MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə39/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   35   36   37   38   39   40   41   42   ...   184
maddələr adlanırlar. 
Antimikrob  maddələr  özlərinin  kimyəvi  quruluşlarına  görə  bir  neçə  qrupa 
bölünürlər.Təcrübədə  müxtəlif  kimyəvi  və  bioloji  zəhərli  maddələrdən 
mikroorqanizmləri məhv etmək üçün dezinfeksiya zamanı istifadə edilir.Bu zaman 
həm qeyri-üzvi, həm dəüzvi birləşmələrdən istifadə edilir.Bu maddələrin zəhərlilik 
dərəcəsi  onların  qatışığından,  məhlulun  temperaturundan,  təsir  müddətindən, 
həmçinin  mikroorqanizmlərin  növündən  asılıdır.Ayrı-ayrı  mikrobların  eyni 
kimyəvi 
birləşmələrə 
həssaslığı 
müxtəlifdir.Bəzi 
maddələr 
bir 
qrup 
mikroorqanizmlər  üçün  zəhərli  təsir  etdiyi  halda,  başqasıüçün  zəhərsiz  hesab 
olunur. 
Qeyri-üzvi  maddələrdən  mikroorqanizmlər  üçün  ən  çox  zəhərli  olanları  ağır 
metalların  duzlarıdır  (civə,  mis,  gümüş).Onların  1:1000  qatılığı  bir  çox 
bakteriyaları  qısamüddətə  (birneçə  dəqiqə)  məhvedə  bilir.Xlor,  yod,  hidrogen 
peroksid,  kalium  permanqanat  bakterisid  təsir  göstərirlər.Bu  xassəyə  mineral 
turşulardan sulfatvə bor turşuları da malikdir. 
Mikroblar üçün güclü zəhər fenol, kreozol, formalin hesab olunur. Spirtlər və 
bir çox üzvi turşular da (salisil, yağ, sirkə, benzoy) müxtəlif dərəcədə toksikidirlər. 
Hüceyrəyə  daxil  olan  zəhərli  maddələrin  təsir  təbiəti  müxtəlifdir.Əgər  ağır 
metalların duzları, spirtlər, fenollar sitoplazmadakı zülalları pıxtılaşdırırsa, turşular 
və  qələvilər  zülalı  hidroliz  edir.  Xlor,  ozon,  hidrogen  peroksid  kimi  maddələr  isə 
sitoplazmada gedən oksidləşmə prosesi ilə əlaqədardır. Bir çox zəhərlər fermentləri 


60 
 
inaktivasiya  edirlər.  Beləliklə,  hüceyrənin  strukturu  pozulur,  maddələr  mübadiləsi 
dayanır və hüceyrə ölür. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin