Cədvəl 2.64
1 mln əhalisi olan Ģəhərin təbii Ģərait komponnetlərinin təxmini balansı
Komponent
Şəhərin
əгаzisi
min.hek
Тəkrar
istehsal
Tələbat Defisit
Defisiti ara-
dan qaldır-
maq üçün
ərazi, mln.
hek
Atmosfer O
2
-ni
mln.t.
20
0,025-
0,030
10,0
-9,98-9,97
1,5-2,0
Su, mln.m
3
20
0,005
500,0
≈500,0
1,5-2,0
Şəhər əhalisinin
istirahətini təşkil
etmək üçün
torpaq-bitki
örtüyü
20
-
-
-
1,0-2,0
Şeliteb zonanın ekoloji vəziyyətinin vacibliyinə baxmayaraq, hələ də
ümumi qəbul olunmuş anlayışlar və göstəricilər yoxlanır ki, əhali yaşayan
şəraitin faktiki vəziyyətini sistemli qiymətləndirməyə imkan versin. Qiymət-
ləndirmə hər şeydən əvvəl yaşlı əhalinin xəstəlik göstəriciləri tətbiq olunur.
(bədxassəli şişlər, göz xəstəlikləri, eşitmə orqanlarıınn xəstəlikləri, yuxarı
tənəftüz yollarının həzm orqanlarının sidikqovucu sistemlərin, dəri, hiper-
tanik və işemik xəstəliklər və s.) böyüklərin və uşaqların da nisbi xəstəlik
göstəriciləri də istifadə olunur. Bu cür kritoiyalarla seliteb zona ərazisinin
ekoloji vəziyyətini yalnız dolayısı ilə qiymətləndirmək olar.
Yer kürəsində 6 milyard insan yaşayır. Onun 42%-i şəhərlərdə yaşa-
yır. BMT-nin uzunmüddətli proqnozuna görə ("otra" variant) 2000-ci ildə
əhalinin ümumi sayı 6 milyard 407 milyondur, onun 50%-i şəhərlərdə yaşa-
yır, 2025-ci ilə qədər əhali sayının 8,5 milyarda çatacağı gözlənilir. Urba-
nizasiya prosesinin əsas sürətləndiricisi-sənaye inqilabıdır. XX əsrin əvvəl-
lərinə kimi hətta iqtisadi inkişaf etmiş ölkələrdə də əhalinin çoxu kənd yer-
lərində yaşayırdı. Sənayenin, nəqliyyatın inkişafı şəhər həyat tərzinin geniş-
lənməsinə stimul verdi.
Urbs (lat) - şəhər. Bir neçə onilliklər əvvəl bu termin beynəlxalq-tarixi
proseslərin konsentrasiyası və ünsiyyətin intensivləşməsini xarakterizə et-
mək və qiymətləndirmək üçün istifadə olunurdu. Sonda şəhərlər məkanının
təşkil olunmasının ali forması oldu. Şəhər formalı məskunlaşmanın əsasən
iqtisadi və sosial xarakterli üstünlükləri var. Elə bu istehsal və sosıal infra-
strukturanın inkişafıdır, komuminikasiyanın və təhsil almanın istənilən ixti-
244
sası seçmənin geniş imkanlari incəsənət və mədəniyyətlə ünsiyyətdə olma-
nın qısa yoludur.
Bununla yanaşı şəhərdə insan yaradıcılığının yüksək sıxlığı və inten-
sivliyi ona gətirib çıxarır ki, ətraf təbii mühit insanın özünün bioloji tələ-
batını ödəyə bilmir: həyat üçün məkan azalır, şəhər demək olar ki, bütün
təbii mühitin komponentlərini dəyişən nəhəng sistemə çevrilir - atmosferi,
hidroqrafik toru və yeraltı suları, torpağı və qrantları relyefı, iqlimi, bitki
örtüyünü və s.
Şəhərlərdə cazibə, maqnit, termik, yerin elektrik sahəsi dəyişir. Şəhər-
lərin horizontal təsirinin dərinliyi 8000 m-ə çatır. Şəhər landşaflarında yer-
altı suların qidalan-ması dəyişir onların kimyəvi tərkibi də həmçinin.
Böyük şəhərlərdə fiziki şərait pisləşir. Burada 15% günəş şüası azalır,
küləyin orta illik sürəti kənd yerləri ilə müqayisədə 25% az olur; havanın
temperaturu 2-5
0
C yuxarı olur, daha çox buludlu və daha az günəşli günlər
(10% az) müşahidə olunur; demək olar ki, 2 dəfə çoxdur dumanlı günlər,
eləcə də çən xarakterikdir (buzlu Alyaska tipli, nəmli Londan tipli və foto-
kimyəvi quru Los-Ancelos tipli) smoq - aerozol qazformalı müxtəlif fıziki-
kimyəvi proseslərdə çən damlasının birləşməsindən yaranır. Məsələn 1952-
ci ildə Londonda smoq 4000 insanın həyatını məhv etdi.
Böyük şəhərlərdə güclü antropogen təzyiqlər (yüklənmə) aktiv baş
verir. Şəhərlər özü xüsusi yaşayış mühitidir, hansı ki, bütövlükdə həyatı
təmin edən ehtiyatlardan asılıdır. Bu mühitdə maddələrin təbii dövranı, özü-
nü bərpa və təmizləmə mexanizmi pozulur, hansı ki, həqiqi təbii sistemlər
üçün xarakterikdir. Şəhərlərdə yaranan tullantı və çirkləndirici axınları bü-
tün biosfer üçün ciddi ekoloji təhlükə yaradır.
Insanın həyatını təmin etmək üçün lazım olan seliteb zonanın sahəsini
hesablamağın müxtəlif üsulları var. Bir çox qiymətləndirməyə görə 1 ada-
mın yaşaması üçün 100 m
2
yaşayış və istehsal sahəsi tələb olunur. 100 m
2
infrakstrukur (yol, enerji ötürmə xətləri və.s) 12 min m otlaq və biçənək 4,6
min m kənd təsərrüfatı tarlası və 700 m meşədən ayrılan CO udmaq və O
qəbul etmək üçün 17,5 min m. Başqa qiymətləndirməyə görə vacib ərazinin
sahəsi 1-2 hektar (10-20 min m) arasında tərəddüd edir. (Aqranat 1988). Bu
cür qiymətləndirmədən belə nəticə çıxır ki, 149 mln, km qurunun 49 mln
km yaşayış üçün əlverişsizdir (buzluqlar çöllər yüksək dağlıqlar). Yer kürə-
sində 5,7 milyard insan yerləşə bilər.
Şeliteb zonanın vəziyyətinin pisləşməsinin səbəblərini tədqiq edərkən
şəhər mühitində normativ kimi təsir edən müxtəlif orta qiymətlərdən istifadə
olunur. Məsələn, şəhərdə orta göstərici 3 mərtəbəli binalar seliteb zonada
1000 adama 10 ha düşür, 4-8 mərtəbəli - 8 hektar, 9 mərtəbəli və daha çox -
7 hektar sahə düşür. Kənd yerlərində həyətyanı sahələri nəzərə almaqla seli-
245
teb zonanın normativi 1000 adama 50 hektar təşkil edir.
Müasir böyük şəhərlər, mürəkkəb sistem olmaqla təbii mühiti dəyişən
güclü faktorlardır (nəinki şəhər daxilində, eləcə də şəhər ətrafında). Mə-
sələn, Moskva ətrafında 100 km məsafədə yüksək konsentrasiyalı çirklənmə
qeyd olunur.
Aydındır ki, dinamik inkişafda olan urbanizasiya prosesi sosial-iqti-
sadi inkişafın müsir tendensiyasını obyektiv əks etdirir. Yayılması və xarak-
teri Uzbanizasiyanın belədir ki, demoqraflar "hiperurbanizasiya" anlayışın-
dan istifadə etməyə başladılar. Həqiqətən, şəhərlər sadəcə çoxalmırlar, һəm
də böyüyürlər. Eninə getdikcə onlar bir-biri ilə qovuşurlar və aqromelora-
siyalar yaradırlar (vahid sistem kimi birləşmiş, təsərrüfata, məişət və mədəni
əlaqələrlə, yaşayış məntəqələri sistemidir).
Xarici dövlətlərdə super-aqromelorasiyalar
- konurbatsiyalar yaradılıb.
Onların ən böyükləri ABŞ-dır: Bosvaş (Boston-Vaşinqton), Çipitts
(Çikaqo-Pittsburq), San.San (San Fransisko San Dieqo). Hesab olunur ki,
tək bu üç meqapolisin, (yunancadan "nəhəng" və "şəhər") 2000-ci ildə 150
milyon əhalisi olaraq (ABŞ ümumi əhalisinin 50%-i). XXI əsrin vvəlində
isə yer kürəsində 160 belə nəhəng şəhərlər olacaq.
Rusiyada 30-a yaxın iri aqlomerasiyalar inkişaf edir, şəhər əhalisinin
60%-i özünə cəlb edir. Yüksək dərəcəli urbanizasiya mərkəzi, Mərkəzi-Qa-
ratorpaq, Şimali-Qafqaz və Ural regionalarında qeyd olunur.
Məsələn, Moskva aqlomerasiyası 130-dan çox yaşayış məntəqəsini
paytaxtdan 100 km radiusda özündə birləşdirir.
Soçi aqlomerasiyası Qara dəniz boyunca 150 km dar xətlə uzanır. 500
mindən çox əhalisi olan aqlomerasiyalar ölkəmizdə onlarladır.
Daha iri aqlomerasiyalarına ərazisində böyük texnogen yüklənmə
ekoloji vəziyyətin çox gərginləşməsinə səbəb olur (Moskva, Sankt–Peter-
burq, Tula, Yaroslav, Çelyabinsk, Novosibirsk, Kemerova və b).
İri şəhərlərin disproporsional böyüməsi onların təsərrüfatlarının möv-
cud olan və yeni yaranan mürəkkəb ekoloji problemlərinin idarə olunmasmı
çətinləşdirir.
Bizim əsrin birinci yarısında ən iri şəhər mərkəzləri çoxsaylı əhali
kütləsini özündə biləşdirməklə, həddən artıq sıxlaşmaya məruz qaldı, bu da
şəhər mühitinə getdikcə artan neqativ təsir etdi. Həyat şəraitinin deqrada-
siyası həmin əhalinin çox hissəsinin şəhər ətrafına köçməsinə səbəb oldu.
Ancaq bir iri şəhərin şəhər ətrafına köçmüş əhalisi başqa bir iri şəhərin şəhər
ətrafına köçən əhalisi ilə qovuşur urbanizasiya ərazisinin nəhəng amorf
massivini formalaşdırırlar. Yaponiyada, belə "ən böyük şəhərlər" tədricən
Xonsyu adasının cənub sahilini əhatə etdi. "Sverxqorod" ABŞ-da formalaşır,
məsələn, Atlantika sahillərində, harda ki, şəhərlər arasındakı interval tez itir
246
Bostandan Vuşinqtona qədər 900 km uzunluğunda.
Bu cür qiqant şəhərlər ətraf mühitə dağıdıcı təsir göstərir, yalnız gələ-
cəkdə krizis ekoloji situasiyaların yaranmasından xəbər verir, hansı ki, geniş
əraziləri əhatə edə bilər. Şəhər mühiti insanların psixikasına, onun gərgin-
ləşməsinə və əsəb stresslərinə gətirib çıxarır.
İri şəhər birləşmələri müasir istehsalın təşkil olunması baxımından üs-
tünlüyə malikdir. Lakin industrial mərkəzlərdə sənayenin cəmləşməsi nəq-
liyyat proseslərini artırır, enerji təchizatını pisləşdirir, su və digər ehtiyyat-
larda təmin olunmasını da yaşayış yerinin ekoloji mühitini radikal dəyiş-
dirir, sanitar-gigiyenik vəziyyəti pisləşdirir (Şəkil 2.25). İri şəhərlərdə kiçik-
lərə nisbətən mühəndis təchizat işlərinə 3 qat qartıq xərclər tələb olunur.
Bununla yanaşı belə şəhərlərdə tibbi-demoqrafik göstəricilər (həm də pis
tərəfə) dəyişir.
Dostları ilə paylaş: |