sında praktiki tədbirlərin, eləcə də mövcud olan aqroekosistemin rekons-
truksiyasının və yeni yaradılanın effektivliyi üçün əsaslı əhəmiyyət kəsb
edir. Təbii ki, bu cür qiymətləndirmənin nəticələri ―davamlılıq‖ anlayışına
insanın təsərrüfat fəaliyyəti nəticəsində yerüstü ekosistemin bir hissəsinin
də (gübrə, pestisid, meliorant) və enerjinin verilməsi hesabına tənzimlənir.
285
Məlum olduğu kimi, sistemin davamlılığını Le Şatelye prinsipi xarak-
terizə edir. Keçən əsrin əvvəllərinə qədər quru ərazilərin ekosistemlərinin
karbonu mənimsəməsi bu prinsipə tabe olurdu, başqa sözlə o zamanlar biota
insanın ekosistemlərə bütün təsirlərini kompensasiya edirdi və ətraf mühitin
çirklənməsi problemi yaranmamışdı. Keçən əsrin əvvəllərində quru ərazi-
lərin ekosistemləri nəinki atmosferdən karbonun artıq miqdarını uda bil-
mirdi, hətta onlar ətrafa sənaye və nəqliyyatdan karbon tullantıları atmağa
başladı, ətraf mühitin çirklənməsini artırdı. Quru ekosistemlərinin strukturu
əhəmiyyətli dərəcədə pozuldu.
Sənayeyə qədərki dövrdə istifadə olunan ərazilər bütün quru ərazinin
5%-ni təşkil edirdi, həm də insan onda istehsal olunan məhsulun 20%-ni
istifadə edirdi. Beləliklə, insan biosferin məhsulunun 1%-dən artığını istifa-
də etmirdi. Bu gün onun payı dəfələrlə artıb. Üzvi maddələrin sintezi və par-
çalanması prosesi ekosistemlərdə çox böyük sürətlə baş verir ki, bu da
maddələr dövranın qapalılığının pozulmasında ətraf mühitin tez dağılması
təhlükəsi yaradır. Məhz biokimyəvi dövranın qapalılığı hesabına ekosiste-
min funksiyalaşması mümükün olur və üzvi birləşmələrin parçalanmasından
yaranan enerji əsasında həyata keçirilir. Buna görə də davamlılığın lazım
olan şərti aqroekosistemə qida maddələrinin axınının və bilavasitə
aqroekosistemdə yaranan belə maddələrin miqdarının məhdudlaşdırıl-ma-
sıdır. Üzvi maddələrin sintezi və parçalanması prosesinin məhsuldarlığı eko-
sistemə kənardan qida maddələrinin daxil olmasından xeyli artıq olmalıdır.
Əgər axın bioloji tələbatın yarısını ödəyirsə, onda maddələr dövranının
davamlı qapalılığının saxlanması mümkün olmur. Sistemə daxil olan qida
maddələrinin miqdarının və ondan çıxarılan həyat fəaliyyəti məhsullarının
(ətraf mühitin sabitliyini saxlayan) təsadüfü uyğunluğu davamlı ola bilməz.
Buna görə də sintez və parçalanmanın intensivliyi kənardan qida maddələ-
rinin axınından o qədər yüksək olmalıdır ki, maddələrin qapalı dövranını
funksiyalaşdıran biota ətraf mühitin vəziyyətinin istənilən dəyişməsini kom-
pensasiya edə bilsin. Buna görə də, ətraf mühitdə qida maddələrinin ehtiyatı
və qatılığı yalnız ekosistemin biotası hesabına təyin oluna və saxlanıla bilər.
Aqroekosistemin davamlılıq parametrləi bunlardır: torpağın funksi-
yası, rejimi və xassəsi; aqrofitosenozun təşkili və məhsuldarlığı; mikrob
cəmiyyətlərinin strukturu və təşkili; biogeokimyəvi dövranın intensivliyi və
balanslaşdırılması.
Ekosistemin davamlılığının kəmiyyətcə qiymətləndirilməsi üçün təsir
edən faktorların əlaqəsi (tip, intensivlik, müddət, narahatçılığın miqdarı və
s.), eləcə də ekosistemin onun davamlılığına cavabdeh olan əsas parametr-
lərlə və davamlı vəziyyət sahələri (zonaları) ilə əlaqəsi nəzərə alınır. Belə
zonalar birdən bir neçəyədək ola bilər.
286
Ekosistemin strukturunun dəyişməsi və ya onun parametrlərinin da-
yanıqsız vəziyyət sahəsinə keçməsi davamlılığın itməsini şərtləndirir. Əgər
davamlı tarazlığın bir sahəsindən digərinə keçməsi ekosistemin daxili əlaqə-
lərinin saxlanması ilə müşaiyət olunursa, onun möhkəmlik xassəsi üzə çıx-
Dostları ilə paylaş: