Seçmə aşıq şeirləri
154
AĞARMAYIN,
A SAÇLARIM, AMANDI
Cavanlığın,
məhəbbətin eşqinə,
Ağarmayın, a saçlarım, amandı.
Əhdi-peyman, sədaqətin eşqinə,
Ağarmayın, a saçlarım, amandı.
Haqq aşığı yaranıbdı qəm çəkə,
Ürəyimə saldın qara xal, ləkə,
And verirəm
saf vicdana, məsləkə,
Ağarmayın, a saçlarım, amandı.
Olmazmı ki, qəm çəkincə güləsən,
Nədən oldu, yanıb döndün külə sən.
Qırx yaşına çatmamısan hələ sən,
Ağarmayın, a saçlarım, amandı.
Elə bildim dağ başını qar alıb,
Ayaz vurub, çiçəkləri saralıb,
Görən deyir, aşıq daha qocalıb,
Ağarmayın, a saçlarım, amandı.
Baş titrəyər, əl uçunar, zar ağlar,
Ney inildər, saz sızıldar,
tar ağlar,
Həsrət ilə baxar, baxar, yar ağlar,
Ağarmayın, a saçlarım, amandı.
Azaflıyam, ağ saçlarım bir yana,
Gənclik getdi, könül oldu virana.
Deyəcəklər, dözəmmədi zindana,
Ağarmayın, a saçlarım, amandı.