteriyalarının
tətbiqi kriteriyaları daha kəskin olan tələbatların üstünlüyünə əsaslanmalıdır.
Məsələn, əgər su obyekti eyni zamanda həm içməli su, həm də balıq təsərrü-
fatı üçün nəzərdə tutulursa, onda suyun keyfiyyətinin qiymətləndirilməsinə
236
daha kəskin tələbatlar qoyulur (ekoloji və balıq təsərrüfatı).
Fövqəladə ekoloji hallar və ekoloji fəlakət zonaları seçilərkən su ob-
yektlərinin çirklənməsinin təhlükəlilik dərəcəsini cəm halında qiymətlən-
dirmək üçün KÇG–10 göstəricilərindən istifadə etmək təklif olunur. Bu
göstəricilər xüsusən o ərazilər üçün vacibdir ki, orada eyni zamanda bir neçə
kimyəvi maddə üzrə qatılıq YVQ həddini bir neçə dəfə keçmiş olsun.
Yalnız fövqəladə ekoloji hallar və ekoloji fəlakət zonalarını üzə çıxarmaq
üçün bu qiymətləndirməni aparmaq lazımdır.
Hesablamanı YVQ həddini maksimal dərəcədə keçən on kimyəvi
birləşmələrə görə aşağıdakı formulaya əsasən hesablayırlar:
KÇG-10 = C
1
/YVQ
1
+C
2
/YVQ
2
+C
3
/YVQ
3
+...+ C
10
/YVQ
10
Burada, C
1
,C
2
,C
3
...C
10
–suda kimyəvi maddələrin qatılığı; balıq təsərrüfatının
YVQ.
Kimyəvi maddə üçün KÇG - 10 təyin edərkən, hansı ki, suyun çirk-
lənməsinin nisbi orta qiyməti yoxdur, onda C/YVQ nisbətini şərti olaraq 1
qəbul edirlər.
KÇG - 10 müəyyən etmək üçün mümkün qədər çox sayda göstəricilər
üzrə suyun analizini aparmaq lazımdır.
Əlavə göstəricilərə ümumi qəbul olunmuş fiziki - kimyəvi və bioloji
xarakteristikalar daxildir. Bu göstəriciləri su obyeklərində baş verən proses-
lərin əlavə xarakteristikası üçün istifadə edirlər. Bundan əlavə, çirkləndirici
maddələrin dib çöküntüsü və hidrobiontlarda toplanmaq qabiliyyətini nəzərə
alan göstəricilər də əlavə xarakteristikaya daxil edilir.
Dibə toplanma əmsalı (DTƏ) bu formula ilə hesablayırlar:
DTƏ = C
d.ç.
/ C
s
burada, C
d.ç.
və C
s
–uyğun olaraq, dib çöküntülərində və suda çirkləndirici
maddələrin qatılığı.
Hidrobiontlarda toplanma əmsalı:
K
t
=C
h
/ C
s
Burada, C
h
- hidrobiontlarda çirkləndirici maddələrin qatılığı.
Kimyəvi maddələrin kritik qatılığı (KQ) çirkləndirici maddələrin kri-
tik qatılığının təyin olunması metodikasına görə aparılır.
Bəzi çirkləndirici maddələrin KQ orta qiyməti verilir, mq/l-lə:mis –
0,001..0,003; kadmium – 0,008...0,020; sink – 0,05...0,10; xlorlaşmış karbo-
bohidrogenlər: PXB – 0,005, benz(a)piren – 0,005.
237
Su ekosistemlərinin vəziyyətinin qiymətləndirilməsi zamanı su bio-
senozunun bütün ekoloji qruplarının vəziyyəti və inkişafının xarakteristikası
kifayət qədər etibarlı göstərici hesab olunur.
Baxılan zonanın seçilməsi üçün bakterio
-
, fito
-
və zooplanktonlara,
eləcə də ixtiofaunaya görə göstəricilərdən istifadə olunur. Bundan başqa,
suyun toksikilik dərəcəsini təyin etmək üçün inteqral göstəricidən – bio-
testləşdirmədən (ibtidai xərçənkimilər üzərində) istifadə olunur. Bu zaman
su kütləsinin uyğun zəhərliliyi hidroloji tsiklin bütün əsas fazalarında müt-
ləq müşahidə olunmalıdır.
Fito
-
və zooplanktonlar, eləcə də zoobentoslar üzrə əsas göstəricilər
hidrobioloji nəzarətin regional xidmətinin su ekosistemlərinin ekoloji deqre-
dasiya dərəcəsini xarakterizə edən məlumatlar əsasında qəbul olunur.
Zonanın verilmiş ərazisini seçmək üçün təklif olunan göstəricilərin pa-
rametrləri kifayət qədər uzun müddətli müşahidələrin (üç ildən az olmaya-
raq) materiallarına əsasən formalaşdırılmalıdır.
Nəzərə almaq lazımdır ki, növlərin indiqator əhəmiyyəti müxtəlif
iqlim zonaları üçün fərqli ola bilər.
Su ekosistemlərinin vəziyyətinin qiymətləndirilməsində ixtiofauna üzrə
göstəricilər çox vacibdir, xüsusilə də unikal, xüsusi mühafizə olunan su ob-
yektlərinin və hövzələrinin birinci və əla balıq təsərrüfatı kateqoriyaları üçün.
Dostları ilə paylaş: |