MÜHAZİRƏ 10. TAXIL VƏ UN MƏHSULLARININ
MiKROBİOLOGiYASI, SANİTARİYA VƏ GİGİYENASI
Taxıl kütləsinə mikroorqanizmlərin düşməsi yolları
Bitkilər özlərinin inkişaf dövrünə torpaqda toxumun cücərməsi vaxtından
başlayır. Deməli, mikroorqanizmlərin bitki səthinə, sonra isə taxıla düşməsinin
ilkin mənbəyi torpaq hesab olunur.
Torpaqlarda, xüsusilə münbitliyi yüksək olanlarda kifayət qədər üzvi və
mineral maddələr, nəmlik və hava olur ki, bu da müxtəlif qrup mikroorqanizmlərin
– göbələk, bakteriya və aktinomisetlərin inkişafı üçün əlverişli mühit yaradır. Çox
zaman 1q torpaqda bir neçə milyona qədər mikroorqanizm olur.
Torpaqlarda mikroorqanizmlərin tərkibi müxtəlif və dəyişkəndir. O, torpağın
növündən, onun becərmə üsulundan, gübrələrdən, iqlim şəraitindən, havadan və bir
çox amillərdən asılıdır. Mikroorqanizmlərlə bitkinin kök kütləsinin olduğu torpaq
qatı, «rizosfer» xüsusilə zəngindir. Tədqiqatlar göstərir ki, buğdanın, qarğıdalının,
günəbaxanın, soyanın və digər kənd təsərrüfatı bitkilərinin rizosferində olan
mikrooranizmlərin sayı başqa torpaqlara müqayisədə 5-10 dəfə çoxdur. Rizosferdə
mikroorqanizmlərin güclü inkişafı, bitki kökünün onların istifadə edə biləcəyi qida
maddələrini – şəkərləri, amin turşularını və digər məhsulları ifraz etməsi ilə
əlaqədardır.
Bitkilərin rizosferində çoxlu miqdarda spor əmələgətirməyən çöp şəkilli
Pseudomonas cinsli bakteriyalara təsadüf edilir. Az miqdarda müxtəlif süd turşusu, yağ
turşusu, çürüdücü bakteriyalara da rast gəlinir.
Çürüdücü bakteriyalar arasında ən çox spor əmələgətirən çöplərə: Bacillus
mycoides, Bacillus mesentericus, Bacillus subtilis, Bacillus megatherium və başqa
növlər müşahidə olunur.
Bakteriyalardan başqa, rizosferin mikrobiotasında Penicillium, Fusarium,
Botrytis, Trichoderma cinslərinə aid olan göbələk nümayəndələri də tapılır.
Adları sayılmış mikroorqanizm qruplarının əksəriyyəti saprotrof həyat tərzi
keçirirlər.
161
Bitkilərin rizosferində saprotroflərlə yanaşı bitkilərdə müxtəlif xəstəlik
törədənlərə – fitoparazitlərə də rast gəlinə bilər.
Vegetasiya prosesində kök zonasında olan mikroorqanizmlərin bir hissəsi
tədricən bitkilərin yerüstü orqanlarına keçir və bu orqanlarda inkişaf etməkdə
davam edir.
Mikroorqanizmlər əvvəlcə gövdədə, yarpaqda, çiçəkdə məskunlaşır, sonra
bitkilər inkişaf etdikcə mikroorqanizmlər yumurtalığa və yetişən sünbülə, qıcaya
və başqa yerlərə keçir.
Mikroorqanizmlər bitkilərin səthinə qismən küləklə, tozla, yağışla,
həşəratlarla da aparılır.
Bitkilərin səthində qida maddələrin azlığı ilə əlaqədar çox məhdud miqdarda
spesifik mikroorqanizm növləri, başlıca olaraq bakteriyalar inkişaf edə bilər.
Bitkilərin epifit mikroorqanizmləri bitkilərin səthində yaşayan, təbii bitki
toxumasının ifrazatı və onda olan az miqdar çirkli üzvi birləşmələr hesabına
qidalanan mikroorqanizmlər epifit adlanır. Bu mikroorqanizmlər qlafdan bitki
hüceyrəsinə daxil olmaq qabiliyyətinə malik olmur və bir qayda olaraq bitkilərin
inkişafına zərərli təsir etmirlər.
Tipik epifitlərə spor əmələ gətirməyən, çöp şəkilli Pseudomonas cinsi, başlıca
olaraq Pseudomonas herbicola (ot çöpləri) və Pseudomonas flöoresceus kim
bakteriyalar aiddir. Pseudomonas herbicola çox xırda ölçülü (13 x 0,60,7 mkm),
hərəkətli çöplərdir. Onlar qram-mənfidir, spor əmələ gətirmir, aerobdur. Ətli
peptonlu aqarda dənəvər koloniya əmələ gətirir, əvvəlcə boza çalar, sonra tədricən
qızılı-sarı rəngli olur. Pseudomonas flöoresceus daha xırda ölçülü, hərəkətli
çöplərdir, qram-mənfidir, qidalı mühitdə bozvari yaxud rəngsiz koloniya verir,
yaşıla çalar, sarı flüoressensiyaedici piqment əmələ gətirir və substrata daxil olub
onu müvafiq rənglə rəngləyir.
Onlardan başqa bitkilərin səthində və yetişən taxılda müxtəlif kokklar, spor
əmələ gətirən bakteriyalar, həmçinin bəzi kif göbələyinin növlərinə də rast gəlinə
bilər.
162
Mikroorqanizmlərin bir qismi qida maddələrin və nəmliyin çatışmaması
nəticəsində sükut vəziyyətində olur.
Epifit mikrobiotanın miqdar və növ tərkibi əhəmiyyətli dərəcədə havanın
vəziyyətindən, başlıca olaraq havanın temperaturundan və nəmliyindən asılıdır.
İsti nəmli havada bitkinin səthində tipik epifit mikroorqanizmlər – spor əmələ
gətirməyən çöplər və kokklar üstünlük təşkil edir. Quru, isti havada spor əmələ
gətirməyən bakteriyalar tamamilə yox olur, yaxud onların miqdarı əhəmiyyətli
azalır, onların yerinə spor əmələ gətirən bakteriyalar, başlıca olaraq Bacillus
mesentericus, Bacillus subtilis, Bacillus mycoides meydana çıxır.
Rütubətli, sərin havada xeyli miqdarda kif göbələkləri aşkar edilir.
Yuxarıda qeyd edildiyi kimi, mikroorqanizmlər bitkilərin səthindən tədricən
yumurtalığa, sonra isə yetişən dənə keçir. Yetişmə artdıqca dəndə şəkərin miqdarı
azalır, lakin nişasta və hemisellülozanın ehtiyatı çoxalır, fermentativ proseslərin
fəallığı azalır, kəskin su itkisi gedir (25%-ə qədər və aşağı). Bu göstərilən
dəyişiklik nəticəsində dən mikroorqanizmlərin inkişafı üçün bir qədər az əlverişli
substrata çevrilir və onlardan çoxu quru dəndə müvəqqəti həyat fəaliyyətini
dayandırır (anabioz).
Dostları ilə paylaş: |