MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Kimyəvi amillərin mikroorqanizmlərə təsiri



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə38/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   34   35   36   37   38   39   40   41   ...   184
Kimyəvi amillərin mikroorqanizmlərə təsiri 
Bunlara mühitin tərkibi və reaksiyası, oksidləşmə-reduksiya reaksiyası aiddir. 
1) Mühit reaksiyası  mikroorqanizmlərin  həyat  fəaliyyətinə təsir edən  mühüm 
kimyəvi  amil  hesab  olunur.  Mühitin  turşuluğu  pH  işarəsi  ilə  ifadə  edilir.pH 
kəmiyyəti neytral mühüt üçün 7,0; turş mühit üçün 0-6,0 və qələvi mühit üçün 8,0-
14,0  bərabərdir.  Mikroorqanizmlərin  mühit  reaksiyasına  münasibəti  çox 
müxtəlifdir.Əgər  bəziləri  pH  kəmiyyətinin  geniş  həddində  inkişaf  edirsə,  digər 
mikroorqanizmlərin  inkişafıüçün  isə  pH  dəyişməsi  az  həddə  olur.  Bir  çox  kif 
vəmaya  göbələkləri  üçün  pH  3,0-6,0,  əksər  bakteriyalar    üçün  isə  pH7,0-7,5 
əlverişlidir.  Özləri  turşu  yaradan  bakteriyalar  (sirkə  turşusu,  süd  turşusu,  limon 
turşusu  və  yağ  turşusu)istisna  təşkil  edir.  Kəskin  turş  mühit  bakteriyalara 
məhvedici təsir göstərir. 
Su  hövzələrində  və  torpaqda  yaşayan  mikroorqanizmlər  pH-ın  təsiri  ilə 
əhəmiyyətli  dərəcədə  dəyişilməyə  məruzqalmır.Ona  görə  də  onlar  pH  qiymətinin 
geniş  dairəsinə  uyğunlaşmışlar.Əksinə,  insan  və  heyvan  bədənində  yaşayan 
patogen mikroorqanizmlər pH-ın nisbətən dar diapazonunda inkişaf edirlər. 
2)  Bütün  mikroorqanizmlər  nisbətən  üçün  molekulyar  oksigen  hüceyrəni 
enerji 
ilə 
təmin 
edən 
oksidləşmə-reduksiya 
reaksiyalarında 
elektron 
akseptorukimi  çox  vacibdir.  Mikroorqanizmlər  oksigenə  olan  münasibətinə  görə 


58 
 
bir-birindən 
fərqlənirlər.Molekulyar 
oksigenli 
mühitdə 
inkişaf 
edən 
mikroorqanizmlərə  aeroblar,  molekulyar  oksigensiz  mühiti  sevənlər  isə 
anaeroblar 
adını 
daşıyırlar. 
Lakin 
mikroorqanizmlərin 
oksigenə 
olan 
münasibətləri  daha  dərindən  tədqiq  olunduqdan  sonra  məlum  olmuşdur  ki, 
bunların arasında çox və ya az miqdarda oksigenə tələbkar olanlar da vardır. Ona 
görə  də  hazırda  oksigenə  olan  münasibətlərinə  görə  mikroorqanizmləri  4  qrupa 
bölürlər:  obliqat  və  ya  ciddi  aeroblar,  obliqat  anaeroblar,  fakültativ  və  ya  şərti 
anaeroblar və  mikroaerofillər. Fakültativ anaeroblar obliqat aeroblarla anaeroblar 
arasında  keçid  təşkil  edirlər.Bunlar  həm  oksigenli,  həm  də  oksigensiz  mühitdə 
yaşama  qabiliyyətinə  malikdirlər.Məsələn,  stafilokokklar,  streptokokklar  bu 
qrupa aiddir. 
Mikroaerofillər  mühitdəçox  az  miqdarda  oksigen  olduqda  inkişaf  edirlər, 
məsələn, süd turşusu bakteriyaları. 
Mikrobların  aerobluq  dərəcəsi,  yəni  oksidləşmə-reduksiyaetməəmsalı  rH
2
  ilə 
ifadə edilir. Bu mühitin oksigen və ya hidrogenlə doydurulması ilə səciyyələnir və 
bunun diapazonu 0-dan 42,6-ya qədərdir. Obliqat aeroblarda rH
2
 diapazonu 10-30, 
obliqat  anaeroblarda  isə  0-12  arasında  olduqda  bunların  maddələr  mübadiləsi 
normal  gedir.  Obliqat  anaerobların  çoxalmasıüçün  rH
2
=3-5  olmalıdır.  Fakültativ 
anaeroblarda rH
2
 diapazonu daha genişdir (0-dan 30-a qədər). 
Mikroorqanizmlər  öz  həyat  fəaliyyətində  inkişaf  etdikləri  qidalı  mühitlə  sıx 
əlaqədar  olur.Ona  görə  də  ilk  növbədə  qidalı  mühitin  tərkibinin  təsiri  nəzərə 
alınmalıdır.Müəyyən olunmuşdur ki, qidalı mühiti mikrob hüceyrəsini qıcıqlandırır 
və  bubub  nəticəsində  hüceyrədə  mühitə  qarşı  müəyyən  hərəkət  –xemotaksis 
əmələgəlir.Bəzən  hüceyrələr  bir  qidaya  meyilli  olduğu  halda  digərindən 
uzaqlaşır.Mikroorqanizmlərin  qidalı  mühit  tərəfindən  cəlb  olunmasına  müsbət 
xemotaksis, mühitdən uzaqlaşmasına mənfi xemotaksis deyilir. 
Müxtəlif  təbiətli  kimyəvi  maddələr  mikroorqanizmlərə  təsir  etdikdə  3  effekt 
nəzərə çarpır: stimuləedici, bakteriostatik və bakteriosid.   


59 
 
Kimyəvi  birləşmələr  ola  bilsin  ki,  mikroorqanizmlər  üçün  faydalı  olub,  qida 
maddəsi  kimi  istifadə  olunsun  bu  stimuləedici  effekt  verir.  Həmin  orqanizm 
böyüyüb çoxalır. 
Bakteriyaları  tələf  edən  hər  hansı  birləşmə  əlverişsiz  –  antimikrob  xassəli- 
bakteriosid təsirli olur, onlara məhvedici vəöldürücü təsir edir. 
Bəzi  maddələr  isə  mikroorqanizmlər  bakteriostatik  səsir  göstərir.Müəyyən 
müddət ərzində onların çoxlamasının və inkişafının qarşısını alır. 
Mikroorqanizmlərlə  mübarizədə  tətbiq  olunana  maddələr  antiseptic 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin