145
YADA SAL MƏNĠ Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli dağlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal
,
məni.
Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim bu dərdimi de oylaqlara –
Sinəmdən oxladı bir maral məni.
O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan.
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-dil məni.
Gəlmişəm gəzməyə sizin dağları,
Baxım yaylaqlara doyunca
barı…
Bu yerə şairin düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.