77
qədər keçən dövrə inkubasiya və ya gizli dövr adlanır. Bu dövr ərzində mikrob
orqanizmdə çoxalır, orqanizmin də mikrob və onun toksininə qarşı həssaslıcı artır
ki, bu da xəstəliyin əlamətlərinin meydana çıxmasında özünü göstərir. İnkubasiya
dövrünün davamı orqanizmə daxil olan mikrobun xüsusiyyətindən, miqdarından,
orqanizmin həmin mikroba necə müqavimət göstərməsindən asılıdır.
Bu dövr ayrı-ayrı xəstəliklərdə müxtəlifdir. Bunun davamı bir neçə saatdan
bir neçə ilə qədər ola bilər. Məsələn, vəba, difteriya və s. xəstəliklərdə bir neçə
günə kimi, qarın yatalacı, səpgili yatalaqda 2-3 həftə, siflisdə 3-4 həftə, quduzluqda
6 həftə, cuzamda isə bir ildən artıq ola bilər.
Yoluxma xəstəliklərinin klinik əlamətlərindən temperaturun tezliklə yüksəlib
müəyyən dövr eyni səviyyədə qalması, baş acrıları, ümumi zəiflik, ürək-damar
sistemi fəaliyyətinin pozulması, əzələlərdə və oynaqlarda acrılar, bacırsaqların
fəaliyyətinin pozulması və s. əlamətlər nəzərə çarpır. İnfeksion xəstəliklər gedişinə
görə kəsgin və xroniki olmaqla iki qrupa ayrılır. Kəskin infeksiya birdən-birə
başlanır. O, müəyyən müddət öz dövrünü keçirdikdən sonra, xəstə sağalır.
Məsələn, çiçək, qızılca, skarlatina, difteriya və s.
Vərəm, malta qızdırması (brüselloz), siflis və s. çox vaxt uzun müddət davam
edib xroniki xarakter daşıyır, yəni aylar və illərlə xəstəlik davam edir. Xəstəliyi bir
növ mikrob törədirsə sadə infeksiya, iki və ya bir neçə növ mikrob törədirsə qarışıq
infeksiya baş verir. İnsan keçirmiş olduğu yoluxucu xəstəliyə təkrar yoluxursa,
Dostları ilə paylaş: