Osmotik təzyiqin təsiri.Mühitin osmotik təzyiqinin mikroorqanizmlərin
həyatında mühüm rolu vardır.Osmotik təzyiq mühitdə həll olan maddələrin qatılığı
ilə yaranır.Qatılıq artıq olduqda, bu təzyiq yüksək olur.
Osmotik təzyiq nə qədər yüksək olarsa, suyun fəallığı və onun hüceyrəyə
daxil olması bir o qədər az olur.
Osmotik təzyiqi hüceyrə təzyiqindən yüksək olan hipertonik məhlullardan
əksər mikroorqanizmlər özlərinə lazım olan suyu ala bilmir.Biologiyada bu təzyiq
fizioloji quraqlıq kimi qeyd olunur.Təbii mühitdə buna şoran torpaqlarda və duzlu
hovuzlarda yaşayan mikroorqanizmlərdə rast gəlmək olar.
Bakterial hüceyrələrin daxilində osmotik təzyiq 10-20%-li saxaroza
məhlulunun təzyiqinə müvafiq gəlir.Əgər bakteriyalar yüksək osmotik təzyiqli
məhlula daxil edilərsə, o zaman hüceyrələrdə plazmoliz hadisəsi baş verir və
bunun da nəticəsində onlar inkişafdan qalır.Mikroorqanizmlər çox aşağı osmotik
təzyiqli mühitə düşdükdə mühitdə olan su hüceyrəyə daxil olub onu şişirdir ki, bu
hadisəyəturqor adı verilir.
Çox yüksəktəzyiqli mühitdəöz həyat fəaliyyətlərini davam etdirən
mikroorqanizmlərəosmofillər deyilir. Əksərən bunlar duz sevənlər – holofillər olub, natrium-xloridə yüksək dərəcədə tələbkar olmaları ilə səciyyələnirlər.
Holofillərözləri də mülayim və ifrat holofillər olmaq üzrə 2 qrupa
bölünür.Mülayim holofillər mühitdə NaCl duzunun qatılığı 2-5% olduqda, normal
inkişaf edirlər.Çox yüksək duzlu mühitəuyğunlaşan mikroorqanizmlərə rast
gəlinir ki, bunlara da ifrat holofillər deyilir. Belə mikroorqanizmlərəşoran
torpaqlarda, Ölü dənizin suyunda rast gəlmək olur.Qeyd etmək lazımdır ki,
57
mühitdə 15-20% NaCl olduqda mikrob hüceyrəsinin daxilində osmotik təzyiq 90-
100 atm. bərabər olur.Belə vəzifədə yalnız holofillər yaşaya bilər.