54
xarakterizə olunur. Qlafın pərdədə olan 20-dən artıq zülalları lipidlər ilə birləşərək
mikrobun elastikliyini və temperatura davamlılığını artırırlar.Termofil bakteriyalar
təbiətdə – torpaqda, suda, peyində, torfda, isti su mənbələrində geniş yayılmışdır.
Termofil mikroorqanizmlər taxıl, pambıq, un, yarma və s. kimi məhsulları nəm
halında saxladıqda inkişaf edərək, onların qızışmasına səbəb olur.
Yüksək temperatura fermentlərin inaktivasiyasına və sitoplazma zülalının
denaturasiyasına səbəb olur ki, bu da mikrob hüceyrəsinin məhvi ilə nəticələnir.
Sporsuz bakteriyaların əksəriyyəti 60-70°C qızdırıldıqda 15-30 dəqiqəyə, 80-
100°C qızdırıldıqda isə bir neçə saniyədən 1-3 dəqiqəyə qədər müddətdə məhv
olur. Bakteriyalar quru mühitə nisbətən nəmli mühitin yüksək temperaturunda daha
tez məhv olurlar.
Sporlu mikroblar daha davamlıdırlar.Onlar 120°C-də 20-30 dəqiqəyə tələf
olurlar. Bunun əsas səbəbi onlarda sərbəst suyun az, tərkibində piridin turşusu və
kalsiumun olması iləəlaqədardır.
Mikroorqanizmlərlə mübarizədə yüksək temperaturdan geniş istifadə olunur.
Yüksək temperaturla bakteriyaları məhv etməyin iki üsulu vardır: pasterizasiya,
sterilizasiya.
Dostları ilə paylaş: