78
bunlar da yoluxma mənbəyi ola bilər. Yoluxmalar kontakt – məişət yolu ilə, hava, su,
yeyinti məhsulları, qan soran həşəratlarla, torpaqla, heyvanlarla (gəmiricilərlə) yayıla
bilər.
Yoluxmanın yayılma formaları müxtəlifdir. Xəstəlik tək-tək hallarda təsadüf
olunduqda buna sporadik hal deyilir. Eyni bir mənbədən yayılan çoxlu miqdarda
adamların xəstələnmə hallarına epidemiya, epidemiyanın yayılıb bütün ölkələri və
hətta qitələri əhatə etməsinə pandemiya adı verilir.
Hər hansı bir yoluxucu xəstəlik müəyyən bir ərazidə uzun müddət davam
edirsə, bu forma endemiyadır.
Qeyd etmək lazımdır ki, orqanizmə düşmüş hər bir xəstəlik törədicisi həmişə
xəstəlik törədə bilmir, belə hallar bədəndə immunitetin olması ilə izah edilir.
İmmunitet (immunitos - hər hansı şeydən azad olmaq). Orqanizmin xəstəliyə
tutulmamaq qabiliyyətinə və ya orqanizmin yoluxucu xəstəliyə davamlılıcına
immunitet deyilir.
İmmunitet mikrobun və ya onun həyat fəaliyyəti məhsullarına qarşı orqanizmin
verdiyi mürəkkəb kompleks fizioloji müdafiə reaksiyasıdır. Bu mürəkkəb prosesin
orqanizmdə inkişafında mərkəzi sinir sistemi başlıca rol oynayır. İmmunitetlə
əlaqədar olaraq orqanizmdə əkscisimlər (antitellər) əmələ gəlir. Mikrobun toksininə
qarşı qeyri-həssaslıqda immunitetdən başqa, onun qeyri-spesifik amilləri də, xüsusilə
reaktivliyi, iltihab, maddələr mübadiləsinin dəyişilməsi, dəri və selikli qişalar, limfa
düyünləri, fermentlər və s. böyük rol oynayır.
Orqanizmin davamlılığında iştirak edən qeyri-spesifik amillərin cəminə
rezistentlik deyilir.
L.Paster və onun əməkdaşları bir neçə xəstəliyin (pasterelloz, qarayara və
quduzluq) törədicilərinin zəifləşdirmə üsulunu müəyyən edərək, onlara qarşı
peyvənd vasitəsi (vaksin) hazırlamışlar. Sonralar mikrobdan hazırlanmış peyvənd
vasitəsi A.Pasterin təklifinə görə vaksin və onun işlədilməsi üsulu vaksinasiya
adlandırılmışdır.
Dostları ilə paylaş: