MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


 Mikroorqanizmlərin doğurduğu mühüm biokimyəvi reaksiyalar



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə41/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   37   38   39   40   41   42   43   44   ...   184
3. Mikroorqanizmlərin doğurduğu mühüm biokimyəvi reaksiyalar  
Mikroorqanizmlər  maddələr  mübadiləsi  zamanı  müxtəlif  kimyəvi  reaksiyalar 
həyata  keçirirlər  k,  nəticədə  spirtlər,  turşular,  efirlər,  vitaminlər  kimi  dəyərli  üzvi 
maddələr  əmələ  gəlir.  Mikrobların  həyat  fəaliyyəti  nəticəsində  əmələ  gələn  bu 
məhsullar  tibbdə,  sənayedə,  məişətdə  geniş  istifadə  olunurlar.  Mikroorqanizmlər 
tərəfindən  törədilən  çoxlu  biokimyəvi  proseslər    də  yeyinti  və  yüngül  sənayedə 


61 
 
geniş  tətbiq  olunur.  Onların  təbiətdə  baş  verən  maddələrin  dövranında  da  rolu 
böyükdür. 
Mikroorqanizmlərin  biokimyəvi  fəaliyyət  imkanlarının  öyrənilməsi,  onların 
faydalı  olanlarından  daha  yaxşı  istifadə  etməyə,  onlar  tətbiq  olunan  texnoloji 
prosesləri düzgün təşkil etməyə imkan verir. Digər tərəfdən isə bu, qida xammalında 
və  onun  emalı  məhsullarında  onların  özbaşına  inkişafı  zamanı  gedən  biokimyəvi 
reaksiyaların  mahiyyətini  açır.  Bu  da  məhsulu  xarab  edən  törədicilərlə  vaxtında 
müvəffəqiyyətlə mübarizə aparmağa imkan verir.  
Ona  görə  də  qida  xammalının  emalı  zamanı  istifadə  olunan  və  ya  qida 
məhsulunun  xarab  olmasına  səbəb  olan  əsas  mikrobioloji  proseslərin  öyrənilməsi 
vacib məsələlərdəndir. 
Karbohidratlar  təbiətdə  ən  çox  yayılmış  azotsuz  üzvi  birləşmələrdir.  Onlar 
bütün  canlılar  üçün  mühüm  enerji  mənbəyidir.  Onların  mikroorqanizmlər 
tərəfindən parçalanması həm anaerob, həm də aerob şəraitdə gedir.  
Karbohidratlı  maddələrn  əsas  çevrilmə  tiplərindən  biri  qıcqıırmadır.  Bu 
fermentativ parçalanma prosesi olub, anaerob şəraitdə enerji ayrılması  ilə qlikoliz 
yolu  ilə  gedir  və  qıcqırmanın  növü  piroüzüm  turşusu  əmələ  gələndən  sonra 
müəyyənləşir.  Anaerob  şəraitdə  mikroorqanizmlər  tərəfindən  karbohidratların 
parçalanması prosesinə spirt, süd turşusu, yağ turşusu qıcqırmaları aiddir. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin