2.9.7. Torpağın çirklənməsi və deqradasiyası
Torpağın vəziyyətinin ekoloji qiymətləndirilməsinin kriteriyasının
seçilməsi onların yerləşməsinin spesifikliyi, genezisi, buferliyi, eləcə də isti-
fadəsinin əsas xüsusiyyətləri ilə təyin olunur.
Torpağın çirklənməsinə səbəb olan fəaliyyət növünün üzə çıxması,
müayinə olunan ərazinin miqyası və xarakteri haqda tam təsəvvür verir.
Torpağın vəziyyətinin qiymətləndirilməsində ekoloji əlverişsizliyin əsas
göstərici fiziki deqradasiyanın, kimyəvi və bioloji çirklənmənin kriteri-
yalarıdır.
Ərazinin ekoloji vəziyyətinin kriteriyalarından biri kimi, torpağın
deqradasiyası nəticəsində torpaqdan istifadəyə yaramayan sahəni istifadə et-
mək olar (eroziya, defilyasiya, ikinci duzlaşma, şoranlaşma, bataqlaşma).
Əsasən neqativ proseslər (tikinti işlərində və faydalı qazıntıların açıq üsulla
çıxarılmasında torpaq örtüyünün mexaniki götürülməsi; insanlar tərəfindən
yaradılan eroziya və defliyasiya) torpaq horizontunun pozulmasına səbəb
olur, hansı ki, torpağın deqradasiya kriteriyası kimi qəbul olunur.
Torpağın ekotoksikoloji qiymətləndirilməsi üçün konkret çirkləndirici
maddənin YVQ neçə dəfə keçməsini istifadə etmək məqsədəuyğundur.
Bəzi inqridientlər (məsələn, kadmium) üçün təsdiq olunmuş YVQ olmaması
üzündən torpağın maye fazasında çirkləndirici maddələrin miqdarının təbii
sular üçün YVQ-ın müvafiq qiymətlərinə nisbətindən istifadə etmək töv-
siyyə olunur. Torpağın çirklənməsinin kompleks göstəricisi onun fitotoksik-
liyidir – çirklənmiş torpaqların ali bitkilərin toxumunun cücərməsinə, böyü-
mə və inkişafına təzyiq göstərməsi qabiliyyətidir (test göstəriciləri).
240
Torpağın bioloji deqradasiyasının əlaməti torpaq mikroorqanizmlə-
rinin həyat fəaliyyətinin azalması ilə üzə çıxır, bu zaman aktiv mikrob
biokütləsi azalır, eləcə də daha geniş yayılmış göstərici - torpağın tənəffüsü.
Torpaqda çirkləndirici maddələrinYVQ keçməsinin dəfəliyini onların
hərəkətli formalarına görə qiymətləndirmək lazımdır.
Torpağın ekoloji vəziyyətinin əsaslı göstəricilərindən biri – potensial
münbitliyi xarakterizə edən senozların bioloji məhsuldarlığıdır. Kənd təsər-
rüfatı ərazilərinin torpaqları üçün belə göstərici orta məhsuldarlıqdır.
Ekspert qiymətləndirməyə uyğun olaraq, ekoloji fəlakət zonası üçün
məhsuldarlığın 75%-dən çox, fövqəladə ekoloji hallar ərazisi üçün 50 ...75%
azalmasını qəbul etməktövsiyyə olunur (verilən yer və bitki üçün aqrotex-
niki və aqrokimyəvi tədbirlər kompleksinin keçirilməsi şərtilə).
Baxılan ərazinin çirklənmə dərəcəsinin indiqatoru olan əlavə gös-
təricisi (torpağın, havanın, səthi və yeraltı suların) keyfiyyət üzrə normativ
təlabatlara (pestisidlərin, toksiki elementlərin, mikotoksinlərin, nitratların,
nitritlərin və s. qalıq miqdarı) uyğun olmayan məhsulun payıdır.
Torpağın vəziyyəti haqqında məlumatları, əsas göstəricilər və çirklən-
dirici maddələrin komponent tərkibinə görə informasiyanı birləşdirən, ətraflı
tematik kartoqrafik materiallar kimi təqdim etmək lazımdır.
Dostları ilə paylaş: |