MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Bioloji amillərin mikroorqanizmlərə təsiri



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə40/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   36   37   38   39   40   41   42   43   ...   184
Bioloji amillərin mikroorqanizmlərə təsiri 
Bioloji  amillərə  əsas  etibarı  ilə  bakteriofaq,  antibiotiklər,  fitonsidlər  və  s. 
aiddir. Bakteriofaq bakteriyanı keçirməyən süzgəclərdən keçən və mikrobu əritmək 
xassəsinə  malik  canlı  amildir.  Hər  mikrobun  faqı  ancaq  onun  özünü  əridə 
(parçalaya) bilir. Bakteriofaqlar xarici mühitdə geniş yayılmışdır (suda, torpaqda). 
Mikroblar  təbiətdə  bir-birinə  müxtəlif  təsirlər  göstərirlər.  Əgər  bir  mikrob  növü 
başqa  mikrobun  inkişafını  dayandırır  və  ya  ona  mənfi  təsir  göstərirsə,  bu 
antaqonizm,  əgər  bir-birinə  müsbət  təsir  göstərirsə,  bu  simbioz  adlanır.  Məsələn, 
süd  turşusu  bakteriyaları  ilə  mayalar  (süd  turşusu  bakteriyaları  süd  turşusu  ifraz 
edərək  mayaların  inkişafına  əlverişli  şərait  yaradır,  mayaların  həyat  fəaliyyəti 
nəticəsindəki  əmələ  gələn  vitamin  isə  süd  turşusu  bakteriyalarının  inkişafını 
stimulə  edir),  azot  fiksə  edən  mikroblarla  sellülozanı  parçalayan  bakteriyalar 
belələrindəndir.  Eyni  forma  qarşılıqlı  münasibət,  mikroorqanizmlərlə  bitkilər 
arasında  (məsələn,  bakteriyalar  ilə  paxlalı  bitkilər,  bitki  kökləri  ilə  müxtəlif 
göbələklər arasında) da müşahidə edilir. 
Adətən bitkilər elə maddələr hazırlayırlar ki, onlar bakteriyalar və göbələklər 
üçün  zəhərli  olur.  Bu  xassə  də  fitonsid  təsir  adlanır.  Bir  çox  bitkilərin  fitonsidləri 
bakterisid  xassəyə  malik  olurlar  və  bakteriyaları  öldürə  bilirlər.  Digər  bitkilərin 
fitonsidləri  isə  bakteriostatik  xassəyə  malikdirlər.  Onlar  ancaq  mikrobların 
çoxalmasını  və  inkişafını  dayandırırlar.  Soğan,  sarımsaq,  palıd,  şam,  istiot  kimi 
bitkilərin fitonsidləri daha güclü bakteriosid xüsusiyyətinə malikdirlər. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin