Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə86/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   82   83   84   85   86   87   88   89   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
138 
OSMAN SARIVƏLLĠ 
 
(1905 - 1990) 
 
SÖYLƏ 
 
Dərdim çoxdur, dərdin alım, ay aşıq, 
Al sazı, bu dərdi hər yana söylə. 
Əqildən kəm olan duymaz, anlamaz, 
Mənim sözlərimi qanana söylə. 
 
Adamı oynatmaq insanlıq deyil, 
Eşqi hiss etməmək cavanlıq deyil, 
Mənim şikayətim divanlıq deyil, 
Nə sultana söylə, nə xana söylə. 
 
Həmişə əlində saxla cilovu, 
Yalnız ovçu bilər oylağı, ovu. 
Kim oda düşməyib duymaz alovu
Məhəbbət oduna yanana söylə. 
 
Haqq olur… - mən hara, bu ilqar hara
Düşmüşəm nə edim, yoxdur bir çara. 
İşdir, yolun düşdü qarlı dağlara, 
Haray çək, ahımı dumana söylə. 
 
Tapılmaz eləsi bizim zamanda, 
O təkdir, heç misli yoxdur cahanda. 
Bəlkə bir gün gördüm toyda, nişanda 
Unutma ərzimi bir mana söylə.  
 
El ağzı fal olar, bunu sal yada
Sirri dosta vermə, söyləmə yada. 
Xeyir xəbər olsa eldə, obada, 
Qayıdıb gələndə Osmana söylə. 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin