/Güzgünün önünə gəlir./
Hələ gözəlliyim, ətim, canım var,
Hələ sağlamlığım, qaynar qanım var.
/Bu an qapı döyülür, Səba qapıya tərəf gedir. Qapını
açır və Nicat daxil olur./
SƏBA /təəccüblə/
Nicat, haralarda qalmısan bir de?
Evə gəlməyirsən, söylə nə sirr de?
NİCAT
Lazımdı yollanmaq çörək dalınca,
Ölüm də baxmayır didərgin, aca!
Rusyətə gedirəm, bir dostum ilə,
Mənə tə‘nə edib salma heç dilə.
SƏBA /həyəcanlı/
Bəs mən, bəs uşaqlar, bizim halımız?
Səni cana yığdı qeylü-qalımız.
NİCAT /əsəbi/
Mən cana doymuşam, incimə, Səba,
Burda yaşamaq da, ölmək də vəba.
Burda pulun yoxsa adam deyilsən,
Savadın olsa da səfil, veyilsən.
Ordan pul qazanıb yollaram sizə,
Fələk belə ömür yazıbmış bizə.
265
Сечмяляр (шеирляр)
Dostları ilə paylaş: |