62
Maya göbələkləri şəkərləri qıcqırdarkən çoxlu miqdarda spirt əmələ gətirdiyinə
görə bundan çaxırçılıqda, picə istehsalında və s. istifadə edilir. İçkilər istehsalında
tətbiq edilən maya göbələklərini əmələ gətirdikləri qıcqırmanın xüsusiyyətinə görə 2
qruppa bölürlər:üst qıcqırma əmələ gətirən maya göbələkləri
Sacch. serevisae, alt
qıcqırma əmələ gətirən maya göbələkləri
Sacch. ellipsoideus.
Üst qıcqırmaəmələ gətirən maya göbələkləri qıcqırmanı mühitdə temperatur
20-20°C olduqda intensiv aparır. Belə qıcqırmada qıcqıran mayenin üst səthinə qaz
qabarcıqlarının çıxması nəticəsində çoxlu miqdarda köpük toplanmış olur. Bu qaz
qabarcıqları mayenin səthinə qalxdlqda özləri ilə bərabər maya hüceyrələrini də
mayenin üst səthinə qaldırırlar. Üst qıcqırmaəmələ gətirən maya göbələklərindən etil
spirti və çörəkbişirmədə geniş istifadə olunur (burada 6%-ə qədər spirt əmələ gəlir).
Dostları ilə paylaş: