2.10. Seliteb ərazinin ekologiyası
2.10.1. İnsanlar yaşayan yerdə müasir ekoloji mühitin xüsusiyyətləri
Nisbətən yaxınlarda 10 min il əvvəl, az saylı insan populyasiyaları
onların yaşaması üçün əlverişli olan planetin müxtəlif ərazilərinə keçdilər,
yığıcılıqdan primitiv əkinçilik məhsulları istehsalı ilə məşğul olub daimi ya-
şayış mühiti yaratdılar. Bu yeni proseslər insan və təbii ətraf mühit arasında
qarşılıqlı münasibətlərdə müəyyən dəyişkənliklərə səbəb oldu.
Köçəri həyatdan oturaq həyat tərzinə keçmə, uzun müddət bir yerdə
köksalma ərazinin dəyişməsinə, orada yaşayanların tələbatının uyğunlaşma-
sına gətirdi. Həyat tərzinin dəyişməsi insanın məişətini qurmağa başlaması
üçün stimul oldu, təbii ki, ekoloji məhdudiyyətləri nəzərə almadan.
Son illər yaşayış məntəqələrinin ekologiyasına böyük diqqət ayırırlar,
lakin yaşayış yerlərinin şəraitinin pisləşməsi inoli və kritik vəziyyəti, çox-
dan başlayıb. İ.B.Lamark hələ 1820-ci ildə demişdir ki, insan yaranandan,
əvvəlcədən yer kürəsini yaşayış üçün yararsız vəziyyətə salmaqla öz nəslini
kəsməyə çalışır. Son onilliklər geniş faktiki materiallar verir insan fəaliy-
yətinin nəticələrinin təbii sistemlərlə qarşılıqlı münasibətlərində məlum
ölçüdə insan fəaliyyətindən ilkin biosferin biotexnosferə və biosferə keç-
məsinin perspektivləri haqda düşünməyə imkan verir.
241
Biosferin başlıca həyatıi əhəmiyyətli funksiyalarından biri-canlı orqa-
nizmlərə yaşayış yeri verərək, insanlara məskunlaşmasını təmin etməkdir.
Bu zaman şəhər və kənd əraziləri düşünülür, hansı ki, öz növbəsində
müxtəlif qruplara ayrılır (cədvəl 2.63).
Dostları ilə paylaş: |