Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə95/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   91   92   93   94   95   96   97   98   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
150 
MĠKAYIL AZAFLI 
 
(1924-1990
 
 
OLMAYA 
 
Aman dostlar, bu dünyada, 
İnsan ömrü az olmaya. 
Nə ayrılıq,
 
nə də zindan, 
Tərsə dönən yaz olmaya. 
 
Adamlıq döy* duymamazlıq, 
Qəm-hicrana uymamazlıq, 
İgidlərdə saymamazlıq, 
Gözəllərdə naz olmaya. 
 
Ola dostun sədaqəti, 
Azaflıya məhəbbəti, 
İstəmirəm o cənnəti, 
Orda söhbət, saz olmaya. 
 
 
 
 
 
 
 
 
 
 
* döy - deyil 


 
 
151 
 
 
QURBAN OLUM 
 
Harda varsa insanlığın, 
Kamalına qurban olum. 
Ahal qanan cavanlığın, 
Xəyalına qurban olum. 
 
Harda varsa etibarın, 
Təmiz eşqin, namus, arın, 
Vəfası düz olan yarın, 
Halalına qurban olum. 
 
Harda varsa qananların, 
Aşiqiyəm o canların. 
Vətən üçün yananların, 
Məlalına qurban olum. 
 
Harda varsa haqq-divanın, 
Adamlığı düz qananın, 
Yaranmışı yaradanın, 
Cəlalına qurban olum. 
 
Harda varsa haqqa hörmət, 
Odur mürvət, odur qiymət
Azaflıyam  
   səmimiyyət 
amalına qurban olum. 
 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin