…
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin!
Aşıq deyər sərin-sərin,
Sən Günəşin qucağısan,
Şeir-sənət ocağısan.
…
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
Seçmə aşıq şeirləri
142
ġAĠR,
NƏ TEZ QOCALDIN SƏN..!
Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni, nədir deyir –
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!?
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də,
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!?
Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım,
Dağ başından enib düzə,
Bir ox kimi süzə - süzə
Neçə ceyran nişan aldım,
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?
143
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı,
ancaq ürək
alovludur əvvəlki tək!
Saç ağardı,
ancaq nə qəm.!?
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim,
bir də Vətən:
- Şair, nə tez qocaldın sən!
|