155
MƏNĠM
Qocayam, cavanam, el aşığıyam,
Neynirsən soruşub yaşımı mənim?
Ovub ürəyimi hıçqırıqlarım
Töküblər gözümdən yaşımı mənim.
Düşdüm min böhtana, düşdüm min şərə,
Şeytan mömin olub pir deyir zərə,
Ədalət qananım vurulur yerə,
Çəkirlər yuxarı naşımı mənim.
Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam,
Elə bir dərd varmı çəkməmiş olam,
Bax, onlar ağardıb başımı mənim!
Seçmə aşıq şeirləri
156
HÜSEYN ARĠF
(1924-1992)
VAR MƏNĠM
Yığılmır yollardan fikrim, xəyalım,
Görən bu yollarda kimim var mənim?
Sazda Kərəmiyə qoşulan səsim,
Kamanda inləyən simim var mənim.
Kəsilib qapıdan gedib-gələnim,
Yox mətləb qananım, qədir bilənim.
Dumanlar içində yorğun köhlənim,
Tufanlar qoynunda gəmim var mənim.
Hüseyn, nə oldu qönçə niyyətim?
Daşlara toxundu ilk məhəbbətim.
Özgəni güldürən sözüm-söhbətim,
Özümü ağladan qəmim var mənim.
|